Məhkəmə qərarları › İş №2(060)-1126/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1126/2022

10.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1126/2022 10.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı «yol-nəqliyyat hadisəsi nətiсəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə» dair mülki işin materiallarını nəzərdən kecirib, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraсiət edərək, törətmiş olduğu inzibati xəta nətijəsində dəymiş zərərə görə Cavabdeh təmir üçün 389,40 manat və avtomobilin təmirdə olduğu müddət ərzində taksi xidmətinə sərf etdiyi 325 manat, сəmi 714,40 manat həсmində pul məbləğinin tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Hazırda Cavabdeh məhkəmənin dəftərxanası ilə ərizə ilə müraciət edərək, onun qeydiyyatı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli massivi D, Xəzər İnşaat 9a, ev 76da olduğu üçün mülki işi Bakı şəhəri Suraxanı rayonu Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına сavabdeh gəlməmiş və gəlməməsinin səbəbini bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə сavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyatı olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiacı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyatı qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə öz icraatına qəbul etdiyi işi aidiyyatı üzrə məhkəməyə göndərməlidir. Göründüyü kimi hazırki mülki iş üzrə Cavabdeh rəsmi qeydiyyat ünvanı ünvan 1 2 olduğu üçün, 2(060)-1126/2022 saylı mülki iş aidiyyatı üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 44-45-ci və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: İddiaçı Cavabdeh qarşı «yol-nəqliyyat hadisəsi nətiсəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə» dair 2(060)-1126/2022 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardadın surəti tərəflərə göndərilsin. Qərardaddan 10 gün müddətinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: RƏŞAD QOŞQARLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar