Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-602/2025 09.07.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Quluzadə Günel Cəbrayıl qızı, İddiaçılar İddiaçı1, İddiaçı2 qızının, İddiaçı3, X2, İddiaçı5, İddiaçı6, İddiaçı7, Quliyeva (Hüseynova) Gültəkin Nizami qızının, İddiaçı10 və İddiaçı9 cavabdeh Azərbaycan X1rşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçılar İddiaçı1, İddiaçı2 qızı, İddiaçı3, X4, İddiaçı5, İddiaçı6, İddiaçı7, Quliyeva (Hüseynova) Gültəkin Nizami qızı, İddiaçı10 və İddiaçı9 cavabdeh Azərbaycan X1rşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmiş “Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” (115-ci kilometr Qalaaltı yolu) üçün torpaqların dövlət ehtiyacları üçün alınması zamanı, alınmanın təsirinə məruz qalan şəxslər kimi cavabdeh tərəfindən yol tikintisi üçün istifadə edilmiş ümumi birgə paylı mülkiyyətlərində olan Siyəzən rayonunun Yenikənd İƏD-nin “Əlixanlı taxtası” adlanan ərazisində yerləşən cəmi, 1.84 ha torpaq sahələrinin bazar qiyməti ilə dəyəri 27600 manat olan və bu müddət ərzində torpaqdan istifadə edə bilmədikləri üçün 28943 manat məbləğində əldən çıxmış faydanın, cəmi 56543 manat məbləğində zərərin və dövlət rüsumu olaraq tərəflərindən ödənilmiş 259 manat pulun cəmi, 56802 (əlli altı min səkkiz yüz iki) manat məbləğində ziyanın cavabdehdən alınaraq mülkiyyətçilərə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini ona əlavə olunmuş sənədlərə birlikdə araşdıraraq hesab edir ki, iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci və 2.2.3-cü maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. "İnzibati orqanların Təsnifatı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarının 5-ci bölməsinə əsasən qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqanlar kimi müəyyən edilmişdir. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 nömrəli qərarının 6.1-ci bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin araşdırılan hallarından müəyyən edilir ki, hazırki iş üzrə iddiaçılara məxsus Siyəzən rayonunun Yenikənd İƏD-nin “Əlixanlı taxtası” adlanan ərazisində yerləşən cəmi, 1.84 ha torpaq sahəsi ilə bağlı “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” (115-ci kilometr Qalaaltı yolu) üçün torpaqların dövlət ehtiyacları üçün alınması üçün “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X6 ilə ilkin razılaşma əldə edilmiş, sonradan sözügedən layihənin icrası həyata keçirilməmişdir. Dolayısı ilə tərəflər arasında inzibati hüquq münasibətləri yaranmışdır ki, hazırki iddia ərizəsi də həmin inzibati münasibətlər çərçivəsində verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə mülki qaydada deyil, inzibati qaydada baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehlərə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Bu Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Eyni zamanda iddiaçılara izah olunmalıdır ki, hazırki tələblə bağlı müvafiq inzibati orqana, həmin orqan imtina etdikdə isə inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin İnzibati Məhkəməsinə müraciət etmək hüququna malikdirlər. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən iddiaçılar tərəfindən ödənilmiş 259 (iki yüz əlli doqquz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçılar İddiaçı1, İddiaçı2 qızının, İddiaçı3, X2, İddiaçı5, İddiaçı6, İddiaçı7, Quliyeva (Hüseynova) Gültəkin Nizami qızının, İddiaçı10 və İddiaçı9 cavabdeh Azərbaycan X1rşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən ərizənin yolverilməzliyinə görə imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlər, ödənilmiş 259 (iki yüz əlli doqquz) manat dövlət rüsumu ilə birgə icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçılara izah edilsin ki, onlar hazırki tələblə bağlı müvafiq inzibati orqana, həmin orqan imtina etdikdə isə inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №2(059)-602/2025
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-602/2025
09.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver