Məhkəmə qərarları › İş №2(060)-1006/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1006/2025

10.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1006/2025 10.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən rəsmi nikahlarından anadan olmuş 16 may 2010-cu il təvəllüdlü X1, 28 aprel 2014-cü təvəllüdlü X2 və 14 yanvar 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2018-ci il tarixli, 2(060)-7390/2018 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa görə 154 (yüz əlli dörd) manat, cəmi 462 (dörd yüz altmış iki) manat sabit pul məbləğində alimentin artırılaraq, hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğində alimentin və mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək uşağın saxlanması üçün xərclərin artdığını, 3 uşağa görə 462 manatın artırılaraq 705 manat məbləğində müəyyən edilməsini bildirib iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışının vaxtı və yeri barədə məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7390/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment xx.xx.2018-ci il tarixdən başlayaraq tutulub xx.xx.2010-cu il tarixdə doğulmuş X1, hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment xx.xx.2018-ci il tarixdən başlayaraq tutulub xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin xx.xx.2018-ci il tarixdən başlayaraq tutulub xx.xx.2017-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi, Cavabdeh hər ay 50 (əlli) manat miqdarında maddi yardım xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2020-ci il tarixədək tutulub İddiaçı verilməsi, alimentə dair hissədə dərhal icra edilməsi qət edillmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir və qanuni qüvvəyə minmişdir. İş materiallarında olan AZ-İİ № 825144 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2010-cu il tarixdə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİİ № 890674 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİİ № 369032 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan mediasiya arayışından görünür ki, tərəflər arasında mediasiya prosessini davam etdirilməsi mümkün olmamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı, 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1 madəsinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin qərarın 8.4-2 maddəsinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Həmin qərarın 8.4-3 maddəsinə əsasən, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110- cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi iddiaçı öz iddia tələbində ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artdığını əsas götürərək aliment məbləğinin artırılmasını tələb etmişdir. Belə ki, iddia tələbinin mahiyətindən müəyyən edilir ki, həmin tələb həmçinin minimum əmək haqqı məbləğinin artımına əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin məcəllənin 262.5 maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Odur ki, məhkəmə hesab edir ki, hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iş üzrə icrata xitam verilməlidir. Həmçinin iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə müvafiq olaraq “alimentin indeksasiyası” ilə ərizə əlaqadar icraya nəzarət edən aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə müvafiq olaraq “alimentin indeksasiyası” ilə əlaqadar icraya nəzarət edən aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunsun. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar