Məhkəmə qərarları › İş №2(060)-1005/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1005/2022

22.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1005/2022 22.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Müdafiə Nazirliyi N nömrəli Hərbi hissənin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Müdafiə Nazirliyi N nömrəli Hərbi hissə Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçısinə vurulmuş N manat ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçısində sürücü vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olarkən, 30.05.2019-cu il tarixdə, saat N radələrində, hərbi hissə komandirinin 05.01.2019-cu il tarixli, 6 nömrəli əmrinə əsasən ona təhkim olunmuş, texniki cəhətdən saz vəziyyətdə olan “MAZ” markalı, “C 239 HM” hərbi qeydiyyat nişanlı yük avtomobilini sürücülük vəsiqəsi olmaqla idarə edərək Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad- Balaxanı yolu ilə Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən, nəqliyyat maşınlarını idarəetmə və yol hərəkəti qaydalarını “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, habelə Azərbaycan Respublikası Müdafiə Nazirinin 15 sentyabr 2014-cü il tarixli, 63 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Avtomobil xidməti haqqında” təlimatın 2.12.2-2.12.4-cü maddələrinin tələblərini pozaraq avtomobillə əks hərəkət zolağına çıxıb, ötmə əməliyyatı edərək yenidən öz hərəkət zolağına qayıtdıqdan sonra avtomobil üzərində idarəetməni itirdiyindən, avtomobil sağa sola hərəkət edərək, qarşı əks hərəkət zolağına çıxmış, qarşı əks istiqamətdən saatda 50-60 km/saat sürətlə hərəkətdə olan Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinə məxsus olmaqla həmin departamentin sürücüsü Babaşov Aydın Babaş oğlu tərəfindən idarə olunan, “Kamaz” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı yük avtomobilin hərəkət zolağında, onun hərəkəti istiqamətində yolun sağ kənarında mərkəzə doğru 3,5 metr məsafədə hər iki avtomobilin sol yan hissələri arasında toqquşma baş vermiş, nəticədə “Kamaz” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə 14580 manat, "Maz" markalı C239HM dövlət qeydiyyat nişanlı avtomobilə N manat maddi ziyan dəymişdir. “Maz” markalı C239HM dövlət qeydiyyat nişanlı avtomobil İddiaçısinin balansındadır. Bakı Hərbi Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 351.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq pul təminatından dövlət nəfinə 5 faiz məbləğdə pul tutulmaqla, 9 ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. Hökmdə mülki iddiaçıların mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Bakı Hərbi Məhkəməsinin 1-1(093)- 6/2021 saylı 26 fevral 2021-ci il tarixli hökmünün məzmundun görünür ki, Cavabdeh İddiaçı sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olarkən, 30.05.2019-cu il tarixdə, saat N radələrində, hərbi hissə komandirinin 05.01.2019-cu il tarixli, 6 nömrəli əmrinə əsasən ona təhkim olunmuş, texniki cəhətdən saz vəziyyətdə olan “MAZ" markalı, “C 239 HM” hərbi qeydiyyat nişanlı yük avtomobilini sürücülük vəsiqəsi olmaqla idarə edərək Bakı şəhəri Binəqədi rayonu, Mehdiabad-Balaxanı yolu ilə Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən, nəqliyyat maşınlarını idarəetmə və yol hərəkəti qaydalarını, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “yol hərəkətinin iştirakçılarının yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı” olmasına, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin 15 sentyabr 2014-cü il tarixli, 63 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Avtomobil xidməti haqqında” Təlimatın 2.12.2-2.12.4-cü maddələrinin sürücünün ona təhkim edilmiş maşının quruluşunu, texniki imkanlarını və istismar qaydalarını tam bilməli, maşını istənilən hava, müxtəlif yol şəraitlərində gecə və gündüz idarə edə bilməli, yol hərəkəti qaydalarını bilməli və dəqiq yerinə yetirməli" olmasına dair tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbləri pozaraq, ...........avtomobillə qarşı hərəkət zolağına çıxıb, ötmə əməliyyatı edərək yenidən öz hərəkət zolağına qayıtdıqdan sonra avtomobil üzərində idarəetməni itirdiyindən, avtomobil sağa sola hərəkət edərək, qarşı əks hərəkət zolağına çıxmış, qarşı əks istiqamətdən saatda 50-60 km/saat sürətlə hərəkətdə olan Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinə məxsus olmaqla həmin departamentin sürücüsü Babaşov Aydın Babaş oğlu tərəfindən idarə olunan, “Kamaz” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı yük avtomobilin hərəkət zolağında, onun hərəkəti istiqamətində yolun sağ kənarında mərkəzə doğru 3,5 metr məsafədə hər iki avtomobilin sol yan hissələri arasında toqquşma baş vermiş,…. nəticədə MAZ markalı C 239 HM dövlət qeydiyyat nişanlı avtomobilə 8,584 (səkkiz min beş yüz səksən dörd) manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Cavabdeh Azərbaycan Respublikası CM-nin 351.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq pul təminatından dövlət nəfinə 5 faiz məbləğdə pul tutulmaqla, 9 ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. Həmçinin məhkəmə hökmünün məzmunundan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxslərin nümayəndələrinə mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Cavabdeh nəqliyyat vasitəsini idarəetmə qaydalarını pozması nəticəsində iddiaçının balansında olan Maz markalı C 239 HM dövlət qeydiyyat nişanlı avtomobilə 8584 (səkkiz min beş yüz səksən dörd) manat maddi ziyan vurmuş, yetirilmiş zərərin əvəzi iddiaçıya ödənilməmişdir. Bu hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilməklə məhkəmə hesab edir ki, MPM-nin 82-ci maddəsinə əsasən həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq N manat Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin xeyrinə tutulmalıdır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, 105,84 manat dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 8584 (səkkiz min beş yüz səksən dörd) manat Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin xeyrinə tutulsun. Cavabdeh 105,84 (bir yüz beş manat səksən dörd qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar