Məhkəmə qərarları › İş №2(060)-10/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-10/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-10/2021 19.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Tərəflərin iştirakı olmadan ilə, İddiaçı "xxxx” QSC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: "xxxx” QSC Cavabdeh qarşı əmr icraatı qaydasında kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 469,97 manat əsas, 26,37 manat faiz borcu, 57,96 manat cərimə, 2 manat məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiya borcu, 5,50 manat məbləğində cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xidməti xərcləri olmaqla, cəmi 561,80 manat məbləğində borcun və məhkəməyə ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun və 1 manat xidmət haqqının tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-17203/2016 saylı, 14.10.2016-cı il tarixli əmri ilə Cavabdeh "xxxx” QSC-nin xeyrinə 469,97 manat əsas, 26,37 manat faiz borcu, 57,96 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2,00 manat, bildirişlərin göndərilməsi üzrə 5,50 manat olmaqla, cəmi 561,80 manat və ödənilmiş 21 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Qeyd olunan əmrdən narazı qalan Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək 2(060)-17203/2016 saylı, 14.10.2016-cı il tarixli əmrin ləğv edilərək iddia icraatına keçilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-17203/2017 saylı, 23.10.2020-ci il tarixli qərardadı ilə həmin məhkəmə əmri ləğv edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx” QSC arasında bağlanmış 05.11.2014-cü il tarixli müqaviləyə əsasən borcluya 5 (beş) il müddətinə 500 manat məbləğində kredit kart limit ayrılmışdır. Cavabdeh həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə, müqavilənin şərtlərini pozmuşdur. Odur ki, iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasına dair məhkəmə əmri çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh ödənişləri etdiyini, banka borcu qalmadığını bildirdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05.11.2014-cü il tarixli sazişdən görünür ki, borcluya 5 (beş) il müddətinə 500 manat kredit kart limiti (kredit xətti) verilmişdir. - 27.09.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 469,97 manat əsas, 26,37 manat manat məbləğində hesablanmış və ödənilməmiş faiz, 57,96 manat cərimə, 2,00 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə, 5,50 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri olmaqla, cəmi 561,80 manat borcu vardır. - 13.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 364,16 manat cərimə və 5,50 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri olmaqla, cəmi 369,66 manat borcu vardır. - İddiaçıya məxsus 13.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh tərəfindən 14.1.2016-cı il tarixli məhkəmə əmri tarixindən sonra cəmi 517,06 manat kredit ödənişi olmuşdur və qərar üzrə 65,74 manat qalıq borc qalmışdır. - 04.05.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh 04.05.2021-ci il tarixdə iddiaçı “xxxx” QSC-yə 65,80 manat ödəniş etmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 05.11.2014-cü il tarixli kredit müqaviləsi ilə bağlı məhkəmə əmri üzrə sonuncu borcunu tam olaraq ödəmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən borcu tam olaraq ödənildiyindən iddia əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı “xxxx” QSC Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 469,97 manat əsas, 26,37 manat faiz borcu, 57,96 manat cərimə, 2 manat məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiya borcu, 5,50 manat məbləğində cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xidməti xərcləri olmaqla, cəmi 561,80 manat məbləğində borcun və məhkəməyə ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun və 1 manat xidmət haqqının tutulmasına dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i̇ : İddiaçı “xxxx” QSC-nin Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 469,97 manat əsas, 26,37 manat faiz borcu, 57,96 manat cərimə, 2 manat məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiya borcu, 5,50 manat məbləğində cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xidməti xərcləri olmaqla, cəmi 561,80 manat məbləğində borcun və məhkəməyə ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun və 1 manat xidmət haqqının tutulmasına dair iddiası təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar