Məhkəmə qərarları › İş №2(060)-1146/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1146/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1146/2021 31.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» KB ASC-nin Cavabdeh qarşı “kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» KB ASC Cavabdeh qarşı “kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə” dair Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehvərəsə Cavabdeh iddiaçı «xxxx» Kommersiya Bankı ASC-nin xeyrinə 1729.30 manat əsas borc və 11.60 manat faiz borcu olmaqla, cəmi 1740.90 manat kredit borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor «xxxx» KB ASC ilə borclu X3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 12% ödəmək şərtilə 2262 manat məbləğində kredit verilmişdir. Borclu-mərhum X1 vəfat etdiyi müəyyən olduğundan, ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb- açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt səhəri 4 saylı Notariat ofisinə xx.xx.2020-ci il tarixli məktubla müraciət olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt səhəri 4 saylı Notariat ofisinin xx.xx.2020-ci tarixli cavab məktubu ilə X2 vəfat etməsi ilə əlaqədar cavabdeh-vərəsə Cavabdeh ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə borcalan-mərhum X1 hüquqi varisi kimi vəfat etməsi ilə əlaqədar cavabdeh-vərəsə X1 müəyyən olunması anlamına gəlir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə «xxxx» KB ASC-yə 1729.30 manat əsas borc və 11.60 manat faiz borcu olmaqla, cəmi 1740.90 manat kredit borcu vardır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərdi ki, o, X1 oğlu və eyni zamanda da vərəsəsidir. Onun atası birinci qrup qarabağ əlili olmuşdur. Onun mərhum atası bank tərəfindən aldadılmış və atasına manat əvəzinə ABŞ dolları ilə kredit verilmişdir. Atası ilə bank arasında bağlanmış kredit müqaviləsi Prezidentin fərmanının təsiri altına düşdüyünə görə bank tərəfindən atasına 1700 manat məbləğində pul geri qaytarılmışdır. Sonra isə bank ondan pulu geri tələb etmişdir. Hal-hazırda onun maddi imkanı yaxşı deyil və ona görə də, banka olan borcunu ödəyə bilmir. Buna baxmayaraq o, banka olan borcunu hissə-hissə hər ay 80-100 manat olmaqla ödəyəcəkdir. Məhkəmə, cavabdehi dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, kreditor «xxxx» KB ASC ilə borclu X3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 12% ödəmək şərtilə 2262 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan BANK/PİKMD/922199 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, cavabdeh X1 banka 1729.30 manat əsas borc və 11.60 manat faiz borcu olmaqla, cəmi 1740.90 manat kredit borcu vardır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, Cavabdeh iddiaçı «xxxx» Kommersiya Bankı ASC-yə olan borcunu ödəməsi üçün lazımi qaydada xəbərdar edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Sumqayıt şəhər 4 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1157 nömrəli məktubdan görünür ki, Sumqayıt şəhər 4 saylı Notariat Ofisində xx.xx.2019-cu il tarixdə vəfat etmiş X1 miras əmlakına dair xx.xx.2019-cu il tarixdə vərəsəlik işi açılmış və oğlu Cavabdeh qanun üzrə vərəsə kimi tanınaraq ona xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən işə baxılması ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq müvafiq olaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1729.30 manat əsas borc və 11.60 manat faiz borcu olmaqla, cəmi 1740.90 manat kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı «xxxx» Kommersiya Bankı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1729.30 manat əsas borc və 11.60 manat faiz borcu olmaqla, cəmi 1740.90 manat kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı «xxxx» Kommersiya Bankı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar