Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1/2022 22.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, X6, Quliyeva Dürdanə Böyükağa qızına, X4 və X10 qarşı “kredit müqaviləsi üzrə borc ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Quliyeva Dürdanə Böyükağa qızına, X4 və X10 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müracıət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, X3 və X7 müştərək qaydada iddiaçının xeyrinə 03R000021838 saylı kredit razılaşması üzrə 80.249,67 ABŞ dolları kredit borcu, 5327,69 ABŞ dolları faiz borcu və 76.469,74 ABŞ dolları cərimə borcu olmaqla cəmi 162.047,10 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat məbləğində xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus olan Sumqayıt şəhər, 13-cü mikrorayon, 54 nömrəli, 24 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və cəmi 162.047,10 ABŞ dolları borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, X2, X3 və X7 ümumi qaydada tutulması, Cavabdeh2 məxsus olan Sumqayıt şəhər, 13-cü mikrorayon, 54 nömrəli evin 24 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, X5 və Quliyeva Dürdanə Böyükağa qızının həmin mənzildən istifadə hüquqlarının itirilməsinə, həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2007-ci il tarixli 03L000000090 saylı kredit xətti müqaviləsi əsasında Cavabdeh1 üçün 60 (altmış) ay müddətinə 60000 (altmış min) ABŞ dolları məbləğində kredit xətti açmışdır. Bundan sonra tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli 90 saylı sazişə əsasən xx.xx.2007-ci il tarixli 03L000000090 saylı kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməklə kredit xəttinin məbləği 600000 (altı yüz min) ABŞ dolları kimi razılaşdırılmışdır. Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli 90 saylı sazişə əsasən xx.xx.2007-ci il tarixli 03L000000090 saylı kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməklə kredit xəttinin müddəti 120 (bir yüz iyirmi) ay kimi razılaşdırılmışdır. xx.xx.2007-ci il tarixli 03L000000090 saylı kredit xətti müqaviləsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 03R000021838 saylı kredit razılaşması əsasında Cavabdeh1 33 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5 % olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 157000 (bir yüz əlli yeddi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan sonra tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 21838 saylı sazişə əsasən xx.xx.2013-cü il tarixli 03R000021838 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik və əlavələr edilməklə kredit müddəti 43 ay, aylıq kredit faizi 0,8333 % kimi razılaşdırılmışdır. Lakin Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, xx.xx.2015-ci il tarixdən etibarən kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. xx.xx.2013-cü il tarixli 03R000021838 saylı kredit razılaşması üzrə Cavabdeh1 götürdüyü kredit borcundan 76750,33 ABŞ dolları ödəmiş, onun 80249,67 ABŞ dolları kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır və bir gün üçün faiz həmin kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 xx.xx.2013-cü il tarixi 03R000021838 saylı kredit razılaşması üzrə xx.xx.2015-ci il tarixə kimi hesablanmış faiz borcu 5327,69 ABŞ dolları təşkil edir. xx.xx.2013-cü il tarixli 03R000021838 saylı kredit razılaşmasının 4.2.3-cü bəndinə uyğun olaraq kredit alan ödəniş planı üzrə kredit və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faizi məbləğində cərimə ödəməlidir. xx.xx.2015-ci il tarixə 239 gün üçün hesablanmış cərimə 76469,74 ABŞ dolları təşkil edir. Göstərilən xx.xx.2007-ci il tarixli 03L000000090 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh2 Bank ilə xx.xx.2008-ci il tarixdə bağladığı 03M000000421 saylı ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri, 13-cü mikrorayonda istifadədə olan 0,066 ha torpaq sahəsində yerləşən 54 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində 3-cü mərtəbəsində yerləşən 65,01 m2 ümumi, 39,6 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 24 nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixi 03M000000421 saylı ipoteka müqaviləsinə dəyişikik və əlavələr edilməsi haqqında xx.xx.2009-cu il tarixi 421 saylı sazişdən müəyyən olunur ki, ipoteka verən Cavabdeh2 ilə ipoteka saxlayan AccessBank QSC arasında bağlanmış xx.xx.2007-ci il tarixli 03L000000090 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları üzrə borclunun bank qarşısındakı öhdəliklərinin icrasının təmin edilməsi üçün bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən 67 №-li reyestr kitabının 42 №-li vərəqində qeydiyyata alınmış və MH ******* №-li çıxarışa əsasən Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, 54 nömrəli evin nömrəli mənzili Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Daha sonra tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2009-cu il tarixli 421 saylı sazişə əsasən ipoteka saxlayan ilə ipoteka verən arasında Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 54, 24 nömrəli mənzilin ipotekaya qoyulması haqqında xx.xx.2008-ci il tarixdə bağlanmış 03M000000421 saylı ipoteka müqaviləsinin 1.1-ci bəndinə dəyişiklik edilərək tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə xx.xx.2009-cu il tarixli 90 saylı sazişin şərtlərinə uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən 67 №-li reyestr kitabının 42 №-li vərəqində qeydiyyata alınmış və MH ******* №li çıxarışa əsasən Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, 54 nömrəli evin 24 nömrəli mənzilinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipotekasının əlavə qeydiyyatı aparılmışdır. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ipoteka qoyan Cavabdeh2 İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndinə uyğun olaraq xx.xx.2015-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, xx.xx.2015-ci il tarixdə bildiriş qəbul edilmiş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqmda ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2015-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 21 manat xidmət haqqı ödəmişdir. Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 15 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli 2828 saylı forma 2 arayışına əsasən Sumqayıt şəhəri, 13-cü mikrorayon, 54 nömrəli evin 24 nömrəli mənzilində qeydiyyatda olan X11 və Quliyeva Dürdanə Böyükağa qızı ipoteka predmeti olan həmin mənzil İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi Sumqayıt şəhəri 3 saylı Dövlət Notariat Kontoruna ərizə təqdim edərək həmin mənzilin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin fərdi yaşayış evini qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. Göstərilən kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 xx.xx.2009-cu il tarixli 3S000003872 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh2 həmin zaminlik müqaviləsinə əsasən göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. Bundan başqa, göstərilən kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh X8 xx.xx.2009-cu il tarixli 03S000003873 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh X8 həmin zaminlik müqaviləsinə əsasən göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. Bundan başqa, göstərilən kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasım təmin etmək məqsədilə cavabdeh X9 xx.xx.2009-cu il tarixli 03S000003874 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh X9 həmin zaminlik müqaviləsinə əsasən göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. Bundan başqa, göstərilən kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh X12 xx.xx.2009-cu il tarixli 03S000003875 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh X12 həmin zaminlik müqaviləsinə əsasən göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, X3 və X7 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 03R000021838 saylı kredit razılaşması üzrə 80249,67 ABŞ dolları kredit borcu, 5327,69 ABŞ dolları faiz borcu, 76469,74 ABŞ dolları cərimə borcu olmaqla cəmi 162.047,10 (bir yüz altmış iki min qırx yeddi ABŞ dolları on sent) ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, 54 nömrəli evin 24 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və cəmi 162.047,10 ABŞ dolları borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının tutulması, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, X3 və X7 ümumi qaydada tutulması, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 54 nömrəli binanın 24 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, X5 və Quliyeva Dürdanə Böyükağa qızının həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək oxşar məzmunda izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 öz izahatında bildirdi ki, iddianı qismən qəbul edir. Mübahisələndirilən kredit öhdəliyi üzrə üzərinə zamin kimi birgə məsuliyyət götürmüşdür. Əsas borcu qaytarmaqdan imtina etmir. Faiz və cərimə borcunu qəbul etmir və silinməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış xx.xx.2007-ci il tarixli 03L000000090 saylı kredit xətti müqaviləsinə əsasən kreditverən kreditalana 60 ay müddətinə 60000 ABŞ dolları məbləğində kredit xətti açmağı, kreditalan öz növbəsində həmin kredit müqaviləsi üzrə borcu və ona əlavə olunmuş faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən kreditlər tərəflər arasında «kredit razılaşması» formasında bağlanacaq ayrıca razılaşmaya əsasən veriləcəkdir. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış xx.xx.2008-ci il tarixli, xx.xx.2007-ci il tarixli “Kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” Sazişdən görünür ki, kredit xətti müqaviləsinin məbləği 600000 (altı yüz min) ABŞ dolları olaraq müəyyən olunmuşdur. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış xx.xx.2009-cu il tarixli, xx.xx.2007ci il tarixli “Kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” Sazişdən görünür ki, kredit xətti müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixədək müəyyən olunmuşdur. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 03R000021838 saylı Kredit Razılaşmasından görünür ki, borclu 33 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 157000 (bir yüz əlli yeddi min) ABŞ dolları məbləğində kredit götürmüşdür. AZ-İ seriyalı 705026 saylı «Ölüm haqqında Şəhadətnamən»nin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixdə ölmüşdür. xx.xx.2015-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixə Cavabdeh1 banka olan əsas borcu 80249,67 ABŞ dolları, faiz borcu 5327,69 ABŞ dolları, cərimə 76469,74 ABŞ dolları olmaqla cəmi 162047,10 ABŞ dolları təşkil edir. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmədə işin faktiki halları ilə müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmiş, hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənişləri ödəməmişdir. Borclu xx.xx.2014-cü il tarixdə ölmüşdür. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. İş materiallarında olan Bank ilə Cavabdeh2, X9 və X12 arasında bağlanmış xx.xx.2009-ci il tarixli Zaminlik müqavilələrindən görünür ki, zaminlər xx.xx.2007-ci il tarixli Kredit Xətti müqaviləsi və bu Kredit Xətti müqaviləsinin ayrılmaz hissəsi olan ayrıca Razılaşmalar üzrə borclunun öhdəliklərinin icrası ilə bağlı üzərinə birgə məsuliyyət götürmüşlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarında göstərilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. İşin hallarından göründüyü kimi İddiaçı QSC ilə zaminlər arasında bağlanmış zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası ilə bağlı zaminlər Bank qarşısında üzərlərinə birgə məsuliyyət götürmüşlər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 21 fevral 2007-ci il tarixli Kredit xətti müqaviləsi çərçivəsində bağlanımış 26 aprel 2013-cü il tarixli kredit razılaşması üzrə ödəniş planı ilə zaminlər tanış olmuş və razılıqları alınmışdır. Odur ki, məhkəmə zaminlərə qarşı yönəldilmiş tələbi əsaslı hesab edir. Məhkəmə Mülki Məcəllənin 470, 472-ci maddələrinə istinadən hesab edir ki, iddiaçının zaminlərə qarşı iddia tələbi əsaslıdır, zamin borclu ilə birgə iddiaçı qarşısında mülki məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739-cu maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 76469,74 ABŞ dolları məbləğində cərimə azaldılaraq 1000 ABŞ dolları müəyyən edilməlidir. Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanılmış xx.xx.2008-ci il tarixli 03M000000421 ipoteka müqaviləsi və xx.xx.2009-cu il tarixli Əlavəyə əsasən, xx.xx.2007ci il tarixli 03L000000090 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, 0.066 ha torpaq sahəsində yerləşən 54 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən, 3 otaqlı, 24 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 43692,00 manat məbləğində qiymətləndirilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında MH seriyalı, ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, 54 nömrəli evin 24 nömrəli mənzilinə dair ipoteka yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 67 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində xx.xx.2009-cu il tarixində qeydə alınmışdır. xx.xx.2015-ci il tarixli ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. MKTİB-nin 15 saylı MİS-nin arayışından görünür ki, Cavabdeh2, X11, Quliyeva Dürdanə Böyükağa qızı Sumqayıt şəhəri, 13-cü mikrorayonda ünvanında yerləşən, 54 nömrəli evin 24 saylı mənzilində qeydiyyatdadırlar. Bildirişlərdən görünür ki, Bank tərəfindən cavabdeh “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xəbərdar edilmişdir. "xxxx" MMC-nin 20 may 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 54 nömrəli evin 24 nömrəli mənzilin likvid dəyəri 65.000 manatdır. Xidmət haqqı 250 manat təşkil edir. Məhkəmə Mülki Məcəllənin 228, 269.1, 269.4, 319-cu maddələrinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59-cu maddələrinin göstərişlərinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini qanununun tələblərinə uyğun hesab edir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat və bildirişin DƏDRX-də qeydə alınması üçün 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia qismən təmin edildiyindən ödənilmiş məhkəmə xərclərinin 29 manat iddiaçıya aid edilməli, 32 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, qanunvericiliyin hakim verilmiş tələblər üzrə qətnamə çıxarır göstərişinə əsaslanaraq bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, X3 və X7 birgə qaydada 80249,67 ABŞ dolları əsas, 5327,69 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə, cəmi 86577,36 (səksən altı min beş yüz yetmiş yeddi ABŞ dolları, otuz altı sent) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) borc və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 32 (otuz iki) manat İddiaçı QSC-nin xeyrinə tutulmalı, tələb Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, 54 nömrəli evin 24 nömrəli mənzilə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 65.000 (altmış beş min) manat müəyyən edilməli, Bankın iddia tələbi satılmış əmlak hesabına ödənilməli, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalı, ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh2, X3 və X7 birgə qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalı, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh2, X11 və Quliyeva Dürdanə Böyükağa qızı çıxarılmalı və mənzil boşaldılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 115 (bir yüz on beş) manat İddiaçı QSC-dən və 135 (bir yüz otuz beş) manat cavabdehlər Cavabdeh2, X3 və X7 birgə qaydada tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, X3 və X7 birgə qaydada 80249,67 ABŞ dolları əsas, 5327,69 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə, cəmi 86577,36 (səksən altı min beş yüz yetmiş yeddi ABŞ dolları, otuz altı sent) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) borc və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 32 (otuz iki) manat İddiaçı QSC-nin xeyrinə tutulsun. Tələb Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, 54 nömrəli evin 24 nömrəli mənzilə yönəldilsin, həmin mənzil açıq hərracdan satılsın, ipoteka predmetinin ilkin satış qiyməti 65.000 (altmış beş min) manat müəyyən edilsin, Bankın iddia tələbi satılmış əmlak hesabına ödənilsin. İddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh2, X3 və X7 birgə qaydada İddiaçı QSC-nin xeyrinə tutulsun. İpoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh2, X11 və Quliyeva Dürdanə Böyükağa qızı çıxarılsınlar və mənzil boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 115 (bir yüz on beş) manat İddiaçı QSC-dən və 135 (bir yüz otuz beş) manat cavabdehlər Cavabdeh2, X3 və X7 birgə qaydada tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1/2022
22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver