Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-93/2021 03.03.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə iddiaçı "İddiaçı" İstehsalat Birliyinin Cavabdeh qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 799,20 manat məbləğində zərərin və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 829,20 manat pulun tutularaq iddiaçı “İddiaçı” İB-nin hesabına keçirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata götürülmüş, lakin, Cavabdeh etirazına əsasən Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə sadələşdirilmiş icraat qaydasında baxılma ləğv edilməklə iddiaya baxılması üçün iddia icraatına keçilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini qismən müdafiə edərək izahatında göstərdi ki, iddiaçı “İddiaçı” İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilmiş və həmin ünvana “İddiaçı” İB tərəfindən **********00970 nömrəli abonent kodu verilmiş, həmçinin fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində GT-4 markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin, cavabdeh “X4”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından əvvəl qanunsuz olaraq özbaşına qaz xəttinə qoşulmaqla, təbii qazı talamışdır. xx xxxxxx 2020-ci il tarixdə “İddiaçı” İB-nin X5 İstismar İdarəsinin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiqləyən foto çəkilişlər aparılmışdır. Belə ki, faktla bağlı tərtib olunmuş akta əsasən cavabdeh tərəfindən “İddiaçı” İstehsalat Birliyinə dəymiş ziyanın məbləği 799,20 manat hesablanmışdır. Cavabdeh həmin borcundan bir qismini ödəməklə, vurmuş olduğu zərəri etiraf etmiş, qalan borcunu isə hal-hazıradək ödəməmişdir. Belə olan halda, cavabdehin ödənilməmiş 479,70 manat borcu yaranmışdır. Odur ki, iddianın qismən, yəni qeyd olunan həcmdə təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, maddi vəziyyətinin pis olmasına görə əvvəllər iddia tələbində göstərilən 799,20 manat məbləğində zərəri ödəyə bilməsə də, sonradan məhkəmə iclasları gedişatında göstərilən məbləğdən qismən ödənişlər etmişdir. Bu səbəbdən də, hazırda onun ödənilməmiş 479,70 manat borcu qalmışdır ki, yaranmış borcu da, yaxın gələcəkdə ödəyəcəyinə söz verir. Ona görə də iddianın qismən, yəni sonuncu məbləğ həcmində təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, 4291-11-14 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin surətindən görünür ki, bu müqavilə qaz paylayıcısı (iddiaçı) ilə istehlakçı fiziki şəxs (cavabdeh) arasında sonuncuya aid ünvanda təbii qaz təchizatı və onun istismarı ilə əlaqədardır. İşdə olan "İddiaçı" İB Xaçmaz RQİİ Siyəzən rayonu üzrə təbii qaz və satış xidmətinin rəisi Sədaqət Cümşüdova və əməkdaşları tərəfindən Cavabdeh yaşadığı Siyəzən şəhəri, H.Aslanov küçəsindəki fərdi yaşayış evi üzrə keçirilmiş yoxlamadan sonra xx xxxxxx 2020ci il tarixdə tərtib edilmiş ******* nömrəli aktdan görünür ki, cavabdeh tərəfindən qeyriqanuni, G-4T markalı, ******* saylı sayğacdan kənar qaz xəttindən istifadə olunmuşdur. İşdə olan “İddiaçı” İstehsalat Birliyi tərəfindən xx xxxx 2021-ci il tarixdə tərtib edilmiş abonent saldosundan və müvafiq aktın surətindən görünür ki, Cavabdeh tərəfindən “İddiaçı” İstehsalat Birliyinə təbii qazdan qeyri-qanuni istifadəyə görə vurulmuş zərərin həcmi 479,70 manat təşkil etmişdir. İşdə olan xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, “İddiaçı” İstehsalat Birliyi məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, Cavabdeh öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Bu Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Yenə bu Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə, qeyd edilməlidir ki, cavabdehin sahibliyində və istifadəsində olan Siyəzən şəhəri, H.Aslanov küçəsindəki fərdi yaşayış evində sayğacdan kənar qaz xəttindən istifadə etdiyinə görə yaranmış 479,70 manat cərimə borc mövcuddur və realdır. Bundan əlavə, məhkəmə iclasında müəyyən edildi ki, "İddiaçı" İB-nin əməkdaşları tərəfindən **********00970 abunə kodu olan cavabdehin Siyəzən şəhəri, H.Aslanov küçəsindəki fərdi yaşayış evinə xx xxxxxx 2020-ci il tarixdə baxış keçirilmiş, bu zaman onun qanunsuz çəkilmiş, sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə etdiyi aşkarlanmış və həmin yerin şəkli çəkilməklə həmin dövr üçün "Təbii X4nın pozulması haqqında" müvafiq akt tərtib edilmişdir. İstehlakçı tərəfindən "X4"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 479,70 manat məbləğində hesablanmaqla abonent bazasına işlənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin İ və İİ hissələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş X4nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bu Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, işin faktiki hallarından da göründüyü kimi abonent tərəfindən təbii X4nın pozulması halı mövcuddur və realdır, o cümlədən cərimə cavabdeh tərəfindən də, imzalanmış müvafiq akt əsasında hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 479,70 manat zərər və ödənilmiş 30 manat dövlət rüsumunun 60 %-i, yəni 18 manatı, cəmi 497,70 (dörd yüz doxsan yeddi manat 70 qəpik) manat tutularaq iddiaçı "İddiaçı" İstehsalat Birliyinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 191.3, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 479,70 manat zərər və ödənilmiş 30 manat dövlət rüsumunun 60 %-i, yəni 18 manatı, cəmi 497,70 (dörd yüz doxsan yeddi manat 70 qəpik) manat tutularaq iddiaçı "İddiaçı" İstehsalat Birliyinin bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-93/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-93/2021
03.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver