Məhkəmə qərarları › İş №2(059)-73/2022

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-73/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-73/2022 16.05.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmeti olan əmlaka yönədilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: iddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmeti olan əmlaka yönədilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 yanvar 2019-cu il tarixli, 011R********** saylı kredit razılaşmsı üzrə 3269,45 manat əsas, 944,53 manat faiz, 957,64 manat cərimə olmaqla, cəmi 5171,62 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 71,72 manat, ipoteka predimentinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumlarının və 30 manat məbləğində xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı bankın xeyrinə tutulması, Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 0,05 ha torpaq sahəsinin və onun üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 107,9 kv.metr yaşayış, 114,1 ibarət yardımçı, ümumi 222 kv.metr sahədən ibarət 122 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması, 5171,62 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 71,72 manat, ipoteka predimentinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumlarının və 30 manat məbləğində xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçı banka ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması, torpaq sahəsi və fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların bu fərdi yaşayış evindən çıxarılması, oranın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası 16 may 2022-ci il tarixə saat 12:30-a təyin edilmişdir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X3 20 aprel 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, yaranmış zərurətlə əlaqədar iddia ərizəsinin baxılmamış saxlanılması və əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmələrinin (nümayəndələrinin iştirakını təmin etməmə) səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini və işin baxılmamış saxlanılması məsələsinin müzakirəsini mümkün hesab etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən, cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilmiş 71,72 (yetmiş bir manat 72 qəpik) manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmeti olan əmlaka yönədilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və ödənilmiş 71,72 (yetmiş bir manat 72 qəpik) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar