Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-828/2025 16.02.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Vahabzadə Gülay Xanlar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nağd pul kreditini və “birkart”a olan borcunu bir dəfəyə ödəyəcəyi halda 9184 (doqquz min yüz səksən dörd) manat pulun, həmin borcu aylıq ödəyəcəyi halda isə bankın ödəniş şərtlərinə uyğun olaraq, hesablanmış faiz borcları ilə birlikdə 11 avqust 2029-cu il tarixədək aylıq 250 manat pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 9184 manat məbləğində pulun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair başqa ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 9184 manat məbləğində pulun və bank xidmətinin göstərilməsi, eləcə də, iddia tələbi üzrə ödənilmiş cəmi 112 manat məhkəmə xərcinin tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-in 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsi iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, Siyəzən şəhər sakini Cavabdeh ilə bir müddət, yəni 2020-2025-ci illər aralığında özünün də uzun illərdir işlədiyi X1 Şöbəsində polis nəfəri vəzifəsində çalışmışdır. Belə ki, cavabdehlə münasibətləri əvvəllər yaxşı olmuş, işdən kənar vaxtlarda yoldaşlıq etmişlər. Bundan başqa, illərdir birgə işlədiyi Cavabdeh 2024-cü ilin sentyabr ayının əvvəllərində ona övladının ağır xəstə olduğunu, günlər keçdikcə xəstəliyinin daha da şiddətləndiyini, sonuncunun müalicəsi üçün təcili pul lazım olduğunu və borcu 1 (bir) ay ərzində, yəni cavabdehin qardaşının toyundan yığılan pulun hesabına qaytaracağını, əks təqdirdə öz evini banka girov qoyaraq pul götürüb 1-2 aya ödəyəcəyini bildirmişdir. Bundan sonra, o, özünün də, azyaşlı övladının olmasını nəzərə alaraq, belə bir halın hər kəsin başına gələ biləcəyini düşünmüş, habelə cavabdehin onun etibarından sui-istifadə edəcəyini fikirləşməyib Cavabdeh onlayn formada kredit götürüb vermişdir. Belə ki, əvvəlcə 11 sentyabr 2024-cü il tarixdə Cavabdeh yüksək, yəni, 23,4 faiz nisbətində 8 484 manat, sonradan isə sonuncunun xahişi ilə ona məxsus “birkart”dan 2 100 manat nağd şəkildə çıxarıb təqdim etmiş, cavabdeh isə ondan aldığı bütün pulları faizi ilə birlikdə qaytaracağını dair vəd vermişdir. Lakin, nağd pul krediti və birkart borcu vaxtında ödənilmədiyi üçün hər ay onun əmək haqqından artan faizlə 230-250 manat arası pul tutulmuşdur. Buna baxmayaraq, əmək haqqı verilən günlərdə dəfələrlə Cavabdeh mobil telefonuna mesajlar, zənglər etməsinə, hətta evlərinə getməsinə baxmayaraq sonuncu ona 3-5 günə pulu verəcəyini deyərək növbəti ayın sonunu gətirmişdir. Hətta, ayın sonlarında kredit ödənişi ilə bağlı cavabdehin yaşadığı evə getdikdə ailəsinə Bəhlulun aylıq borcunu xatırlatsa da, sonuncunun anası Sineybaz Bağırova ona heç yerə şikayət etməyəcəyi təqdirdə hər ay borcundan 100 manat verə biləcəyini bildirmişdir. Bundan əlavə, Cavabdeh və ailəsi bu müddətə qədər ona müxtəlif aylarda cəmi 1000 manat pul vermişdir. Ancaq, bu pulları verdikdən sonra Bəhlulun anası Sineybaz Bağırova ona digər insanlara da borclu olduğunu, bir neçə ay sonuncuların da borclarını verəcəklərini, bu müddət ərzində ona heç bir ödəniş edə bilməyəcəklərini qeyd etmişdir. Bundan sonra, o, 2025-ci ilin iyun ayında Cavabdeh ilə birlikdə Siyəzən RMŞ-nin rəisi Yaqub Həsənovun yanına gedərək sonuncuya şifahi olaraq vəziyyəti izah etmiş, habelə Yaqub Həsənov, cavabdehin polis əməkdaşına yaraşmayan hərəkətləri barədə, belə işin yolverilməz olmaqla, polisin və idarənin nüfuzuna xələl gətirən hal olmasını, habelə bu halın artıq ikinci dəfə təkrarlandığını, belə davam etdiyi təqdirdə rəhbərliyə məruzə olunaraq Cavabdeh orqandan xaric olunacağını cavabdehin nəzərinə çatdırmışdır. Daha sonra, Cavabdeh 2025-ci ilin iyun və iyul ayları üzrə ona hər ay 200 manat pul vermiş, nəticədə cavabdeh borcundan ümumilikdə 1400 manat qaytarmışdır. Beləliklə, həmin ilin avqust ayının ödənişinin gecikdiyini cavabdehə “whatsapp” tətbiqi vasitəsilə bildirdikdən sonra, ertəsi gün, yəni, 21 avqust 2025-ci il tarixdə sonuncu Siyəzən RMŞ-yə gələrək öz ərizəsi ilə işdən azad olunmuşdur. Etibarından uzun müddətdir istifadə edən Cavabdeh "xxxx" ASC və birkart vasitəsi ilə götürüb ona verdiyi pulları geri qaytarmadığından hazırda çıxılmaz vəziyyətdə olmaqla, öz vəziyyəti həddindən artıq pisləşmişdir. Beləliklə, Cavabdeh ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş əməli törətməklə, dələduzluq etmişdir. Çünki, Cavabdeh ona pul verdiyi vaxtda başqa şəxslərə, hətta banklara da külli miqdarda borcları olmuş, ondan borc aldığı vaxtda pulları geri qaytarmaq iqtidarında olmamış, bunu dərk edə-edə uzun illər ərzində yaranmış inam və etibarından sui- istifadə etmişdir. Ona görə də, Siyəzən Rayon Məhkəməsinə müraciət edib, iş üzrə ədalətli araşdırma aparılmasına, Cavabdeh hüquqazidd əməlinə qanunamüvafiq qiymət veriləcəyinə inanır. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, Cavabdeh 2020-ci ildən tanımış, habelə sonuncu ilə iş yoldaşı münasibətində olmuşdur. Belə ki, o, 11 sentyabr 2024-cü il tarixdə, saat təxminən 11-12:00 radələrində "xxxx" ASC-dən mobil tətbiq vasitəsilə 8 484 manat onlayn kredit götürərək, Cavabdeh övladı xəstə olduğundan, sonuncunun müalicəsi üçün bu pulu nağdlaşdırıb, Baş Mühafizə İdarəsinin X1 şöbəsində borc olaraq cavabdehə vermişdir. Bundan sonra, qeyd edilən məbləğ Cavabdeh övladının müalicəsinə kifayət etmədiyi üçün cavabdeh ondan əlavə 3-4 000 manat istəmiş, o da, öz növbəsində həmin tarixdə, saat təxminən 18-19:00 radələrində yenidən "xxxx" ASC-yə məxsus “Birkart” adlanan kredit kartından Siyəzən şəhəri ərazisində yerləşən ATM-dən 2 100 manat nağdlaşdırıb "xxxx" ASC-nin Siyəzən filialının qarşısında Cavabdeh borc kimi təqdim etmişdir. Bundan əlavə, Cavabdeh cəmi 10 584 manat borcunu qardaşının 31 sentyabr 2024-cü il tarixdə keçiriləcək toy məclisindən yığılan pulun hesabına, əks təqdirdə ən gec 2 ay ərzində özünün və anası Sineybaz Bağırovanın adına kredit götürüb tam olaraq qaytaracağını bildirmişdir. Buna baxmayaraq, cavabdeh sözügedən borcdan hissə-hissə 1 400 manat ona geri qaytarsa da, 9184 manat borc qalıq qalmışdır. Həmçinin, Cavabdehla iş yoldaşı olduqlarından, habelə aralarında normal münasibət yarandığından, sonuncuya inanmış, bu səbəbdən də, 10 584 manat pulun cavabdehə borc verilməsinə dair aralarında hər hansı bir formada yazılı sənəd tərtib edilməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, lakin o, məhkəməyə ərizə ünvanlayaraq iddianı etiraf etmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, qətnamənin əsaslandırıcı hissəsində Cavabdeh tərəfindən iddianın etiraf edilməsi və onun qəbul edilməsi ilə kifayətlənmək olsa belə, aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Cavabdeh 11 dekabr 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini qəbul etdiyini, 11 sentyabr 2024-cü il tarixdə İddiaçı ona kredit müqaviləsi üzrə 8 484 manat, “birkart”dan isə 2 100 manat olmaqla, ümumilikdə 10 584 manat nağd şəkildə çıxarıb verməsini, həmin məbləğdən 1 400 manat pulu iddiaçıya qaytarmasını qeyd edib, ondan iddiaçının xeyrinə 9184 (doqquz min yüz səksən dörd) manat məbləğində pulun və 113 manat dövlət rüsumunun tutularaq ödənilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş “Whatsapp” tətbiqi vasitəsilə aparılmış yazışmalardan görünür ki, tərəflər arasında pul mübahisəsi olmaqla yanaşı, Cavabdeh İddiaçı borcunun qaldığını etiraf etmiş, həmçinin bu məbləği qaytaracağına vəd vermişdir. İşdə olan 23 oktyabr 2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən bank xidmət haqqına və dövlət rüsumuna görə cəmi 112, 40 manat vəsait də sərf etmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçının üzərinə düşür. Belə ki, sübutların tədqiqatı zamanı İddiaçı Cavabdeh 11 sentyabr 2024-cü il tarixdə cəmi 10584 manat pul verməsini, habelə sonuncunun bu məbləğdən 1400 manat ona qaytarmasını, nəticədə cavabdehin iddiaçıya 9184 manat borcu qalmasını sübut edə bilmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Sözügedən Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarından görünür ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinin İ, İV və V hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Qeyd olunan Məcəllənin 329-cu maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Bu Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Bu mənada, məhkəmə qeyd edir ki, İddiaçı 11 sentyabr 2024-cü il tarixdə Cavabdeh 10 584 manat məbləğində pul verməsinin, habelə sonuncunun həmin vaxt iddiaçıdan bu pulu məhz borc olaraq almasının heç bir qanuni əsası yoxdur və ya hər hansı müqavilə şərtlərinə əsaslanmır. Belə ki, qanunla başqa hal müəyyən edildiyi halda, yəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa bu müqavilə yazılı formada bağlanmalı olsa da, tərəflər mülki qanunvericiliyin tələblərinə əməl etməmiş, aralarında pulun verilməsi ilə bağlı şifahi razılaşmışlar ki, bu da nəticədə onlar arasında şifahi olaraq bağlanılmış əqdin (müqavilənin) etibarsızlığına səbəb olmuşdur. Bununla belə, məhkəmə iclasında iddiaçının izahatı, eləcə də iş materiallarında olan mövcud sənədlər, o cümlədən cavabdehin etiraf ərizəsi və digər mötəbər sübutlarla müəyyən olundu ki, tərəflər bir-birini tanımaqla, iş yoldaşı olmuş, daha sonra ehtiyac olduğuna görə Cavabdeh İddiaçı 11 sentyabr 2024-cü il tarixdə ümumilikdə 10584 manat məbləğində pul almış, habelə sonuncu qeyd olunan məbləğin qaytarılmasını vəd etmişdir. Göründüyü kimi, Cavabdeh İddiaçı hüquqi əsas olmadan ümumilikdə 10 584 manat məbləğində pulu qəbul etməklə, habelə sonuncudan bu vəsaiti təyinatı üzrə öz ehtiyacına sərf etsə də, məhrum olanın, yəni iddiaçının hesabına əmlak əldə etdiyi vəsaiti tam olaraq qaytarmamışdır ki, bu da sonda cavabdehin əsassız varlanmasına səbəb olmuşdur. Bundan əlavə, cavabdeh aldığı puldan müxtəlif vaxtlarda hissə-hissə 1400 manat ödəniş edib, qalıq 9184 manat pulu ödəməkdən yayınmış, bununla da, cavabdehin həmin məbləği qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və sonuncunun tələb etmə hüququ yaranmışdır. Eyni zamanda, cavabdeh iddiaçıya qalıq 9184 manat pulu qaytarmadığını da etiraf etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Sözügedən Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Qeyd olunan Məcəllənin 135-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Sözügedən Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinin birinci cümləsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bu Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Bununla da, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 9184 manat məbləğində pulu qaytarmaması nəticəsində, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozduğuna və onun hesabına əsassız varlandığına görə, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 218.3-cü maddəsinin İ cümləsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclərdə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 9184 (doqquz min yüz səksən dörd) manat məbləğində pul və bank xidmətinin göstərilməsi, eləcə də, iddia tələbi üzrə ödənilmiş cəmi 112,40 (bir yüz on iki manat 40 qəpik) manat məhkəmə xərci tutularaq ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 9184 (doqquz min yüz səksən dörd) manat məbləğində pul və bank xidmətinin göstərilməsi, eləcə də, iddia tələbi üzrə ödənilmiş cəmi 112,40 (bir yüz on iki manat 40 qəpik) manat məhkəmə xərci tutularaq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-828/2025
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-828/2025
16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver