Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1045/2021 31.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alqı-satqı faktının baş tutması tələbinə» dair ilkin iddia ərizəsi və Cavabdeh1 İddiaçı qarşı “avtomobil tələbinə” dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alqı-satqı faktının baş tutması tələbinə» dair ilkin iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 mülkiyyətində olan “VAZ 21099” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ona satılmasına dair Cavabdeh1 ilə arasında alqı-satqının baş tutması faktının müəyyən edilməsi, hazırki iddia tələbinə görə tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumun əvəzinə 30 manat məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əliyev X1 Romik Rafiq oğluna qarşı “avtomobil tələbinə” dair qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan “VAZ 21099” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ilkin iddia tələbini müdafiə etdi və qarşılıqlı iddia tələbini qəbul etməyərək göstərdi ki, Rusiya Federasiyasının istehsalı olan minik avtomobili almaq qərarına gələrək barəsində satış elan olunmuş avtomobil axtarmışdır. Onunla rastlaşan avtomobil alverçisi Cavabdeh2, onun arzuladığı avtomobilin onda olduğunu bildirmiş və ona VAZ 21099 markalı, **-VG-*** qeydiyyat nişanlı avtomobili göstərmiş, qiymət razılığı əldə edildikdən sonra onlar, avtomobilin onun tərəfindən faktiki satın alınması üçün Sumqayıt şəhər 1 saylı notariat ofisində görüşərək, növbəti mərhələdə əmlaka mülkiyyət hüququnun tərəfindən digər şəxsin adına rəsmiləşdirilməsinə şərait yaratmaq üçün ilkin olaraq etibarnamə ilə avtomobilə səlahiyyətinin ona verilməsi razılığına gələrək notariat ofisində rəsmiləşdirilmiş xx xxx 2020-ci il tarixli, ƏN-Vİİ № 284371 nömrəli etibarnamə əsasında həmin avtomobil üzərində ona “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxartmaq, ərizə vermək” səlahiyyətlərini vermişdir. xx xxx 2020-ci il tarixli, ƏN-Vİİ № 284371 nömrəli etibarnamə ilə ona səlahiyyətlərin verildiyi və həmin etibarnamə əsasında avtomobilə mülkiyyət hüququnun digər şəxsin adına rəsmiləşdirmək hüququ əldə etdiyi üçün qarşılıqlı razılaşma əsasında Cavabdeh2 5100 manat məbləğində pul ödəmişdir. xx xxx 2020-ci il tarixli, ƏN-Vİİ № 284371 nömrəli etibarnamə əldə edildikdən sonra Cavabdeh2 VAZ 21099 markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə faktiki sahibliyi ona verərək, avtomobili ona vermişdir. Həmin avtomobilə faktiki sahiblik əldə etdikdən sonra avtomobili daimi yaşayış yeri olan Quba rayonunun Almas qazmaları kəndinə gətirmişdir. xx xxxx 2020-ci il tarixdə, axşam radələrində özünü Cavabdeh1 kimi təqdim etmiş şəxs ona zəng edərək Cavabdeh2 onun etibarından sui istifadə edərək avtomobili ona satdığını, lakin satışdan əldə etdiyi 5100 manat məbləğində pul vəsaitini ona vermədiyini, aldatdığı və həmin səbəbdən də Cavabdeh2 onun adına verdiyi xx xxx 2020-ci il tarixli, ƏN-Vİİ № 284371 nömrəli etibarnaməni ləğv etdirdiyini bildirmişdir. Etibarnamənin ləğv edilməsini Cavabdeh1 onunla əsaslandırmışdır ki, özünə məxsus həmin avtomobili satmaq niyyəti olduğunu, lakin hərbi xidmətlə bağlı bu satışa görə hərəkətlərin icrasına vaxtının olmaması səbəbindən özünün hərbi xidmət etdiyi Ağcabədi rayonu, 930 saylı Hərbi Hissədə müvəqqəti həqiqi hərbi xidmətdə olmuş Həsənov Əmrah adlı sıravi əsgər hərbi xidmət müddətini bitirdiyi ərəfədə onunla söhbət zamanı avtomobili satmaq niyyətində olduğunu bildirmiş, Əmrah, avtomobil satışı ilə məşğul olan özünün yaxın adamı olduğunu və onun vasitəsilə avtomobili satacağına vəd vermiş, o da Əmraha etibar edərək ona rəsmi ümumi etibarnamə vermiş və satılması üçün avtomibili də Əmraha təhvil vermişdir. Elməddin daha sonra bildirmişdir ki, Əmrah avtomobili apardıqdan sonrakı dövrlərdə dəfələrlə ona zəng edərək avtomobilin satılıb-satılmadığını soruşmuş, Əmrah hər dəfə avtomobilin satılmadığını demişdir. Elməddin daha sonra bildirmişdir ki, iyun 2020-ci il tarixdə internet səhifəsində özünün VAZ 21099 markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Quba rayonunun Almas qazmaları kənd sakini tərəfindən satışa qoyulduğunu görmüş, Əmraha zəng edərək avtomobili soruşmuş, Əmrah avtomobilin hələ də satılmadığını bildirmişdir. Vəziyyəti belə görəndə Əmrah tərəfindən aldanıldığına və Əmrah tərəfindən, etibardan sui istifadə etməklə avtomobilin mənimsənildiyinə əmin olduğundan Əmraha verdiyi və avtomobillə bağlı Cavabdeh2 ona verdiyi ƏN-Vİ1 № 284371 nömrəli etibarnaməni də ləğv etdirmişdir. Elməddinlə söhbətdən dərhal sonra o, Nemana zəng edərək etibarnamənin ləğv edildiyini ona bildirdikdə o, telefonu söndürmüşdür. Belə olan halda o, telefonun SMS xidməti ilə ona “Neman kişi telefonu aç” mesajını göndərmişdir. Bunun ardınca növbəti SMS-də etibarnamənin ləğv olunduğunu, avtomobilə hüququ itirdiyini yazaraq göndərmişdir. Telefon məlumatlarından məlum olmuşdur ki, Neman SMS-ləri oxuyaraq telefonu söndürmüşdür. Yuxarıda göstərilən hüquqi münasibətlərdən göründüyü kimi Cavabdeh1, özünə məxsus olmuş VAZ 21099 markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini satmaq niyyətində olmuş, həmin niyyətin həyata keçirilməsi üçün o, Əmrah Həsənova, Əmrah Həsənov da öz növbəsində Cavabdeh2 sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxartmaq, ərizə vermək hüquqları verən etibarnamə vermiş, Cavabdeh2 isə öz növbəsində həmin etibarnamə əsasında ona, eyni hüquqlara dair xx xxx 2020-ci il tarixli, ƏN-V1İ № 284371 nömrəli etibarnamə, verərək Cavabdeh1 avtomobil satmaq niyyhətini həyata keçirərək əmlakı faktiki olaraq ona satmışlar. Göründüyü kimi Cavabdeh1 iradəsi əsasında ona məxsus avtomobili satmaq barədə onun niyyətinin reallaşması nəticəsində o, VAZ 21099 markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin faktiki və vicdanlı alıcıdır, həmin əmlakın vicdanlı sahibidir. Həmin əsasla, Cavabdeh1 həmin avtomobilə onun hüquqlarını pozmaqda haqlı deyildir, o, özünün etibarından sui istifadə etmiş Həsənov Əmrahdan və Cavabdeh2, avtomobilin satışından onların əldə etdikləri 5100 manat məbləğində pulu tələb etməlidir. Hazırki iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İstintaq və təhqiqat İdarəsinin rəis müavini Anar Mirhəşimovun imzaladığı xx xxxxxxxx 2020-ci il tarixli, № 006-41171 /2Q-3220 saylı məktubundan göründüyü kimi hazırki mübahisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə daxil olmuş şikayəti Cavabdeh2 qeydiyyatda olduğu yerə görə aidiyyəti üzrə Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis bölməsində araşdırılmış və Cavabdeh2 barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən, ilkin iddia tələbinin təmin, qarşılıql iddia tələbinin isə rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili X4 məhkəmə iclasında ilkin iddia tələbini əsassız hesab etdi və qarşılıqlı iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh1 Azərbaycan Respublikasının Milli ordusunda hərbi xidmət etdiyindən mülkiyyətində olan “Vaz 21099” markalı **-VG-*** qeydiyyat nişanlı avtomobili satmaq üçün avtomobil alqı-satqısı ilə məşğul olan X3 etibarnamə vermişdir. Lakin sonradan Cavabdeh1 məlum olmuşdur ki, mülkiyyətində olan maşın 5100 manat məbləğində satılmışdır və Cavabdeh1 heç bir pul məbləği ödənilməmişdir. Ona görə də, Cavabdeh1 cavabdehlə əlaqə saxlayaraq mülkiyyətində olan avtomobilini qaytarmasını tələb etmiş və verdiyi etibarnaməni ləğv etmişdir. Qeyd edilənlərə əsasən ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı İddiaçı ilə Cavabdeh1 arasında “VAZ 21099” markalı, **- VG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə dair alqı-satqı müqaviləsinin bağlanması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Cavabdeh1 İddiaçı qarşı “avtomobil tələbinə” dair qarşılıqlı iddia tələbinə gəldikdə isə qeyd edir ki, qarşılıqlı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan AD seriyaslı 091433 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21099” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alqı-satqı faktının baş tutması tələbinə» dair ilkin iddia tələbi rədd edilməli, Cavabdeh1 İddiaçı qarşı “avtomobil tələbinə” dair qarşılıqlı iddia tələbi təmin edilməli və “VAZ 21099” markalı, **- VG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı alınaraq Cavabdeh1 verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alqı-satqı faktının baş tutması tələbinə» dair ilkin iddia tələbi rədd edilsin. Cavabdeh1 İddiaçı qarşı “avtomobil tələbinə” dair qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdeh1 məxsus olan “VAZ 21099” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı alınaraq Cavabdeh1 verilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-1045/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1045/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver