Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-112/2021 23.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 6940 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh özünə məxsus olan və “xxxx” ASC-də girovda olan “VOLKSWAGEN JETTA” minik markalı, ** BN *** dövlət nömrə nişanlı avtomobilini xx.xx.2012-ci il tarixli, 7E-9916 reyestr nömrə ilə təsdiq edilmiş ümumi etibarnamə əsasında iddiaçıya satmışdır. İddiaçı həmin avtomobilə görə bank tərəfindən cavabdehə verilmiş xx.xx.2012-ci il tarixli, 53 saylı kredit müqaviləsinə əlavənin ödəniş cədvəlinə uyğun olaraq hər ay cavabdehin əvəzindən banka 400 manat və iki ayını isə hər ay 800 manat olmaqla ümumilikdə 6940 manat pul ödəyib. Lakin cavabdeh iddiaçının xəbəri olmadan iddiaçıya həmin avtomobilə görə vermiş olduğu xx.xx.2012-ci il tarixili, 7E- 9916 reyestr nömrə ilə təsdiq edilmiş ümumi etibarnaməni xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhəri 1 saylı Notariat kontorunda ləğv etdirmiş və bundan sonra iddiaçıya məlumat vermədən avtomobili onun iş yerinin qarşısından götürüb aparmışdır. İddiaçı bununla bağlı cavabdehlə telefon əlaqəsi saxlamış və o, bildirmişdir ki, artıq etibarnamə ləğv olunmuşdur və avtomobili geri qaytarmayacaqdır. İddiaçı cavabdehin əvəzinə banka ödədiyi 6940 manat pulu geri tələb etsə də, cavabdeh həmin pulu qaytarmayacağını bildirmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2075/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehin ərizəsi əsasında xx.xx.2020-ci il tarixli qərardadla qiyabi qətnamə ləğv edilmiş və işin icraatı təzələnmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1979-cu ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1965-ci ildə anadan olmuşdur. O, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 17/11, mənzil 22 ünvanında qeydiyyatdadır. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “VOLKSWAGEN JETTA” minik markalı ** BN *** dövlət nömrə nişanlı avtomobil (bundan sonra – mübahisəli avtomobil) cavabdehin mülkiyyətindədir. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 036310 saylı çıxarışa mübahisəli avtomobil ipoteka ilə yüklü edilmişdir. xx.xx.2012-ci il tarixli ümumi etibarnaməyə əsasən cavabdeh ona məxsus olan bütün əmlakının idarə edilməsini iddiaçıya etibar etmişdir. Sumqayıt şəhəri 1 saylı Notariat Kontorunun xx xxx 2017-ci il tarixli məktubunda göstərilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2012-ci il tarixli ümumi etibarnamə xx.xx.2017-ci il tarixində ləğv edilmişdir. xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əlavədən görünür ki, həmin tarixdə cavabdehə “xxxx” ASC-nin Nəsimi filialı tərəfindən 60 ay müddətinə, illik 17 faizlə 15900 manat kredit verilmişdir. İşə əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, cavabdehin kredit borcu üzrə iddiaçı tərəfindən “xxxx” ASC-yə ümumilikdə 6940 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir (1092). Qeyd edilən normaların məzmunundan göründüyü kimi şəxs hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etdikdə əsassız varlanmış hesab olunur. Hazırkı işdən göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya xx.xx.2012-ci il tarixində bütün əmlakının idarə edilməsi üçün ümumi etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında “VOLKSWAGEN JETTA” minik markalı ** BN *** dövlət nömrə nişanlı avtomobil iddiaçının istifadəsində olmuşdur. İddiaçı isə bunun müqabilində cavabdehin kredit borcu üzrə ödənişlər etmişdir. Lakin, sonradan cavabdeh həmin etibarnaməni ləğv etdirmiş və avtomobili iddiaçıdan almışdır. Yəni, iddiaçı məhrum olmuş, cavabdeh isə bunun müqabilində əsassız olaraq varlanmışdır. MPM-ə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3.).Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (78.1.). İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (106.1.). Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər (106.2.). Göründüyü kimi cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iddia ərizəsində göstərilənlərin əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli və 6940 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 6940 (altı min doqquz yüz qırx) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-112/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-112/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver