Məhkəmə qərarları › İş №2(060)-1203/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1203/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1203/2021 24.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh ondan almış olduğu 22000 (iyirmi iki min) ABŞ dolları pulun və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh ondan almış olduğu 21.794 (iyirmi bir min yeddi yüz doxsan dörd) ABŞ dolları pulun və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, cavabdehi Sumqayıt şəhəri, 3-cü m\rayon ərazisində yerləşən mağazadan tanıyır. Tanışlığının səbəbi onun «Porshe Cayenne» markalı avtomobilini satmaq istəməsi olub. Təxminən 2020-ci ilin mart ayının 13-də o, bu şəxsə 1000 ABŞ dolları pulu beh şəklində Sumqayıt şəhəri, 3-cü m/rayonda vermişdir. Danışıqları belə olmuşdur ki, o, həmin avtomobilin bütün kreditlərini bağlayıb, avtomobilin rulavoyunda və digər hissələrində olan problemlərini həll etdikdən sonra ondan 21000 (iyirmi bir min) dollarda alacaqdı və avtomobil onun mülkiyyətinə (1 ay müddətində) keçirdəcəydi. Təxminən bir ay sonra o, onunla əlaqə saxlayaraq bildirdi ki, avtomobil NBC bankda girovdadır və həmin 8 ayın pulunu bağlamağa və avtomobilin lazım olan hissələrini dəyişdirməyə onda pul yoxdur. Bu səbəbdən də o bu işləri görə bilməyib. Ona bildirdi ki, zatən biri birilərini tanıyıraq onlara ayıb olar ki, biri-birilərini aldadaq. Əgər alınarsa o, 21.000 (iyiri bir min) dollar pulunda ona versin o, da 2020-ci ilin iyun ayında avtomobilin tam formada ustadan çıxardaraq ona təhvil verəcəkdir. O, isə ona cavabında dedi ki, axşama ona bir cavab deyər. 2020-ci ilin aprel ayının ortaları idi ki, o, ona zəng elədi və bildirdi ki, əgər ona yazılı kağız versə ki, bu avtomobil ona məxsusdur və 22000 (iyirmi iki min) dollar pulu ondan təhvil alırsan, bax o zaman həmin pul vəsaitini verər. O da buna razılaşdı və o, onunla birgə yaşayan dostu Raminin və ailəvi dostu olan Günel xanımın yanında ona 36.000 (otuz altı min) manat pulu verdi və dilindən rəsmi kağızda aldı. Kağızda dollar yazmasına səbəb avtomobili dollarla razılaşdığı görə idi. Əlavə qalan 250-300 manat pulda DYP-də sənədləşmə üçün idi. Onların əvvəlcədəndə razılaşmaları belə olmuşdur ki, o, may ayının 10-na kimi avtomobili onun mülkiyyətinə keçirtməli idi, iyun ayında da tam təmirdən çıxartdıqdan sonra özünə təhvil verməli idi. Lakin 13 mayda ona məlum oldu ki, sən demə bu onu aldadıb, heç ona göstərmiş olduğu avtomobil bunun özünə məxsus deyildir. Özünə zəng edib pulunu tələb edəndə də ailə üzvləridə özüdə onu təhdid etməyə başlıyaraq bildir ki, o şikayət eləsə onlarda gəlib deyəcəklər ki, guya faizə 2 min pul vermişdir. Halbuki, bunlar hamısı bir cəfəngiyatdır. Bundan sonra aidiyyatı üzrə hüquq mühafizə orqanlarına şikayətlər etsə də, şahid ifadələri alınasada sonra toplanılmış materiallardan Sumqayıt şəhəri, 3-cü PB-nin təhqiqatçısı və Sumqayıt şəhər Prokuroru tərkibdə heç bir cinayət işi olmadığını nəzərə alaraq rədd qərarı vermişdir. Bundan sonra isə dəfələrlə zənglər etməyinə baxmayaraq bu şəxslər telefonuna cavab verməmiş versələrdə ona dedikləri o olmuşdur ki, ona şərliyəcik və ya harda tutsaq öldürəcəyik. Bütün bunları sübut edəcək onun yetərli qədər mesajların vardır. Göstərilənləri nəzərə alaraq, cavabdeh xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh ondan almış olduğu 21.794 (iyirmi bir min yeddi yüz doxsan dörd) ABŞ dolları pulun və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun ona verilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qismən qəbul edərək etirazını onunla əsaslandırdı ki, iddiaçının qeyd etdikləri absurdur. Belə ki, o, Xətaidən 1500 manat məbləğində borc pul almışdır. Həmin puldan 120 manatını qaytarmışdır. Bundan sonra hərbi xidmətə getdiyindən, onun əvəzinə atası Xətaiyə olan borcundan 230 manat pul qaytarmışdır. Bundan əlavə, iş materiallarında iddiaçı tərəfindən təqdim olunmuş qəbzi özü yazsa da, o, həmin vaxt anlaqlı vəziyyətdə olmamışdır. Belə ki, həmin gün Xətai onu evinə dəvət edərək onu içizdirb qəbzi yazdırmış, həmin zaman orada heç kim olmamışdır. Hazırda Xətaiyə 1150 manat borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq iddianı qismən qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 20.04.2020-ci il tarixli əlyazmadan görünür ki, o, Cavabdeh özünə məxsus Porsche Cayının (** PC ***) 2008-ci il buraxılışlı, avtomobilini 20 aprel 2020 tarixində İddiaçı oğlundan 22000 (iyirmi iki min) dollar alaraq satdı. 20.04.2020-ci il saat 18.00-da (iyirmi iki min) 22 min dollar pulu İddiaçı təhvil aldı. Avtomobili bir ay müddətində tam vəziyyətdə düzəldirdikdən sonra kredit borcunu bağladıqdan sonra ona təhvil verməyə öhdəsinə götürür. İş materiallarında olan şahid X3 tərəfindən məhkəməyə daxil olmuş 04.12.2020-ci il tarixli teleqramdan görünür ki, o, iş üzrə şahiddir və Polis İdarəsində verdiyi ifadəsi təsdiq edir. İddiaçı o, Eminə və Ramil adlı şəxsin yanında öz evində 35000 min manat maşın almaq üçün vermiş, o, isə ona 22000 min dollar alması barədə qəbz yazıb verməsini qeyd etmişdir. İş materiallarında olan şahid X4 tərəfindən məhkəməyə daxil olmuş 03.12.2020-ci il tarixli teleqramdan görünür ki, o, iş üzrə şahiddir və Polis İdarəsində verdiyi ifadəsi təsdiq edir. İddiaçı evində Cavabdeh 36000 manat pul verdiyini və bunun müqabilində də Eminin ona 22000 ABŞ dolları ilə bağlı kağızı verdiyini şahidi olmasını barədə qeyd etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 16.06.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 22/29A, mənzil 6-da qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, məhəllə 47, ev 8, mənzil 26-da qeydiyyatdadır. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunveriçilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Bundan əlavə cavabdeh məhkəmədə iddiaçıya 21.794 ABŞ dolları deyil 1150 manat borcu olduğunu qeyd etsə də bu barədə heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. “Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli qərarı”na əsasən Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Şərh edilənləri nəzərə alaraq məhkəmə, cavabdeh xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh 21.794 (iyirmi bir min yeddi yüz doxsan dörd) ABŞ dolları məbləğində pulun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh 21.794 (iyirmi bir min yeddi yüz doxsan dörd) ABŞ dolları məbləğində pulun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar