Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1002/2021 22.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat pulun və 30 manat ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh 2013-cü ildən tanıyır. 2013-cü ilin dekabr ayında Bakı şəhərində “Qanlı göl” deyilən ərazidə 'Avtosalon 6"- dan həmin salonun sahibi ilə razılaşıb Cavabdeh adına qeydiyyatda olan “'VAZ 21072’’ markalı, **-GB-*** dövlət nömrə nişanlı avtomobili 3500 manat ilkin ödəniş ödəməklə almışdır. Maşın Ramilin adına qeydiyyatda qalmış, Ramil avtomobili idarə etmək üçün ona etibarnamə vermişdir. Onun ödədiyi 3500 manat pul avtomobilin ümumi qiymətinə aid olmamış, həmin ilkin ödəniş salon üçün xərclənmişdir. Həmin vaxt X4 filialından ona 3 il müddətinə ödəniş cədvəli verilmiş, aylıq ödəniş 301 manat nəzərdə tutulmaqla, ona 2016-cı ilə qədər bütün ödənişi ödəyib qurtarmağı bildirilmişdir. Maddi durumunda problemlər olduğu üçün maşının kreditini tam ödəyə bilməmişdir. Həmin ödənişdən təxminən 7380 manatını ödəmişdir. O, bütün Parabank’in Beyləqan rayon filialından Beynəlxalq Bank'ın Bakı şəhəri, Binəqədi göndərmişdir. Bütün ödəniş qəbzləri isə özündə saxlamışdır. 2019-cu ilin oktyabr ayında Ramil ona zəng edərək ödənişdə çətinlik olduğu üçün ona köməklik göstərmək istədiyini, həmçinin maşının üzərinə həbs qoyulduğu üçün müvafiq məhkəmə qətnaməsinin Sumqayıt şəhər İcra və Probasiya şöbəsdə göndərilməsini bildirmişdir. Ramil icra xidməti ilə danışıb avtomaşınına qoyulmuş həbsin götürülməsi və BDYP-dən müvafiq sənəd alaraq avtomaşının onun adına keçirilə biləcəyi ilə bağlı ona məlumat vermişdir. Ramil icra və probasiya xidməti ilə danışaraq razılaşdıqlarını, həmin işləri görmək üçün 800 manat pul verməli olduğunu bildirmişdir. O, Ramilə aldanıb razılaşaraq 22 noyabr 2019-cu İİ tarixdə 500 manat, 26 noyabr 2019-cu il tarixdə 500 manat pulu Beyləqan rayon mərkəzi poçtundan Sumqayıt şəhər mərkəzi poçtuna avtomaşının üzərinə qoyulmuş həbsin götürülməsi və BDYP-dən müvafiq sənəd alınması üçün Cavabdeh göndərdmişdir. Xeyli vaxtdan sonra təkrar Ramillə əlaqə saxlayaraq işin gedişatı ilə maraqlananda Ramil bu məsələrin alınmadığını bildirmişdir. Ramil həm də ona bildirmişdir ki, xəstəsi olduğu üçün həmin pulu qaytara bilmir. O, dəfələrlə Ramillə danışıb göndərdiyi 1000 manat pulu istəsə də, Ramil hər dəfə müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmamışdır. Dəfələrlə Ramillə danışıb pulunu tələb edərkən Ramil ümumiyyətlə ona pul qaytarmayacağını, avtomobil üçün nəzərdə tutulmuş kredit borcunu ödədikdən sonra yerdə qalan 1000 manat pulu qaytaracağını bildirmişdir. Ramil onun pulunu qaytarmadığından o, bu barədə şikayət etmişdir. Şikayətinə əsasən Cavabdeh barəsində Azərbaycan Respulikası CM-nin 178.2.1 -ci maddəsi ilə cinayət işi başlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2020-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırda o, pulunu Ramildən tələb edir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 1000 manat pulun və 30 manat ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 22.11.2019 və 26.11.2019-cu il tarixli çeklərdən görünür ki, İddiaçı ümumilikdə 1000 manat pulu Cavabdeh göndərilmiş və həmin məbləğ sonuncu tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 11.08.2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı etibarından sui-istifadə edərək sonuncunun baş etibarnamə ilə idarə etdiyi “VAZ 21723” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürüləcəyinə dair vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə İddiaçı Beyləqan poçt filialından 22.11.2019-cu il tarixdə göndərdiyi 500 (beş yüz) manatı 22.11.2019-cu il tarixdə Sumqayıt Poçt filialından, 26.11.2019-cu il tarixdə göndərdiyi 500 (beş yüz) manatı 26.11.2019-cu il tarixdə eyni ünvandan götürüb ələ keçirəcək zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 1000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etdiyinə görə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokurorluğunun 18.03.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı tanışı Cavabdeh tərəfindən aldadılaraq 1000 manat məbləğində pulun ələ keçirilməsinə dair ərizəsi əsasında toplanmış material üzrə Sumqayıt şəhər prokurorluğu tərəfindən 26 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən cinayət işi başlanmışdır. İş materiallarında olan AZE seriyalı, № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyev X2 rayonu, 2-ci Şahsevən kəndində qeydiyyatdadır. “İnsan Hüquqları və X3 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunveriçilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq məhkəmə, Cavabdeh 1000 (bir min) manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-1002/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1002/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver