Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-76/2021 17.02.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə iddiaçı «xxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı «xxxx” ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 383 manat sığorta ödənişi məbləğinin, 500 manat işlərin görülməsi xərcinin və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 913 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə Cavabdeh arasında xx xxxx 2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və idarə etdiyi “Opel Astra” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat hadisəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə idarə etmək hüququ olmadan idarə etdiyi “Opel Astra” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, H.Əliyev prospektində hərəkət edərkən yol-nəqliyyat hadisəsi törətmiş və “Vaz 21043" markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC 383 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı AR DİN Quba RPŞ-nin DYPB-də xx xxxxxx 2019-cu il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokola əsasən Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. AR DİN Quba RPŞ-nin DYPB-nin “xxxx” ASC-yə təqdim etdiyi xx xxxx 2019-cu il tarixli, 1416986-1219 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1999-cu il buraxılışlı, "Opel Astra" markalı, ** OP *** dövlət qeydiyyat nişanlı, ban W0LOTGF48X8097969 nömrəli, bənövşəyi göy peri rəngli avtomobilin sahibi X4r. İşdə olan xx xxxx 2018-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, "Opel Astra" markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomaşın "xxxx" ASC-də həmin tarixdən xx xxxx 2019-cu il tarixədək sığorta olunmuşdur. Azərbaycan Respublikası Xaçmaz RQİ və TBŞ tərəfindən xx xxxxxxx 2016-cı il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2000-ci il buraxılışlı, "Vaz 21043" markalı, ** BP *** dövlət qeydiyyat nişanlı, ban XTA210430Y0776207, mühərrik ******* nömrəli, qırmızı rəngli avtomobilin sahibi X6r. İşdə olan mötəbər sübutlardan, o cümlədən izahatlardan, yol-nəqliyyat hadisəsinə dair tərtib edilmiş arayışdan, həmçinin Quba RPŞ-nin DYPB-nin əməkdaşı tərəfindən xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində xx xxxxxx 2019-cu il tarixdə saat 17.00 radələrində yol-nəqliyyat hadisəsi baş vermiş və sonuncu idarə etmək hüququ olmadan idarə etdiyi “Opel Astra” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Quba şəhəri, H.Əliyev prospektində yol hərəkəti qaydalarını pozub yol-nəqliyyat hadisəsi törətməklə, X5 idarə etdiyi “Vaz 21043” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. İşdə olan "xxxx" ASC-nin xx xxxxxx 2019-cu il tarixli hesablamasından görünür ki, “Vaz 21043” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilə 383 manat məbləğində ziyan dəymişdir. İşdə olan xx xxxxx 2019-cu il tarixli, 19-03560/04/AA-2592/19 nömrəli sığorta aktından görünür ki, sığortalanmış avtomobilə dəymiş zərərə görə 383 manat sığorta ödənişinin "xxxx" ASC tərəfindən X7 ödənilməsi nəzərdə tutulmuşdur. İşdə olan xx xxxxx 2019-cu il tarixli, 005997 saylı ödəniş tapşırığının surətindən görünür ki, yuxarıda adı qeyd edilən sığorta aktına əsasən sığortaçı "xxxx" ASC sığortalı X7 383 manat sığorta ödənişi etmişdir. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə isə, “yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər”. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı X1 olan “Opel Astra” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh idarə etmiş və onun təqsirli hərəkətləri nəticəsində xx xxxxxx 2019-cu il tarixdə, saat 17:00 radələrində Quba şəhəri, H.Əliyev prospektində nəqliyyat vasitəsini idarə etmə hüququ və etibarnamə olmadan idarə etdiyi “Opel Astra” markalı avtomobillə hərəkət edərkən “Vaz 21043" markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və avtomobilə ziyan vurmuşdur. Bu səbəbdən də, iddiaçı ASC tərəfindən zərərçəkmiş şəxsə ümumilikdə 383 manat sığorta ödənişi verilmişdir. İddiaçı «xxxx” ASC “Opel Astra” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobilin hüququ olmayan şəxs tərəfindən istismar edilməsi nəticəsində idarə edildiyini əsas gətirərək subroqasiya hüququnun yarandığını qeyd etmiş və bu hüquqdan istifadə edərək cavabdeh tərəfə qarşı iddia qaldırmışdır. Beləliklə təhlükə mənbəyi sayılan avtomobillə törədilmiş sığorta hadisəsinə görə Cavabdeh məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, subroqasiya qaydasında öhdəliyini icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə Cavabdeh 383 manat məbləğində sığorta ödənişi və iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Eyni zamanda, məhkəmə işlərin görülməsinə görə çəkilmiş 500 manat xərcə münasibətdə bildirir ki, tələb bu hissədə hər hansı bir mötəbər sübut və ya sənədlə (maliyyə sənədləri ilə) öz təsdiqini tapmadığından təmin edilməsi istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı «xxxx” ASC-nin xeyrinə 383 (üç yüz səksən üç) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-76/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-76/2021
17.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver