Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1032/2021 24.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 Cavabdeh iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3110 (üç min yüz on) manat 80 (səksən) qəpik əsas borc, 208 (iki yüz səkkiz) manat 11 (on bir) qəpik faiz və 1530 (bir min beş yüz otuz) manat 37 (otuz yeddi) qəpik gecikdirilməyə görə cərimə olmaqla, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 197 (bir yüz doxsan yeddi) manat 37 (otuz yeddi) qəpik faiz borcu olmaqla, cəmi 5046 (beş min altı qırx altı) manat 65 (altmış beş) qəpik məbləğində kredit borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20.06.2016-cı il tarixli, 104.LN.1010.200616.00011 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 17% (on yeddi faiz) ödənilmək şərtilə 10000 (on min) manat məbləğində təmir tikinti məqsəd ilə kredit verilmişdir. 30.01.2018-ci il tarixli 1 saylı razılaşmaya əsasən Kreditorla Borcalan arasında bağlanmış 20.06.2016-cı il tarixli, 104.LN.1010.200616.00011 saylı kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə ödənişlər 2 saylı əlavəyə uyğun olaraq aparılır və birinci ödəniş 20 fevral 2018-ci il, sonuncu ödəniş isə 20 iyun 2019-cu il tarixdən gec olmayaraq həyata keçirilir və kreditorun müəyyənləşdirdiyi və müqaviləyə edilmiş №-li əlavədə göstərildiyi kreditn qaytarılması cədvəlinə uyğun olaraq Borcalan krediti hesablanmış bütün faizlərlə birlikdə ödəyir. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin 29.09.2020-ci il tarixinə Bank ödənilməmiş 3110 (üç min yüz on) manat 80 (səksən) qəpik əsas borc, 208 (iki yüz səkkiz) manat 11 (on bir) qəpik faiz, 1530 (bir min beş yüz otuz) manat 37 (otuz yeddi) qəpik gecikdirilməyə görə cərimə olmaqla, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 197 (bir yüz doxsan yeddi) manat 37 (otuz yeddi) qəpik faiz borcu olmaqla, cəmi 5046 (beş min qırx altı) manat 65 (altmış beş) qəpik borcu mövcuddur. Göstərilənləri nəzərə alaraq, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3110 (üç min yüz on) manat 80 (səksən) qəpik əsas borc, 208 (iki yüz səkkiz) manat 11 (on bir) qəpik faiz və 1530 (bir min beş yüz otuz) manat 37 (otuz yeddi) qəpik gecikdirilməyə görə cərimə olmaqla, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 197 (bir yüz doxsan yeddi) manat 37 (otuz yeddi) qəpik faiz borcu olmaqla, cəmi 5046 (beş min altı qırx altı) manat 65 (altmış beş) qəpik məbləğində kredit borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, həqiqətən 20 iyun 2016-cı il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17 faiz olmaqla 36 ay müddətinə 10000 (on min) manat məbləğində kredit almışdır. Hazırda o, heç yerdə işləmir. Maddi vəziyyəti çox aşağıdır. Əlavə olaraq iddia tələbinin cərimə borcu istisna olmaqla qəbul etdiyini qeyd edərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iddia ərizəsini nəzərdən keçirdib, Cavabdeh izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında 20 iyun 2016-cı il tarixli 104.LN.1010.200616.00011 №li kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Qaradağ” filialı tərəfindən Cavabdeh illik faiz dərəcəsi 17 faiz olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 4.1-ci bəndinə görə ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Borc alan verilmiş krediti, onun bir hissəsini və ya hesablanmış faizləri müqavilədə nəzərdə tutulmuş vaxtda yaxud 1 №li Əlavədə göstərilən cədvəl üzrə 3 (üç) ay müddətində ödəməzsə, bank kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququna malikdir. İş materiallarında olan 20 iyun 2016-cı il tarixli 104.LN.1010.200616.00011 saylı kredit müqaviləsinə əlavə-borcalan Cavabdeh ödəniş cədvəlindən görünür ki, Cavabdeh verilmiş kreditin 20.07.2016-cı il tarixdən 20.06.2019-cu il tarixədək faiz ödənişi cəmi 2834,96 manat, kreditin əsas məbləğinin ödənişi 10000 manat, cəmi məbləğ 12834,96 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 05.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 20.06.2016-cı il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 3110 (üç min yüz on) manat 80 (səksən) qəpik əsas borc, 208 (iki yüz səkkiz) manat 11 (on bir) qəpik faiz və 1530 (bir min beş yüz otuz) manat 37 (otuz yeddi) qəpik gecikdirilməyə görə cərimə olmaqla, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 197 (bir yüz doxsan yeddi) manat 37 (otuz yeddi) qəpik faiz borcu olmaqla, cəmi 5046 (beş min altı qırx altı) manat 65 (altmış beş) qəpik məbləğində kredit borcu təşkil edir. İş materiallarında olan Cavabdeh 17.11.2020-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh ona qarşı verilmiş iddia tələbi üzrə hesablanmış 3010,80 manat əsas, 208,11 və 197,7 manat faiz borcunu qəbul edir. İddia tələbi üzrə 1530 manat cərimə borcunu qəbul etmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 07.10.2020-ci il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh Sumqayıt şəhəri, Corat bağları ərazisi, ev 2391K-da qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcələnin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdeh Cavabdeh 3110 (üç min yüz on) manat 80 (səksən) qəpik əsas borc, 208 (iki yüz səkkiz) manat 11 (on bir) qəpik faiz və 153 (bir yüz əlli üç) manat 03 (üç) qəpik gecikdirilməyə görə cərimə olmaqla, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 197 (bir yüz doxsan yeddi) manat 37 (otuz yeddi) qəpik faiz borcu olmaqla, cəmi 3669 (üç min altı yüz altmış doqquz) manat 31 (otuz) qəpik məbləğində kredit borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 470,472, 739-cu və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3110 (üç min yüz on) manat 80 (səksən) qəpik əsas borc, 208 (iki yüz səkkiz) manat 11 (on bir) qəpik faiz və 153 (bir yüz əlli üç) manat 03 (üç) qəpik gecikdirilməyə görə cərimə olmaqla, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 197 (bir yüz doxsan yeddi) manat 37 (otuz yeddi) qəpik faiz borcu olmaqla, cəmi 3669 (üç min altı yüz altmış doqquz) manat 31 (otuz) qəpik məbləğində kredit borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-1032/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1032/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver