Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-607/2023 06.11.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Əsgərova (Ağamalıyeva) Rəqsanə Eşqin qızına qarşı "nisyə satılmış mebel dəstinin ödənilməmiş dəyərinin və ya alınan mebel dəstinin qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh X1 qarşı "nisyə satılmış mebel dəstinin ödənilməmiş dəyərinin və ya alınan mebel dəstinin qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mebel dəstinin ödənilməmiş 1140 manat məbləğində qalıq dəyərinin və ya alınan “Palma” markalı yataq dəstinin, eləcə də ödənilmiş 35 manat məbləğində dövlət rüsumunun alınaraq, ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, aralarında bağlanmış 07 iyun 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh Rəqsanə Əsgərova (Ağamalıyeva) ümumi dəyəri 2250 manat olan “Palma” yataq dəstini alqı-satqı müqaviləsinə əlavə razılaşmaya müvafiq olaraq 200 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə hər ay 170 manat ödəmək şərtilə nisyə olaraq satın almışdır. Lakin, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri pozaraq, aylıq ödənişləri 15 aprel 2023-cü il tarixdən dayandırmışdır. Cavabdeh Rəqsanə Əsgərovaya (Ağamalıyevaya) dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticə əldə olunmamış, habelə sonuncu tələb olunan qalıq borcu və ya mebel dəstini qaytarmaqdan boyun qaçırmaqla, alqı-satqı müqaviləsinin tələblərini pozmuşdur. Cavabdeh borcundan 1110 manat ödəniş etmiş, nəticədə, sonuncunun ümumilikdə 1140 manat ödənilməmiş borcu qalmışdır. Ona görə də, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qismən müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, aralarında bağlanmış 07 iyun 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh Rəqsanə Əsgərova (Ağamalıyeva) 1140 manat ödənilməmiş borcundan 2023-cü ilin oktyabr ayının ikinci yarısında 400 manat ödəniş etmiş, nəticədə sonuncunun ona 740 manat borcu qalmışdır. Odur ki, iddia tələbinin qismən, yəni 740 manat məbləğində pulun cavabdehdən tutularaq ona qaytarılması hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Əsgərova (Ağamalıyeva) Rəqsanə Eşqin qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 07 iyun 2022-ci il tarixli, 16 nömrəli alqı-satqı müqaviləsindən, eləcə də alqı-satqı müqaviləsinə əlavə razılaşmadan görünür ki, ümumi dəyəri 2250 manat olan “Palma” markalı yataq dəsti 200 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə, ayda 170 manat ödəmək şərti ilə iddiaçı tərəfindən cavabdehə nisyə satılmışdır. İşdə olan mebelin qalıq dəyərinin hissə-hissə ödəniş cədvəlindən görünür ki, Rəqsanə Əsgərova (Ağamalıyeva) iddiaçıya 16 iyul 2022-ci il, 13 avqust 2022-ci il, 03 oktyabr 2022-ci il tarixlərdə 170 manat sonuncu dəfə isə 15 aprel 2023-cü il tarixdə 400 manat olmaqla, cəmi 910 manat ödəniş etmişdir. İşdə olan 05 sentyabr 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 41 (qırx bir) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, Əsgərova (Ağamalıyeva) Rəqsanə Eşqin qızı nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, Əsgərova (Ağamalıyeva) Rəqsanə Eşqin qızı 07 iyun 2022-ci il tarixli müqavilə üzrə alıcı kimi İddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyini lazımınca icra etməməklə, borcunu tam qaytarmamışdır. Belə ki, edilən xəbərdarlıqlara rəğmən cavabdeh iddiaçı ilə bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək, onu əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun əşyalarından qanunsuz istifadə etməklə, ona maddi ziyan vurmuş, müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, ümumi dəyəri 2250 manat olan “Palma” markalı yataq dəsti 200 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə, ayda 170 manat ödəmək şərti ilə iddiaçı tərəfindən 07 iyun 2022-ci il tarixdə cavabdehə nisyə satılmış, sonuncu borcundan cəmi 1110 manat ödəniş etmiş, 15 aprel 2023-cü il tarixdən ödənişləri dayandırdıqdan sonra iddiaçıya ümumilikdə 1140 manat ödənilməmiş borcu qalmışdır. Eyni zamanda, cavabdeh iddia üzrə tələb olunan 1140 manat məbləğində borcundan 2023-cü ilin oktyabr ayının ikinci yarısında 400 manat ödəmiş, habelə bu hal iddiaçı tərəfindən təsdiqlənməklə, işin mübahisələndirilməyən halına çevrilmişdir. Hazırda, cavabdehin iddiaçıya 740 manat məbləğində borcu vardır. Cavabdehin öz borcunu qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, iddia tələbinin ödənilməmiş borcun qaytarılmasına dair hissəsi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin “alınan “Palma” markalı yataq dəstinin iddiaçıya qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsasız olduğundan təmin edilməməlidir. Belə ki, həm mülki qanunvericiliyin, həm də 07 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 2.7-ci bəndindən də göründüyü kimi əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Təhvil verilmiş əşyanın qalıq dəyərinin ödənilməsi hissəsi ilə bağlı məqam aydın olsa da, ödənilməmiş malın qaytarılması hissəsi ilə bağlı qeyd olunur ki, alınan “Palma” markalı yataq dəstinin ümumi dəyəri 2250 manat olmaqla, bu malın ödənilməmiş dəyəri 740 manat təşkil etmişdir. Yəni, ödənilməmiş mal 740 manat dəyərindədir. Belə olan təqdirdə, iddiaçı ödənilməmiş 740 manat dəyərində olan malın nədən ibarət olmasını aydınlaşdırmamış, habelə tələbdə bütün malın adı qeyd edildiyindən bu hissə qeyrimüəyyən qalmışdır. Bundan əlavə, ödənilməmiş mallar dəqiq göstərilmədiyindən, habelə nədən ibarət olmaları qeyri-müəyyən olduğundan tələb, ödənilməmiş əşyanın dəyərinin tutulması hissəsində təmin edilmişdir. Yəni, tələbin (əşyanın ödənilməsi və ya ödənilməmiş malın qaytarılması) seçim haqqı iddiaçı tərəfdə olmasına baxmayaraq, sonuncu tələbə qeyri-müəyyən yanaşmaqla, hər iki tələblə (dəqiq və qeyri-müəyyən) bir vaxtda çıxış etmiş, habelə seçimini dəqiqləşdirməmişdir ki, bu zaman məhkəmə tələbin daha dəqiq olan hissəsinə, yəni pula münasibətdə təmin edilməsini daha məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh Əsgərova (Ağamalıyeva) Rəqsanə Eşqin qızından İddiaçı xeyrinə 740 manat pul və ödənilmiş 31,40 manat məbləğində dövlət rüsumunun 65 %-i, yəni 20,41 manatı tutulmalıdır. Həmçinin, məhkəmə tələbin “borcun qalıq məbləğə aid hissəsi”nə münasibətdə qeyd edilir ki, tələb bu hissədə iddiaçı tərəfindən müdafiə edilmədiyindən, eləcə də sübutlarla təsdiq olunmadığından təmin edilməsi istisna edilir. Bundan başqa, iddia tələbi üzrə dövlət rüsumunun məbləği 31,40 manat təşkil etməsinə baxmayaraq, iddiaçı tərəfindən tələb üzrə 41 manat vəsait sərf edilsə də, sonuncu artıq ödənilmiş 9,60 (doqquz manat 60 qəpik) manat dövlət rüsumu məbləğinin dövlət büdcəsindən ona geri qaytarılması ilə bağlı məhkəməyə müraciət etməmişdir ki, bu hal da sonuncu məbləğə münasibətdə nəzərə alınmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233, 240-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Əsgərova (Ağamalıyeva) Rəqsanə Eşqin qızından İddiaçı xeyrinə 740 (yeddi yüz qırx) manat pul və ödənilmiş 31,40 manat məbləğində dövlət rüsumunun 65 %i, yəni 20,41 (iyirmi manat 41 qəpik) manatı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-607/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-607/2023
06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver