Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-114/2021 05.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və X2 qarşı «müqavilənin ləğvi edilməsi və avtomobil tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh və X2 qarşı «müqavilənin ləğvi edilməsi və avtomobil tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 2841.A saylı alqı-satqı müqaviləsinin 2.6. 5.1.2, 5.1.3,5.1.4 bəndlərində göstərilən şərtlərin cavabdeh tərəfindən pozulduğu üçün müqavilənin ləğv edilməsi, müqavilənin ləğvi ilə bağlı sonrakı nəticələrin etibarsız sayılması, həmin avtomobilin İddiaçı MMC-yə təhvil verilməsi, yararsız hala düşdüyü halda vurulmuş zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçmiş Nizamnamə əsasında fəaliyyət göstərən “İddiaçı “ MMC ilə ünvan 1 ünvanında qeydiyyatda olan X6 arasında xx xxxxxx 2019-cu il tarixində, 2841.A nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə İddiaçı MMC-nin mülkiyyətində olan “BAİC M20 AT UNİVERSAL markalı, BAN №LNBMDLAF0HR903169 tünd göy, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh ikin ödəniş etməklə İddiaçı MMC ilə alqı-satqı müqaviləsi bağlamışdır. Cavabdeh ödənilməmiş 16308 manat hisəssəni isə xx xxxxxx 2021-ci il tarixədək hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə imzaladığı gündən İddiaçı MMC-in hesabına ayrı-ayrı vaxtlarda cəmi 1720 manat ödəmişdir. xx xxxxxx 2019 cu il tarixdə İddiaçı MMC-nin əməkdaşına pulun yerdə qalan bütün hissəsini onun tərəfindən tam ödəniş etdiyini deyərək, ondan arayiş almışdır. “İddiaçı“ MMC-nin mülkiyyətində olan **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2019-cu il tarixdə qeydiyyatdan çıxarmışdır. Cavabdeh xx.xx.2019-cu ildə X1 adına alqı-satqı müqaviləsi bağlayaraq yeni **-DP-*** dövlət qeydiyyat nişanı almışdır. İddiaçı MMC nin mülkiyətində olan **-PN-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yeni **-DP-*** dövlət qeydiyyat nişanı almaqla avtonəqliyyat vasitəsini qanunsuz olaraq özgənikiləşdirmişdir. Cavabdeh “xxxx” MMC tərəfindən dəfələrlə avtomobilə ödənilməmiş pul vəsaitinin cəmiyyətin hesabına ödənilməsini yazılı və şifahi tələb etsələr də, hazır ki, vaxtadək heç bir ödəniş etməmiş və ödəniş etməkdən yayınmışdır. Bağlanmış müqavilənin 3.2-ci maddəsində göstərilir ki, tərəflər üzərinə düşən öhdəliyi müqavilə şərtlərinə müvafiq qaydada tam şəkildə yetirdiyi gün bitir. Həmin müqavilənin 9.2-ci maddəsində deyilir ki, müqavilənin vaxtından əvvəl xitam verilməsinə aşağıdakı hallarda yol verilir. Müqaviləyə əlavə edilmiş əsas ödəniş cədvəlinə əsasən alıcı öhdəliklərini iki dəfədən artıq verinə yetirmədikdə, birtərəfli qaydada müqavilə satıcı tərəfindən ləğv edilə bilər və ya tərəflərin qarşılıqlı razılaşmasına əsasən. Göründüyü kimi alıcı öz öhdəliyini yerinə yetirməmişdir. Avtomobilə dair müqavilə şərtlərinə uyğun ödəniləcəyi vəsati cəmiyyətin hesabına ödəməkdən yayınır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Maraqlı şəxs göstərdi ki, o, “BAİC M20 AT UNİVERSAL markalı avtomobili qanuna uyğun, yəni alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Belə ki, o, mübahisəli avtomobili əldə edərkən heç bir qanun pozuntusuna yol verməmişdir. Hal-hazırda həmin avtomobil onun xüsusi mülkiyyətindədir. Hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsini və üçüncü şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız hesab edilməli və onun rədd olunmasına dair qətnamə qəbul edilməlidir. İddia ərizəsində tələb, Cavabdeh alqı-satqı müqaviləsi üzrə borcunu tam ödəmədiyini, bununla da avtomobilin qanunsuz özgəninkiləşdirilməsi ilə əsaslandırılmışdır. Halbuki, iş materiallarlında olan İddiaçı MMC tərəfindən verilmiş 920 nömrəli, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 2841.A saylı alqı-satqı müqaviləsinin predmeti olan “BAİC M20 AT UNİVERSAL” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə Cavabdeh heç bir borcu və ya hər hansı öhdəliyi qalmamışdır. İşin araşdırılan halları və iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, mübahisəli avtomobil iddiaçının verdiyi xx.xx.2019-cu il tarixli, 920 nömrəli məktub əsasında bir neçə dəfə özgəninkiləşdirilmiş və hal-hazırda avtomobil Maraqlı şəxs mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı mübahisəli avtomobil özgəninkiləşdirilərkən hər hansı bir qanun pozuntusuna yol verildiyi aşkar edilməmiş və bu barədə iddiaçı tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Ona görə də, məhkəmə iddia tələbinin təmin edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları və işin faktiki hallarını qiymətləndirib, qanunvericiliyin tələblərini nəzərə alıb belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və X2 qarşı «müqavilənin ləğvi edilməsi və avtomobil tələbinə» dair iddiası əsassız hesab edilərək rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və X2 qarşı «müqavilənin ləğvi edilməsi və avtomobil tələbinə» dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-114/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-114/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver