Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-757/2024 16.12.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 855 manat maddi zərərin, eləcə də, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, 2024-cü ilin fevral ayından Cavabdeh İddiaçı aid olan ünvan 1 ünvanında yerləşən “Rahat Nəfəs” yaşayış kompleksindəki 503 nömrəli mənzildə kirayə yaşamağa başlamış, habelə sözügedən mənzildə 30 mart 2024-cü il tarixdə qısaqapanma nəticəsində yanğın olmuş, həmçinin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gələrək yanğını söndürmüşlər. Hadisə nəticəsində bir ədəd çarpayı yanmış, habelə, mənzilin pəncərəsinin şüşələri zədələnmişdir. Həmin vaxt Cavabdeh ona mənzili təmir edəcəyini bildirdiyi üçün şikayət verməmişdir. Daha sonra, Cavabdeh mənzildən çıxaraq, 160 manat kirayə və 55 manat kommunal xidmət haqqını ödəməmişdir. Bundan başqa, cavabdeh mənzildən çıxarkən bəzi əşyaları yararsız vəziyyətə salaraq, ona maddi ziyan vurmuş, habelə mənzili ona təhvil verən zaman borcunu qaytaracağını bildirsə də, vədinə əməl etməmişdir. Beləliklə, hadisə nəticəsində əşyaların yararsız hala salınmasına görə 640 manat, kirayə haqqı olaraq 215 manat olmaqla, cavabdeh tərəfindən ona ümumilikdə 855 manat maddi ziyan vurulmuşdur. Bununla əlaqədar, Abşeron rayon Polis İdarəsinə müraciət etsə də, Polis İdarəsi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, 06 fevral 2024-cü il tarixdə özünə məxsus, ünvan 1 ünvanında yerləşən “Rahat Nəfəs” yaşayış kompleksindəki 503 nömrəli 2 otaqdan ibarət, içərisində əşyalar olan tam təmirli mənzilini Cavabdeh aylıq 300 manat müqabilində icarəyə vermiş, habelə ilk ayın pulunu həmin tarixdə qarşı tərəfdən almışdır. Bundan sonra, Cavabdeh növbəti dəfə, yəni, cari ilin mart ayında ona yenidən ödəniş etmiş, lakin, 06 aprel 2024-cü il tarixdə mənzili təhvil verməli olmasına baxmayaraq, 16 gün ödəniş etmədən sözügedən mənzildə yaşamış, nəticədə oradan 22 aprel 2024-cü il tarixdə çıxmışdır. Belə ki, 30 mart 2024-cü il tarixdə Cavabdeh ona qısaqapanma nəticəsində mənzildə yanğın baş verdiyini, FHN-nin əməkdaşlarının hadisə yerinə gələrək, yanğını söndürdüyünü bildirmişdir. Daha sonra, o, sözügedən mənzilinə getmiş, habelə oradakı əşyaların, divar kağızlarının və döşəmənin yandığını görmüşdür. Lakin, Cavabdeh ona mənzili təmir etdirəcəyini bildirdiyindən, heç bir şikayət etməmiş, habelə Məmməd mənzilin divarlarını boyatmışdır. Buna baxmayaraq, Cavabdeh 22 aprel 2024-cü il tarixdə ona heç bir ödəniş etmədən, həmçinin mənzilin kommunal xərclərini ödəmədən oradan çıxmışdır. Beləliklə, Cavabdeh ona artıq qaldığı 16 günün pulunu, yəni, 160 manatı, eləcə də, kommunal xərclər ilə bağlı müvafiq olaraq “Azərişıq”, “Azəriqaz” və "xxxx" ASC-lərə ödəniləcək olan ümumilikdə 55 manat borcu ödəməmişdir. Bundan başqa, yanğın nəticəsində mənzildə olan qatlanan çarpayıya 100 manat, pəncərənin qırılmış şüşələrinə 70 manat, masaya 300 manat, pərdəyə 60 manat, qapı şüşələrinə 10 manat, kondisionerə 300 manat olmaqla, ümumilikdə 840 manat ziyan dəysə də, o, cavabdehdən bu ziyanın 640 manat hissəsini tələb edir. Eyni zamanda, cavabdeh su, qaz və elektrik enerjisindən istifadəyə görə yaranmış kommunal ödənişləri həyata keçirmədiyinə görə həmin pulları o, özü ödəməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış 03 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin tarixdə alıcı satıcıdan, Abşeron rayonunun Masazır kəndində Duz zavod yolu 3 ünvanında yerləşən “Rahat Nəfəs” yaşayış kompleksindəki blok A1-də 1-ci girişin 6-cı mərtəbəsindəki 40,75 kvadratmetrdən ibarət olan 503 nömrəli mənzili 32600 manata satın almışdır. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 03 iyun və 03 iyul 2021-ci il tarixli arayışların surətindən görünür ki, Abşeron rayonunun Masazır kəndində Duz zavod yolu 3 ünvanında yerləşən “Rahat Nəfəs” yaşayış kompleksindəki blok A1-də 1-ci girişin 6-cı mərtəbəsindəki 503 nömrəli mənzilin sahibi İddiaçı olmaqla, sonuncu mənzilin dəyərini tam ödəmiş, habelə tərəflər arasında 03 iyul 2021-ci il tarixdə imzalanmış müqaviləyə əsasən bu mənzillə əlaqədar iddiaçının şirkətə borcu yoxdur. İşdə olan 06 fevral 2024-cü il tarixdə Cavabdeh tərəfindən imzalanmış və İddiaçı tərəfindən bəyənilmiş kirayə müqaviləsinin surətindən görünür ki, cavabdeh iddiaçıya aid olan Abşeron rayonunun Masazır kəndində Duz zavod yolu 3 ünvanında yerləşən “Rahat Nəfəs” yaşayış kompleksindəki blok A1-də 1-ci girişin 6-cı mərtəbəsindəki 503 nömrəli mənzili yaşayış üçün kirayə götürmüş, həmçinin hər ay mənzil üçün 300 manat kirayə haqqı ödəməyi öhdəsinə götürməklə, hər ayın 10-dək mənzilin kommunal xərclərini verməyi, oranı səliqəli saxlamağı və avadanlıqları xarab edəcəyi və sındıracağı təqdirdə, pulunu ödəməyə və düzəltdirməyə hazır olmasına söz vermişdir. Həmçinin, o, 1000 manat dəyərində 1 ədəd soyuducunu, 600 manat dəyərində 1 ədəd paltaryuyan maşını, 50 manat dəyərində 1 ədəd qaz plitəsini, 200 manat dəyərində 1 ədəd ariston markalı su qızdırıcısını, 600 manat dəyərində mətbəx mebelini, 200 manat dəyərində 1 ədəd dəhliz dolabını, 350 manat dəyərində 1 ədəd hamam və tualet aksessuarını, 600 manat dəyərində 1 ədəd stol və 6 ədəd stulu, 450 manat dəyərində 1 ədəd divanı, 600 manat dəyərində 1 ədəd “Toshiba” markalı televizoru, 300 manat dəyərində 1 ədəd paltar dolabını, 400 manat dəyərində yataq dəstini, 800 manat dəyərində 1 ədəd kondisioneri və 100 manat dəyərində 1 ədəd qatlanan çarpayını saz vəziyyətdə qəbul etmişdir. İşdə olan qəbzlərdən görünür ki, cavabdeh 06 fevral 2024-cü il tarixdən 22 aprel 2024-cü il tarixədək müvəqqəti istifadə etdiyi müddət ərzində sözügedən mənzil üzrə cəmi 44,69 manat dəyərində kommunal xidmətlərdən istifadə etməsinə baxmayaraq, həmin borc ödənilməmişdir. İşdə olan 24 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, sözügedən hadisədə cinayət tərkibi müəyyən edilmədiyinə görə bununla bağlı İddiaçı müraciəti əsasında toplanmış HK-1/5236 nömrəli material üzrə cinayət işinin başlanmasını rədd edilmişdir. Məhkəmə iclası zamanı nümayiş edilməklə, tədqiq olunmuş 1 ədəd CD diskin yaddaşına köçürülmüş videogörüntü və fotoşəkillərdən görünür ki, sözügedən mənzildə olan 1 ədəd qatlanan çarpayı yanaraq, otaq pəncərəsinin şüşələri isə qırılaraq yarasız hala düşmüşdür. İşdə olan 20 avqust 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 06 fevral 2024-cü il tarixdə razılığa gəlməklə, o cümlədən bu barədə müqavilə imzalamaqla kirayə hüquq münasibətinin iştirakçısına çevrilmiş, habelə iddiaçı sahibliyində olan ünvan 1 ünvanında yerləşən “Rahat Nəfəs” yaşayış kompleksindəki 503 nömrəli 2 otaqdan ibarət, içərisində əşyalar olan tam təmirli mənzili aylıq 300 manat haqq müqabilində cavabdehin müvəqqəti istifadəsinə vermiş, habelə sonuncunun mənzil, yaşayış ehtiyaclarını təmin etmişdir. Bundan sonra, kirayə hüquq münasibətinin iştirakçısı olan Cavabdeh 06 fevral 2024-cü il tarixdən 22 aprel 2024-cü il tarixədək İddiaçı məxsus mənzildən müvəqqəti istifadə etsə də, orada yaşadığı müddətdə, kirayə haqqının lazımi qaydada ödənilməsini təmin etməməklə, yanaşı həmin mənzilin istismarı üçün zəruri olan kommunal xərclərini ödəməmiş, kirayə hüquq münasibətindən irəli gələn öhdəliklərin, eləcə də, mülki qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, cavabdeh iddiaçının mənzilində yaşadığı ötən müddət ərzində ödənişləri tam şəkildə yerinə yetirməmiş, nəticədə kirayə haqqı üzrə 160 manat, kommunal xərclərə görə isə 44,69 manat borcu yaranmışdır. Bundan başqa, iddiaçının qanuni sahibliyində olan sözügedən mənzildə 2024-cü ilin mart ayında baş vermiş yanğın zamanı həmin mənzildə olan əşyaların bir qisminin, o cümlədən pəncərənin şüşələrinin qırılmaqla, 1 ədəd qatlanan çarpayının isə yanmaqla yararsız vəziyyətə düşməsi vidoegörüntü və fotoşəkillərlə vizual müşahidə edilsə də, kondisionerə, stol və stullara, habelə digər əşyalara ziyan dəyməsi iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla müəyyən edilməmişdir. Bununla da, cavabdehin qeyd edilən məbləğləri və dəymiş ziyanı ödəməməsi səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Sözügedən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Sözügedən Məcəllənin 324-cü maddəsinin İ və İİ hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Yenə həmin Məcəllənin 329-cu maddəsinin İİ və İİİ hissələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Qeyd edilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə Mülki Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 680-ci maddəsinin İ hissəsinin İ və İİ bəndlərinə əsasən kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri, heyvanın kirayəyə verildiyi halda - qulluq və bəsləmə xərcləri əvəzi ödənilən xərclərə aid deyildir. Bu Məcəllənin 684-cü maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. Sözügedən Məcəllənin 686-cı maddəsinə əsasən əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Bu Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Bununla da, məhkəmə hesab edir ki, Cavabdeh kirayə hüquq münasibətinin iştirakçısına çevrilməklə, öz riski ilə kirayə müqaviləsi bağladığından bu münasibət üzrə yaranmış öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Yenə bu Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Bu Məcəllənin 697.2-ci maddəsinə əsasən, əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. Beləliklə, məhkəmə qeyd edir ki, tərəflər arasındakı kirayə müqaviləsinin şərtlərinə əsasən cavabdeh iddiaçının qanuni sahibliyində olan mənzildə yerləşən əşyaların yararlı vəziyyətdə saxlanılmasına görə üzərinə öhdəlik götürməsinə baxmayaraq, üzərinə götürdüyü öhdəliyi kifayət qədər vicdanla icra etməmiş, nəticədə sonuncunun iddiaçıya dəyən zərər üçün məsuliyyəti yaranmışdır. Bununla da, iddiaçının qanuni sahibliyində olan mənzili cavabdeh tərk etdiyi dövrdə 1 ədəd 100 manat dəyərində qatlanan çarpayının yararsız vəziyyətə düşməsinə, eləcə də, 70 manat dəyərində pəncərə şüşələrinin sınmasına görə iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh iddiaçı Cavabdeh xeyrinə 44,69 manat kommunal borcu, 160 manat kirayə haqqı, eləcə də, 170 manat maddi zərərin əvəzi olmaqla, cəmi 374,69 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun 44%-i, yəni 13,20 manatı tutulsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı Cavabdeh xeyrinə 44,69 manat kommunal borcu, 160 manat kirayə haqqı, eləcə də, 170 manat maddi zərərin əvəzi olmaqla, cəmi 374,69 (üç yüz yetmiş dörd manat 69 qəpik) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 44%-i, yəni 13,20 (on üç manat 20 qəpik) manatı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-757/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-757/2024
16.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver