Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1199/2021 07.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı müqavilənin ləğvi və kredit borcunun tutulmasına dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 11.04.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 8410,14 manat əsas, 485,51 manat faiz borcu, 32,85 manat cərimə borcu olmaqla, cəmi 8928,5 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında tərəflər barışıq sazişi bağladığından iddia tələbinə xitam verilməsini xahiş edərək bu barədə məhkəməyə ərizə vermişdirlər. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə xitam verilərək barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və hər iki şəxs tərəfindən təsdiqlənmiş 19.04.2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1.1 Tərəflər razılığa gəlirlər ki, Cavabdeh 4-Y-1-0-787-19 saylı, 11 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 07.04.2021-ci il tarixinə olan borc məbləği 9696,51 manat müəyyən edilsin. 1.2 Göstərilən 9696,51 manat borcun 1800 manat məbləğində hissəsini Cavabdeh ilkin olaraq İddiaçı ASC-nin hesabına ödənilməsini öz öhdəsinə götürür. 1.3 Cavabdeh tərəfindən ilkin olaraq ödəniləcək 1800 manat məbləğ faiz və əsas borcdan silinsin. 1.4 Cavabdeh may, iyun, iyul ayları hər ay 473,09 manat məbləğində ödənişi İddiaçı ASC-nin hesabına ödənilməsini öz öhdəsinə götürür. 1.5 01.08.2021-ci il tarixdən 30.04.2023-cü il tarixinə qədər (21 ay) hər ay 308,44 manat ödənişi Cavabdeh İddiaçı ASC-nin hesabına ödənilməsini öz öhdəsinə götürür. Cəmi 9696,51 manat ödəniş olduğu təqdirdə kredit öhdəliyi tam icra olunmuş hesab edilir. 1.6 Barışıq sazişi Cavabdeh tərəfindən tam icra olunduqda borcun olmaması haqqında arayış Cavabdeh təqdim olunsun. 1.7 Bu sazişlə razılaşdırılmış qaydada İddiaçı ASC-nə 9696,51 manat məbləğində borc Cavabdeh tərəfindən ödənildiyi halda, cavabdehin iddiaçı qarşısında öhdəlikləri tam icra olunmuş hesab olunacaqdır. 1.8 Məhkəmə xərcləri Cavabdeh tərəfindən ödəniləcəkdir. 1.9 İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia tələbindən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə ərizəçi, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Bu Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və mülki işin icraatına xitam verilməli, İddiaçı ASC tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı müqavilənin ləğvi və kredit borcunun tutulması tələbinə dair mübahisə üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. 1.1 Tərəflər razılığa gəlirlər ki, Cavabdeh 4-Y-1-0-787-19 saylı, 11 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 07.04.2021-ci il tarixinə olan borc məbləği 9696,51 manat müəyyən edilsin. 1.2 Göstərilən 9696,51 manat borcun 1800 manat məbləğində hissəsini Cavabdeh ilkin olaraq İddiaçı ASC-nin hesabına ödənilməsini öz öhdəsinə götürür. 1.3 Cavabdeh tərəfindən ilkin olaraq ödəniləcək 1800 manat məbləğ faiz və əsas borcdan silinsin. 1.4 Cavabdeh may, iyun, iyul ayları hər ay 473,09 manat məbləğində ödənişi İddiaçı ASC-nin hesabına ödənilməsini öz öhdəsinə götürür. 1.5 01.08.2021-ci il tarixdən 30.04.2023-cü il tarixinə qədər (21 ay) hər ay 308,44 manat ödənişi Cavabdeh İddiaçı ASC-nin hesabına ödənilməsini öz öhdəsinə götürür. Cəmi 9696,51 manat ödəniş olduğu təqdirdə kredit öhdəliyi tam icra olunmuş hesab edilir. 1.6 Barışıq sazişi Cavabdeh tərəfindən tam icra olunduqda borcun olmaması haqqında arayış Cavabdeh təqdim olunsun. 1.7 Bu sazişlə razılaşdırılmış qaydada İddiaçı ASC-nə 9696,51 manat məbləğində borc Cavabdeh tərəfindən ödənildiyi halda, cavabdehin iddiaçı qarşısında öhdəlikləri tam icra olunmuş hesab olunacaqdır. 1.8 Məhkəmə xərcləri Cavabdeh tərəfindən ödəniləcəkdir. 1.9 İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia tələbindən imtina edir. İddiaçı ASC tərəfindən ərizəyə görə ödənilmiş 30 manat dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-1199/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1199/2021
07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver