Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1091/2025 10.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı Tağıyeva (Kərəmli) Xumar Eldəniz qızının, Cavabdeh1 nümayəndəsi X3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakları ilə, İddiaçı Tağıyeva (Kərəmli) Xumar Eldəniz qızının müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs cəlb etməklə cavabdehlər Cavabdeh1nə və Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «mənzilə istifadə hüququnun tanınması tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Tağıyeva (Kərəmli) Xumar Eldəniz qızı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs cəlb etməklə cavabdehlər Cavabdeh1nə və Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «mənzilə istifadə hüququnun tanınması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 İlkin Həsən oğlu ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra Maraqlı şəxs yaşadığı ünvan 1 ünvanına gəlin köçmüş və hazırki vaxta qədər həmin ünvanda yaşayır. İddiaçı mənzilə dair yaşayış hüququnun tanınması ilə bağlı İlkinə bildirsə də, İlkin mənzilin özəl mülk olmadığını və bunun üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etməyini bildirmişdir. İddiaçı şifahi olaraq bir neçə dəfə İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə müraciət etsə də, müraciəti nəticəsiz qalmışdır. İddiaçının hazırda qeydiyyatda olduğu ata evində 13 nəfər adam yaşayır. İddiaçının həmin mənzildə qeydiyyatda qalmağı və yaşamağı üçün yetərli mənzil şəraiti mövcud deyildir. Bu səbəbdən məhkəmə müraciət edərək hazırda yaşadığı ünvan 1 ünvanına dair iddiaçının istifadə hüququnun tanınmasını istəyir. Göstərilənlərə əsasən iddiaçının Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 13, 60 saylı mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçı Tağıyeva (Kərəmli) Xumar Eldəniz qızı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X6 izahat verərək iddia tələbinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır.
5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, hazırda iddiaçının qeydiyyatda olduğu evdə ondan başqa 13 nəfər qeydiyyatdadır. Mənzil şəraiti olduqca ağır vəziyyətdədir. İddiaçının himayəsində azyaşlı övladı var. Qeydiyyat qaydalarına uyğun olmadığına görə iddiaçının Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 13, 60 saylı mənzilə qeydiyyatda alınması mümkün olmamışdır. Ev Sumqayıt Şəhər İcra Hakimiyyətinin balansındadır. İddiaçının sözügedən ünvana istifadə hüququnun tanınmasına etiraz etmir.
6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
10. Belə ki, iş materiallarında olan 15 oktyabr 2024-cü il tarixli, AZ-İİ № 629323 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs ilə X9 04 iyul 2017-ci il tarixində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 1681 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Tağıyeva soyadı verilmişdir.
11. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 176 nömrəli ailə tərkibi haqqında arayışdan görünür ki, ünvan 4-da yaşayan X2 rayonundan məcburi köçkün kimi məskunlaşmışdır. X5- həyat yoldaşı, Maraqlı şəxs- oğlu, X16- oğlu, X9- gəlini, X7- gəlini, X10- nəvəsi, X11- nəvəsi, X17- nəvəsi, X19 –nəvəsi.
12. İş materiallarındaolan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyətinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 13 ünvanında yerləşən 60 saylı mənzilin hüquqi rejiminə dair məlumatların verilməsi barədə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar bildirilir ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 13 ünvanında yerləşən 60 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir.
13. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş xx.xx.2025-ci il tarixli, 5-6/2- 286/2025 saylı sorğuya cavab məktubundan görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1nə, Sumqayıt şəhər İcra Hakimiyyətinə və Maraqlı şəxs qarşı «mənzilə istifadə hüququnun tanınması tələbi»nə 2(060)-1091/2025 saylı inzibati işlər üzrə sorğuya Sumqayıt şəhər İcra Hakimiyyətində baxılmışdır. Tələb edilən məsələ ilə bağlı bildirilir ki, ünvan 4 dövlət mənzil fonduna aiddir.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun qərarlarının formalaşmış hüquqi mövqeyinə görə də «hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur».
15. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində və Mülki Məcəllədə əks olunmuşdur.
16. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir.
17. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir.
18. Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi.
19. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur.
20. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür.
21. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir.
22. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir.
23. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir.
24. Göründüyü kimi İddiaçı 2017-ci il tarixdən ünvan 4 ünvanında yaşayır.
25. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən mənzil dövlət mənzil fonduna aiddir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
27. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
28. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
29. Yuxarıda qeyd olunduğu kimi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında (məhkəmə iclasının fasiləsiz audio yazısı aparılmaqla) ünvan 4-ın dövlət mənzil fonduna aid olduğunu və iddiaçının həmin ünvana istifadə hüququnun tanınmasına razı olmasını bildirmişdir.
30. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı Tağıyeva (Kərəmli) Xumar Eldəniz qızının Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 13, 60 saylı mənzilə istifadə hüququ tanınmalıdır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Tağıyeva (Kərəmli) Xumar Eldəniz qızının Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 13, 60 saylı mənzilə istifadə hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva