Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1152/2021 18.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y YƏ N E T D İ : İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 07 dekabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 2868 (iki min səkkiz yüz altmış səkkiz) manat 75 (yetmiş beş) qəpik əsas borc, 5 (beş) manat 35 (otuz beş) qəpik faiz və 1 (bir) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2875 (iki min səkkiz yüz yetmiş beş) manat 10 (on) qəpik borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması və “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh 07 dekabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx" İKB ASC-dən illik 23 faizlə 36 ay müddətinə 5000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 01 oktyabr 2020-dək Cavabdeh banka 07 dekabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 2868,75 manat əsas borc, 5,35 manat faiz borcu və 1 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2875,1 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 07 dekabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 2868 (iki min səkkiz yüz altmış səkkiz) manat 75 (yetmiş beş) qəpik əsas borc, 5 (beş) manat 35 (otuz beş) qəpik faiz və 1 (bir) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2875 (iki min səkkiz yüz yetmiş beş) manat 10 (on) qəpik borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması və “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 dinləyib, işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23-Y-1-0-1014-18 saylı, 07.12.2018-ci il tarixli “Kredit müqaviləsi”ndən görünür ki, “xxxx” İKB ASC-nin tərəfindən Cavabdeh illik faiz dərəcəsi 23 faiz olmaqla 36 ay müddətinə-07.12.2018-ci il tarixdən 07.12.2021-ci il tarixədək 5000 manat məbləğində kredit verilmişdir. Müqaviləyə görə əlverişsiz şəraitin yaranması nəticəsində borc alanın borcu ödəmək qabiliyyəti olmadıqda pul vəsaitlərinin ödənilməsinin və pul öhdəliyinin icra edilməsinin kreditor tərəfindən vaxtından əvvəl tələb edilməsi mümkündür (bənd 7.1a). İşdə olan “İddiaçı" ASC-nin 01.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “İddiaçı" ASC-yə 2868 (iki min səkkiz yüz altmış səkkiz) manat 75 (yetmiş beş) qəpik əsas borc, 5 (beş) manat 35 (otuz beş) qəpik faiz və 1 (bir) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2875 (iki min səkkiz yüz yetmiş beş) manat 10 (on) qəpik məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 05.10.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 33, mənzil 15-də qeydiyyatdadır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etdi ki, iddiaçı “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış 07.12.2018-ci il tarixli, 23-Y-1-0- 1014-18 nömrəli “Kredit müqavilə”si üzrə götürülmüş pula dair razılaşma mahiyyət etibarilə borc (kredit) müqaviləsidir. Borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 36 ay müddətinə ödənilməyi öhdəsinə götürmüşdür, lakin lazımi qaydada ödəməni həyata keçirməmişdir və nəticədə kreditora borcu yaranmışdır. Buna görə də kreditorun borcun əsas hissəsinin, ona hesablanmış cərimə borclarının tələb edilməsi tam əsaslıdır və buna görədə iddia tələbi əsas borc və faiz hissəsində təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci madəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci madəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh ilə iddiaçı “xxxx” İKB ASC arasında bağlanmış № 23-Y-1-0-1014-18 saylı, 07.12.2018-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 07 dekabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 2868 (iki min səkkiz yüz altmış səkkiz) manat 75 (yetmiş beş) qəpik əsas borc, 5 (beş) manat 35 (otuz beş) qəpik faiz və 1 (bir) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2875 (iki min səkkiz yüz yetmiş beş) manat 10 (on) qəpik məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia təmin edilsin. Cavabdeh ilə iddiaçı “xxxx” İKB ASC arasında bağlanmış № 23-Y-1-0-1014-18 saylı, 07.12.2018-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 07 dekabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 2868 (iki min səkkiz yüz altmış səkkiz) manat 75 (yetmiş beş) qəpik əsas borc, 5 (beş) manat 35 (otuz beş) qəpik faiz və 1 (bir) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2875 (iki min səkkiz yüz yetmiş beş) manat 10 (on) qəpik məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-1152/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1152/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver