Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1006/2022 02.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1300 (bir min üç yüz) manat borc pulun və 33 (otuz üç) manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh və X2 ilə qohumu və dostu X3 vasitəsilə tanış olub münasibət qurmuşdur. O, mənzilini girov qoymaqla hansısa Bankdan kredit almaq istəmiş, cavabdehi ona uzun illər Bank sahəsində işləmiş şəxs kimi təqdim etmişlər, o da lazım olan sənədləri toplayıb Cavabdeh təqdim etmişdir. Bir müddət keçəndən sonra həm Cavabdehla, həm də cavabdehin dostu kimi tanış olduğu Bəhruz Mustafayevlə görüşəndə cavabdeh bildirmişdir ki, tezliklə mənzilinə girov və ya ipoteka yolu ilə "xxxx" ASC-nin Şərq filialından ona kredit ayrılacaq. Cavabdehin dediyi kimi də olmuş, onun mobil telefonuna adı çəkilən Bankdan zəng olunaraq ona kredit ayrıldığı məlumatı verilmiş və 06.09.2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayonu, H.Cavid prospektindəki "xxxx"ın “Şərq” filialına yaxınlaşmağı məsləhət görülmüşdür. Deyilən vaxtda həmən ünvandakı Banka gedərək 41700 (qırx bir min yeddi yüz) manat kredit almışdır. Bankdan krediti alarkən Cavabdehla da görüşüb minnətdarlığını bildirmiş və 8000 (səkkiz min) manat pulu ona vermişdir. O, cavabdehə pulu verərkən yanlarında Yadigarov Nemət də iştirak etmişdir. Ertəsi gün Cavabdeh ona zəng vuraraq onunla görüşmək istədiyini bildirmiş və dostu X1 şirinlik üçün ən azı 1300 (bir min üç yüz) manat pul gətirməyini xahiş etmişdir. O, cavabdehlə razılaşıb, 09.09.2019-cu il tarixdə kredit aldığı Bankın yerləşdiyi ünvana gedərək Cavabdehla görüşüb şərtləşdikləri kimi X1 vermək üçün cavabdehə 1300 (bir min üç yüz) manat pul vermişdir. Bir müddət keçəndən sonra Cavabdehla görüşüb Bəhruz Mustafayevə çatdırılması üçün verdiyi 1300 (bir min üç yüz) manat pula dair cavabdehdən qəbz, iltizam və etiraf almışdır. Sonradan xoşagəlməz olaylar baş vermiş və Cavabdeh verdiyi əvvəlki 8000 (səkkiz min) manat pulu istəmiş və bununla əlaqədar aralarında razılaşma əldə olunmuşdur. Hətta məhkəmənin qətnaməsi də var. Lakin cavabdehə verdiyi, qəbz, iltizam, etiraf yazıb imzası ilə təsdiq etdiyi 1300 (bir min üç yüz) manat pulu Mustafayev Bəhruzdan alıb ona qaytarmasını xahiş və tələb edəndə cavabdeh ona əvvəlcə müxtəlif bəhanələr gətirməyə başlamış, sonradan onunla görüşməkdən boyun qaçırtmış, daha sonra telefon zənglərinə cavab verməkdən, mesajlarına cavab yazmaqdan imtina etmişdir. Cavabdeh hərəkətlərindən sonra məcbur olub X2 ilə həm görüşə bilmiş, həm də telefon əlaqəsi saxlamış və cavab almışdır ki, Cavabdeh ondan aldığı və almasına dair qəbz, iltizam, etiraf yazıb imzası ilə təsdiq etdiyi 1300 (bir min üç yüz) manat pulu X1 verməyib, özü mənimsəyib. Cavabdeh tərəfindən aldanıldığını başa düşüb cavabdehin yaşadığı ünvana gedərək valideynlərinə bu haqda məlumat verməyinə, qardaşı ilə telefonla danışmağına baxmayaraq xeyiri olmamışdır. Bundan sonra, 01.12.2021-ci il tarixdə aidiyyatı üzrə Bakı Şəhər Yasamal RPİ-nin 26-cı PB-nə rəsmi şikayət ərizəsi ilə müraciət etmiş və ona həm şifahi, həm də yazılı surətdə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Cavabdeh bugünə kimi ondan X1 vermək üçün aldığı 1300 (bir min üç yüz) manat pulunu qaytarmamışdır və qaytarmaq fikrində də deyil. Göründüyü kimi mülki qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmək üçün kifayət qədər hüquqi əsas vardır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh öz izahatında bildirdi ki, iddiaçıya 1300 manat borcu olduğunu etiraf edir, bu barədə məhkəməyə ərizə təqdim edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehə 1300 manat pul vermiş, cavabdeh iddiaçının tələbinə baxmayaraq hazırki vaxtadək həmin pul məbləğini qaytarmamışdır. Cavabdeh məhkəmə iclasında iddianı etiraf edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlikə, məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilməli, 1300 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1300 (bir min üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33 (otuz üç) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1006/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1006/2022
02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver