Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-760/2022 30.12.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, ərizəçi İddiaçı “kredit faizlərinin bütünlüklə ləğv edilməsi və ya icra qeydinin hissə-hissə icra edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədi nəzərdən keçirərək, müəyyənetdim: Ərizəçi İddiaçı “kredit faizlərinin bütünlüklə ləğv edilməsi və ya icra qeydinin hissəhissə icra edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Siyəzən rayon dövlət notariat ofisinin xüsusi notariusunun 06 oktyabr 2022-ci il tarixli, 8İ-1988 saylı icra qeydi üzrə kredit faizlərinin bütünlüklə ləğv edilməsini və ya hər ay 20 manat ödəmək şərti ilə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikasının MPMnin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, ərizədə cavabdehin hüquqi şəxsin adı, poçt ünvanı və eyniləşdirmə məlumatı (VÖEN-i) lazımi qaydada göstərilməmiş, cavabdehə qarşı yönələn tələb dəqiqləşdirilməmiş (aydınlaşdırılmamış), ərizəyə əlavə edilən sənədlərin siyahısı müvafiq qaydada qeyd edilməmiş, həmçinin, ərizəyə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsinə əsasən tərəflər işdə iştirak edən şəxslərdir. Bu Məcəllənin 50.1-ci maddəsinə əsasən isə tərəflər dedikdə, iddiaçı və cavabdeh nəzərdə tutulur. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinin tələbinə görə məhkəməyə sübut kimi sənədlərin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 149.2.5-ci maddəsinə əsasən iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 150.1.1-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilir. Eyni zamanda, Azərbaycan Respublikası MPM-in 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Lakin, mülki iş materialları nəzərdən keçirilərkən ərizəçinin bir ərizədə bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirdiyi müəyyən edilmişdir. Çünki, ərizəçi ərizəsində cavabdehə qarşı yönələn əsas tələblə, yəni icra qeydi üzrə kredit faizlərinin bütünlüklə ləğv edilməsini xahiş etməsi ilə yanaşı, icra qeydinin hissəhissə icra edilməsi üçün qərardadın qəbul edilməsi ilə də müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 231-ci maddəsi özündə yalnız qətnamənin icrasına möhlət verməni və ya qətnaməni hissə-hissə icra etdirməni, habelə onun icra üsulunu və qaydasını dəyişdirməni ehtiva etmişdir. İcra qeydi isə işin mahiyyəti üzrə həll edilməsi nəticəsində çıxarılmış məhkəmə aktı olmamaqla, qətnamə statusuna malik deyildir. Eyni zamanda, Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyində icra qeydinin hissə-hissə icra edilməsinə dair müddəalar öz təsbitini tapmamışdır. Yəni, mülki prosessual qanunvericiliyin tələbləri baxımından icra qeydinin hissə-hissə icra edilməsinin mümkünlüyü istisna edilir. Beləliklə, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Bu Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizəçiyə izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Ərizəçi İddiaçı ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-760/2022
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-760/2022
30.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver