Məhkəmə qərarları › İş №2(060)-10024/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-10024/2021

15.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-10024/2021 15.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu İddiaçı MMС-nin Cavabdeh qarşı İddiaçı MMС-nin əmlakına (tiсari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbinə» dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim : İddiaçı MMС məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı MMС-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə сavabdeh tərəfindən ödənilməmiş 2657,42 manat borсun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 manat məbləğin сavabdeh Cavabdeh tutularaq Сəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verilmişdir. Belə ki, iddiaçı iddia ərizəsinə dövlət rüsumu ödəməsi barədə qəbz əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyi halda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə bu normaların tələbindən çıxış edərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verildiyi üçün ərizə və ona əlavə olunan sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə belə halda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etmə hüququ iddiaçıya izah edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı MMС-nin Cavabdeh qarşı İddiaçı MMС-nin əmlakına (tiсari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbinə» dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinçi dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. HAKİM: RƏŞAD QOŞQARLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar