Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1149/2021 17.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbi barədə iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 118,99 manat əsas borc, 333,36 manat cərimə, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 21,64 manat borc olmaqla, ümumilikdə 474,99 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulub LPO İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli, 426669 saylı ssuda hesablı kredit müqaviləsinə əsasən cavabdehə iddiaçı tərəfindən 36 ay müddətinə illik 27%-lə 158,99 manat məbləğində kredit verilmişdir. Müqavilə müddəti xx.xx.2017-ci il tarixdə bitsə də, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. xx.xx.2020-ci il tarixinədək cavabdehin iddiaçıya 118,99 manat əsas, 333,36 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 21,64 manat borc, ümumilikdə 474,99 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -Bakı Apellyasiya Məhkəməsinin İnzibai-İqtisadi Kollegiyasının 2-1(103)-3194/17 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu onun ləğvedicisi təyin edilmişdir. - İddiaçı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka olan borcu əsas məbləğ üzrə 118,99, 333,36 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 21,64 manat borc olmaqla, ümumilikdə 474,99 manat təşkil edir. - İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xx xxxxxx 2020-ci il tarixli bildiriş (pretenziya) göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı iddia ərizəsində xx.xx.2014-cü il tarixli, 426669 saylı müqavilə əsasında cavabdehdən kredit borcunun tutulmasını məhkəmədən xahiş etsə də, həmin müqavilə iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinə müqavilənin əslini və ya surətini məhkəməyə təqdim etməsi təklif edilsə də, o müqavilənin hazırda iddiaçıda olmadığını bildirmişdir. Yəni, hazırkı iş üzrə iddia tələbinin əsasını tərəflər arasında bağlanmış kredit müqaviləsi təşkil etdiyi halda iddiaçı həmin müqaviləni məhkəməyə təqdim edə bilməmişdir. Bu isə tərəflər arasında hər hansı öhdəliyin yaranmasını müəyyən etməyə imkan vermir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı LPO İddiaçı ASCnin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 238-244-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 118,99 manat əsas borc, 333,36 manat cərimə, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 21,64 manat borc olmaqla, ümumilikdə 474,99 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-1149/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1149/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver