Məhkəmə qərarları › İş №2(059)-59/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-59/2022

08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-59/2022 08.08.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən X4 oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı "Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh qarşı "dəymiş zərərin əvəzinin və debitor borcunun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 770,40 manat məbləğində ziyanın, 324,40 manat debitor borcun, ümumilikdə 1094,80 manat pulun və 31 manat dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz” İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ**********0000002944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********1, İBAN AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, Siyəzən Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(059)- 59/2022 saylı qərardadı ilə Cavabdeh Azəriqaz” İstehsalat Birliyinə qarşı “22 fevral 2021-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməklə ləğv edilməsi, qanunsuz hesablanmış 1094 manat dəymiş ziyanın silinməsi” tələbinə dair iddiası üzrə Siyəzən Rayon Məhkəməsinin icraatında olan 2(059)-156/2022 saylı mülki işə baxılıb yekun qərar qəbul edilənədək, yəni bu barədə qərar qüvvəyə minənədək hazırkı işin icraatı dayandırılmışdır. Bundan sonra, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 11 aprel 2022ci il tarixli, 2(059)-156/2022 saylı qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin edilməklə, cavabdeh “Azəriqaz” X1 X3 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 22 fevral 2021-ci il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 770,40 manat borc hesabdan silinmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Cavabdeh məxsus fərdi yaşayış evi qazla təchiz edilməklə, sonuncuya **********00290 nömrəli abonent kodu verilmiş, həmçinin mənzilə Zenner tipli, **********6 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin, cavabdeh “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcısı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacın giriş və çıxışını tərs bağlamaqla qaz xəttinə qoşulub təbii qazı talamışdır. “Azəriqaz” İB X5 İstismar İdarəsinin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sonuncunun qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə etməsi halı aşkar olunaraq aktlaşdırılmış, həmçinin bu halı təsbitləyən foto-video çəkilişləri də aparılmışdır. Qeyd olunan faktla bağlı abonent Cavabdeh barəsində Xaçmaz RQİİ-nin işçiləri tərəfindən “Təbii X2nın pozulması” haqqında 22 fevral 2021-ci il tarixli, ******* saylı akt tərtib edilmiş, həmçinin akta əsasən 770,40 manat dəymiş ziyan hesablanmışdır. Bundan əlavə, cavabdehin əvvəlki illərdən də 324,40 manat debitor borcu olmuş, bununla da, 01 oktyabr 2020-ci il tarixə cəmi 1310,80 manat borcu yaranmışdır. Belə ki, qeyd olunan 1310,80 manat borcunun tərkibində cavabdeh 2020-ci ilin aprel ayında sayğaca müdaxilə etdiyinə görə hesablanmış 216 manat ziyan məbləği də daxildir. Lakin, iddiaçı olaraq hazırki iddia ərizəsi ilə cavabdehə qarşı 770,40 manat qaz xəttinə qanunsuz qoşulmaya görə hesablanmış dəymiş ziyan məbləği və 324,40 manat köhnə illərdən qalmış debitor borcu olmaqla, cəmi 1094,80 manat məbləğində iddia tələbi qoyulmuşdur. Cavabdeh tərəfindən dəymiş ziyan və debitor borcu ilə bağlı heç bir ödəniş həyata keçirilmədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, habelə işə mahiyyəti üzrə baxılmasını tələb etməklə, izahatında göstərdi ki, Xaçmaz RQİİ-nin işçiləri tərəfindən onun barəsində “Təbii X2nın pozulması” haqqında 22 fevral 2021-ci il tarixli, ******* saylı akt tərtib edilmiş, həmçinin akta əsasən 770,40 manat dəymiş ziyan hesablanmışdır. Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə onun iddiası qismən təmin edilməklə, sözügedən akta əsasən hesablanaraq, abunə koduna köçürülmüş 770,40 manat borc onun adına olan hesabdan silinmişdir. Eyni zamanda, o, iddiaçıya 324,40 manat debitor borcunun olduğunu qəbul etsə də, bu borcu birdəfəlik ödəmək iqtidarında deyildir, lakin, gələcəkdə borcundan hissəhissə ödənişlər həyata keçirəcəkdir. Odur ki, iddia tələbinin qismən təmin edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 26 aprel 2017-ci il tarixli, 6114-2017 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin surətindən görünür ki, bu müqavilə qaz paylayıcısı ilə istehlakçı Cavabdeh arasında sonuncuya aid Siyəzən şəhəri, A.Qaradağlı küçəsində yerləşən fərdi yaşayış sahəsində təbii qaz təchizatı və onun istismarı ilə əlaqədardır. İşdə olan “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 22 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş abonent saldosunun surətindən görünür ki, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə təbii qazdan qeyri-qanuni istifadəyə görə dəymiş zərər 770,40 manat, debitor borcu isə 324,40 manat təşkil etmişdir. İşdə olan "Azəriqaz" İB Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin təbii qaz və satış xidmətinin rəisi Sədaqət Cümşüdova, mühəndisi Elşən Eyvazov, Samir Manafov və ustası Hilal Həsənov tərəfindən Cavabdeh yaşadığı Siyəzən şəhəri, A. Qaradağlı küçəsindəki fərdi yaşayış evi üzrə keçirilmiş yoxlamadan sonra 22 fevral 2022-ci il tarixdə tərtib edilmiş ******* nömrəli təbii X2nın pozulması haqqında aktdan görünür ki, 19 fevral 2021-ci il tarixdə gecə reydi zamanı sözügedən evə aid sayğacın girişinin və çıxışının tərs bağlanması aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İB Xaçmaz X3 İdarəsinin 30 mart 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 22 fevral 2021-ci il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün PQ-2-nin maksimal saatlıq qaz sərfi 0,6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün iran sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün. Axımlı su qızdırıcısının maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş rejimi 24 saat, hesabat müddəti isə 90 gün qəbul edilməklə, itirilmiş qaz sərfi cəmi 7704m3 hesablanmışdır. İşdə olan 22 oktyabr 2021-ci il tarixli qəbzdən görünür ki, “Azəriqaz” İstehsalat Birliyi məhkəməyə müraciət edərkən 31 (otuz bir) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, Cavabdeh “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Bu Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Yenə bu Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir 26 aprel 2017-ci il tarixli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin İ bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Beləliklə, qeyd edilməlidir ki, cavabdehin sahibliyində və istifadəsində olan Siyəzən şəhərinin A. Qaradağlı küçəsindəki fərdi yaşayış evində istifadə edilmiş təbii qaza görə yaranmış 324,40 manat debitor borcu mövcuddur və realdır, o cümlədən sayğacın göstəriciləri əsasında hesablanmışdır. Eyni zamanda, tədqiq olunmuş sübutların məcmusu, həmçinin Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 11 aprel 2022-ci il tarixli, 2(059)-156/2022 saylı qətnaməsi ilə müəyyən olundu ki, cavabdehə aid Siyəzən şəhərinin A. Qaradağlı küçəsindəki 27 nömrəli fərdi yaşayış evi üzrə quraşdırılmış qaz sayğacında yaranmış nöqsanların baş verməsinin birbaşa istehlakçı ilə bağlılığının sübut olunmaması işin təkzib edilməyən, mübahisəsiz hallarındandır. Yəni, əvvəlki məhkəmə mübahisəsi üzrə araşdırma zamanı cavabdehin sayğacda olan qüsura görə qaz istehlakçısı olaraq məsuliyyəti müəyyən edilmədiyindən “Azəriqaz” X1 X3 İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən 22 fevral 2021-ci il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən hesablanaraq onun abunə koduna köçürülmüş 770,40 manat borc hesabdan silinmişdir. Belə olan təqdirdə, iddia tələbinin “cavabdehdən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 770,40 manat məbləğində ziyanın iddiaçının xeyrinə tutulması” hissəsi əsaslı hesab edilməməli və təmin edilməməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh iddiaçı "Azəriqaz" İstehsalat Birliyinin xeyrinə 324,40 (üç yüz iyirmi dörd manat 40 qəpik) manat məbləğində əsas borc və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun 30 %-i, yəni 9,30 (doqquz manat 30 qəpik) manatı tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin İ cümləsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 191.3, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "Azəriqaz" İstehsalat Birliyinin xeyrinə 324,40 (üç yüz iyirmi dörd manat 40 qəpik) manat məbləğində əsas borc və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun 30 %-i, yəni 9,30 (doqquz manat 30 qəpik) manatı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar