Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1140/2021 21.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili X1 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 66361 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatı ilə və bu müddət ərzində əldən çıxmış fayda kimi 15000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı dəqiqləşmə verərək, Cavabdeh 25000 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatı ilə və bu müddət ərzində əldən çıxmış fayda kimi 15000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X2 tərəflər barışıq sazişi bağladığından iddia tələbinə xitam verilməsini xahiş edərək bu barədə məhkəməyə ərizə vermişdirlər. Əlavə olaraq, İddiaçı tərəflər arasında barışıq sazişi bağlandığından X5 yerləşən 2377 və 2377C saylı bağ torpaq sahələrinin üzərinə qoyulmuş qadağanın aradan qaldırılması barədə qərardad çıxarılmasına dair məhkəməyə ərizə təqdim etdi. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1140/2021 saylı, 06.01.2021-cİ tarixli qərardadı ilə Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2377C saylı torpaq sahəsi üzərində fərdi yaşayış evlərinin tikintisi cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Cavabdeh məhkəmə iclasında iddia tələbinə xitam verilərək barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və hər iki şəxs tərəfindən təsdiqlənmiş 18.05.2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. İddiaçı Sumqayıt şəhəri X4 yerləşən 2377 saylı bağ torpaq sahəsində onun mülkiyyətində olan 0.04 ha torpaq sahəsini Cavabdeh mülkiyyətinə keçirməyi öz öhdəsinə götürür.
2. İddiaçı Sumqayıt şəhər Məhkəməsinin qərardadı ilə Corat bağları Massivi 2377 saylı bağ torpaq sahəsində yerləşən 0.04 ha torpaq sahəsinin üzərinə qoyulmuş qadağanın aradan qaldırılması üçün ərizə verməyi öz öhdəsinə götürür.
3. İddiaçı Sumqayıt şəhəri X4 yerləşən 2377 saylı bağ torpaq sahəsinə dair Cavabdeh qarşı gələcəkdə hər hansı bir iddia ilə məhkəməyə müraciət etməmək barədə Cavabdeh qarşısında öhdəlik götürür.
4. Cavabdeh məhkəmə barışıq sazişini təsdiq etdiyi günə qədər İddiaçı 23000 (iyirmi üç min manat) pul ödəməyi öz öhdəsinə götürür.
5. Barışıq sazişi təsdiq olunduqdan 30 gün müddətində Cavabdeh İddiaçı əlavə olaraq 2500 (iki min beş yüz) manat pul ödəməyi öz öhdəsinə götürür. 6 Cavabdeh Sumqayıt şəhəri X4 yerləşən 2377 saylı bağ torpaq sahəsinə dair İddiaçı qarşı hər hansı iddia qaldırmayacağı barədə öz üzərinə öhdəlik götürür.
7. Barışıq sazişi tərəflər imzaladıqdan sonra qanuni qüvvəyə minir. 8.Tərəflər arasında yaranmış münasibətlər Azərbaycan Respublikasının Mülki Qanunvericiliyi ilə həll olunacaq.
9. Barışıq sazişi 3 nüsxədən tərtib olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə ərizəçi, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və mülki işin icraatına xitam verilməli, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Eyni zamanda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mübahisə üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edildiyindən, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2377C saylı torpaq sahəsi üzərində fərdi yaşayış evlərinin tikintisinin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə iddianın təmin olunması tədbirinə zərurəti qalmadığı üçün həmin torpaq sahəsi üzərində fərdi yaşayış evlərinin tikintisinə qoyulmuş qadağa götürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. AR MPM-nin 162.2-ci maddəsinə əsasən iddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Bu Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 191.2, 231, 261-262, 263-264, 268-ci və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1140/2021 saylı, 06.01.2021-ci il tarixli qərardadı ilə Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2377C saylı torpaq sahəsi üzərində fərdi yaşayış evlərinin cavabdehə və digər şəxslərə tikintisinə qoyulmuş qadağa götürülsün. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1672/2020 saylı, 30.01.2020-ci il tarixli qərardadı ilə “Ford Transit 150D Van” markalı, ** CH *** dövlət nömrə nişanlı mikroavtobusun özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürülsün. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mübahisə üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.
1. İddiaçı Sumqayıt şəhəri X4 yerləşən 2377 saylı bağ torpaq sahəsində onun mülkiyyətində olan 0.04 ha torpaq sahəsini Cavabdeh mülkiyyətinə keçirməyi öz öhdəsinə götürür.
2. İddiaçı Sumqayıt şəhər Məhkəməsinin qərardadı ilə Corat bağları Massivi 2377 saylı bağ torpaq sahəsində yerləşən 0.04 ha torpaq sahəsinin üzərinə qoyulmuş qadağanın aradan qaldırılması üçün ərizə verməyi öz öhdəsinə götürür.
3. İddiaçı Sumqayıt şəhəri X4 yerləşən 2377 saylı bağ torpaq sahəsinə dair Cavabdeh qarşı gələcəkdə hər hansı bir iddia ilə məhkəməyə müraciət etməmək barədə Cavabdeh qarşısında öhdəlik götürür.
4. Cavabdeh məhkəmə barışıq sazişini təsdiq etdiyi günə qədər İddiaçı 23000 (iyirmi üç min manat) pul ödəməyi öz öhdəsinə götürür.
5. Barışıq sazişi təsdiq olunduqdan 30 gün müddətində Cavabdeh İddiaçı əlavə olaraq 2500 (iki min beş yüz) manat pul ödəməyi öz öhdəsinə götürür. 6 Cavabdeh Sumqayıt şəhəri X4 yerləşən 2377 saylı bağ torpaq sahəsinə dair İddiaçı qarşı hər hansı iddia qaldırmayacağı barədə öz üzərinə öhdəlik götürür.
7. Barışıq sazişi tərəflər imzaladıqdan sonra qanuni qüvvəyə minir. 8.Tərəflər arasında yaranmış münasibətlər Azərbaycan Respublikasının Mülki Qanunvericiliyi ilə həll olunacaq.
9. Barışıq sazişi 3 nüsxədən tərtib olunur. İddiaçı tərəfindən ərizəyə görə ödənilmiş 30 manat dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər.
Hakim Əfqan Ələkbərov