Məhkəmə qərarları › İş №2(059)-88/2022

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-88/2022

16.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-88/2022 16.03.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh, eləcə də, digər ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi İddiaçı2 Şixverdi oğlunun, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə, ilk iddia üzrə Cavabdeh1 iştirakları ilə, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 Şixverdi oğlunun və İddiaçı3 ilk iddia üzrə Cavabdeh1 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-yə qarşı “13 iyun 2019-cu il tarixli, **********112 və **********113 nömrəli ərizələrin etibarsız hesab edlməsi” tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 Şixverdi oğluna və İddiaçı3 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 Cavabdeh1 qarşı “mənzildən maneəsiz istifadə hüququnun təmin edilməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olduğu ünvan 1 ünvanından maneəsiz istifadəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı tərəfin ərizəsinə əsasən İddiaçı2 Şixverdi oğlu və İddiaçı3 iddiaçı, Cavabdeh2 MMC cavabdeh, Siyəzən rayon Mənzil İstismar Sahəsi üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş, iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı2 Şixverdi oğlu və İddiaçı3 Şabran rayon notariat ofisinə verdikləri 13 iyun 2019-cu il tarixli, **********112 və **********113 nömrəli ərizələrin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikasının MPM-nin 51.3-cü maddəsinə əsasən, başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Daha sonra, Cavabdeh2 MMC iddiaçılar İddiaçı1, İddiaçı2 Şixverdi oğluna və İddiaçı3 qarşı "istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddiaçı üzrə iddiaçıların Siyəzən şəhəri, T.İsmayılov küçəsi 17 nömrəli korpusda yerləşən 7 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərardadına əsasən, iddiaçı Cavabdeh2 MMC-nin İddiaçı1 və digərlərinə qarşı "istifadə hüququna xitam verilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, bu iddia ərizəsinə iddiaçılar İddiaçı1, İddiaçı2 Şixverdi oğlunun və İddiaçı3 cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “13 iyun 2019-cu il tarixli, **********112 və **********113 nömrəli ərizələrin etibarsız hesab edilməsi” tələbinə dair ilk iddia ərizəsi ilə birlikdə bir icraatda baxılması qərara alınmışdır. İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 Şixverdi oğlu və İddiaçı3 ilk iddiadan, qarşılıqlı iddia üzrə Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 və nümayəndəsi Nümayəndə qarşılıqlı iddiadan imtina etmələri barədə məhkəməyə ərizələr təqdim etmişlər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh, eləcə də, digər ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi İddiaçı2 Şixverdi oğlu bildirdi ki, hazırda onlar qarşı tərəflə barışmışlar və aralarında heç bir mübahisə qalmamışdır. Bu səbəbdən də, ilk iddiadan imtina etməklə, iş üzrə icraata xitam verilmənin əsaslarının və nəticələrinin ona izah olunduğunu bildirərək mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə qarşılıqlı iddiadan imtina etməsi barədə ərizə ilə müraciət edərək, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərlə aralarında məhkəmədən kənar qaydada razılığa gəldiklərinə görə qarşılıqlı iddiadan imtina etməklə, iş üzrə icraata xitam verilmənin əsaslarının və nəticələrinin ona izah olunduğunu bildirərək mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh1 da qarşı tərəflə aralarında razılıq əldə olunduğuna görə iş üzrə iş üzrə icraata xitam verilmənin əsaslarının və nəticələrinin ona izah olunduğunu bildirərək mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı3 və üçüncü şəxs Siyəzən Rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar (səlahiyyətli nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, iclasın iştirakları olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə, iclasın ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı3 və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, eləcə də tərəflərin münasibətini nəzərə alaraq hesab edir ki, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 Şixverdi oğlunun, İddiaçı3 ilk və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin qarşılıqlı iddiadan imtinaları qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 Şixverdi oğlunun, İddiaçı3, eləcə də ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin nümayəndəsinin ərizələrindən görünür ki, tərəflər iş üzrə icraata xitam verilmənin əsaslarının və nəticələrinin onlara izah olunduğunu bildirərək mülki iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 Şixverdi oğlunun və İddiaçı3 ilk iddia üzrə Cavabdeh1 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-yə qarşı “13 iyun 2019-cu il tarixli, **********112 və **********113 nömrəli ərizələrin etibarsız hesab edlməsi” tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 Şixverdi oğluna və İddiaçı3 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə İddiaçı1, İddiaçı2 Şixverdi oğlunun, İddiaçı3 və Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə ilk və qarşılıqlı iddialardan imtina etmələri qanuna zidd olmadığından və digər şəxslərin mənafeyinə toxunmadığından məhkəmə tərəfindən qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir Həmçinin, məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia tələblərinin hər biri üçün ayrıayrılıqda ödənilmiş 80 (səksən) və 100 (bir yüz) manat dövlət rüsumu müvafiq olaraq İddiaçı1 və Cavabdeh2 MMC-yə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119,122, 261, 261.0, 261.0.4, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 Şixverdi oğlunun və İddiaçı3 ilk iddia üzrə Cavabdeh1 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-yə qarşı “13 iyun 2019-cu il tarixli, **********112 və **********113 nömrəli ərizələrin etibarsız hesab edilməsi” tələbinə dair ilk iddiası üzrə iddiaçıların iddiadan imtinası qəbul edilsin, iş üzrə icraata xitam verilsin. İlk iddia tələbi üzrə ödənilmiş 80 (səksən) manat dövlət rüsumu ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 aid edilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 Şixverdi oğluna və İddiaçı3 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin, iş üzrə icraata xitam verilsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-yə aid edilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar