Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1221/2022 23.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə 5391 (beş min üç yüz doxsan bir) manat və 72 (yetmiş iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, 27 sentyabr 2021-ci il tarixdə iddiaçıya məxsus olan “Kia Cerato” markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yaşadığı küçəyə dönmək üçün sola dönmə işıqlarını yandıraraq qarşıdan gələn nəqliyyat vasitələrinə yol verərkən arxa tərəfdən hərəkətdə olan Cavabdeh etibarnamə əsasında idarə eldiyi “Opel” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində iddiaçı və onun avtomobilində olan sərnişin X2 müxtəlif bədən xəsarətləri almışdır. Yol nəqliyyat hadisəsi ilə əlaqədar Abşeron rayon Polis İdarəsində araşdırma aparılaraq xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmış və həmin qərara əsasən Cavabdeh hadisənin baş verməsində təqsirli olduğu müəyyən edildiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qərarın surəti Abşeron rayon Polis İdarəsinin DYPŞ-nə göndərilmişdir. Abşeron rayon DYPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılaraq xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı ara məsafəsi qaydalarının pozulması ilə əlaqədar “Opel" markalı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh barəsində xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində və istifadəsində olan "Kia Cerato” markalı nəqliyyat vasitəsinin arxa hissəsi tamamilə yararsız vəziyyətə düşmüş, ön hissəsi isə ciddi zədələnmişdir. Nəqliyyat vasitəsinə dəymiş zərərin müəyyənləşdirilməsi və onun təmiri üçün həmin markalı nəqliyyat vasitələrinin Azərbaycan Respublikasındakı rəsmi təmsilçisi olan “Kia Motors” təmir müəssisəsinə müraciət etmiş və orada aparılmış yoxlama nəticəsinə dair iddiaçıya təqdim edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən iddiaçının avtomobilinin təmiri üçün 5191 (beş min yüz doxsan bir) manat vəsait tələb olunduğu bildirilmişdir. Bundan başqa iddiaçının avtomobilinə baxış keçirilməsi və dəymiş zərərin qiymətləndirilməsi ilə əlaqədar “Kia Motors” təmir müəssisəsi tərəfindən 200 manat vəsaitin ödənilməsi iddiaçıdan tələb edilmiş və həmin vəsait iddiaçı tərəfindən ödənilmişdir. Cavabdehin idarə etdiyi “Opel” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil "nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığortalanmadığından hesab edir ki, nəqliyyat vasitəsinə dəymiş 5191 (beş min yüz doxsan bir) manat zərər məbləği, eyni zamanda zərərin qiymətləndirilməsi ilə əlaqədar “Kia Motors" təmir müəssisəsinə ödənilmiş 200 (iki yüz) manat, cəmi 5391 cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Bununla əlaqədar olaraq iddiaçı dəfələrlə cavabdehdən ona vurduğu zərərin ödənilməsini tələb etsə də o vurduğu zərəri ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi. Bildirdi ki, cavabdeh sığortasız maşın idarə edərək iddiaçıya məxsus avtomobilə zərər yetirmişdir. Avtomobilə dəymiş ziyan 6000 manat həcmindədir. Qüsur aktında və ekspert rəyində daha az qeyd olunub. Lakin buna baxmayaraq cavabdeh dəymiş ziyanı ödəməmişdir. İddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini əsas götürərək mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul etmişdir. Bildirmişdir ki, tərəfindən iddiaçıya maddi ziyan dəymiş, lakin maddi ziyanın məbləğini özü 3000 manat hesablamışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 16 oktyabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh Abşeron RPİ-nin TŞ-nə etmiş olduğu müraciətlə əlaqədar toplanmış material üzrə cinayət hadisəsi aşkar olunmadığından cinayət işi başlanması rədd edilmişdir. - X4 Aktından görünür ki, 99- VK-528 dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobil servisdə təmir edilərsə ona çəkilən xərc ümumilikdə 5191 manat təşkil edəcəkdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1753 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “Kia Motors” şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı, “Kia Cerato” markalı, 90- LH-072 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4200 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 27 sentyabr 2021-ci il tarixdə iddiaçıya məxsus olan “Kia Cerato” markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yaşadığı küçəyə dönmək üçün sola dönmə işıqlarını yandıraraq qarşıdan gələn nəqliyyat vasitələrinə yol verərkən arxa tərəfdən hərəkətdə olan Cavabdeh etibarnamə əsasında idarə eldiyi “Opel” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində iddiaçı və onun avtomobilində olan sərnişin X2 müxtəlif bədən xəsarətləri almışdır. Yol nəqliyyat hadisəsi ilə əlaqədar Abşeron rayon Polis İdarəsində araşdırma aparılaraq xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmış və həmin qərara əsasən Cavabdeh hadisənin baş verməsində təqsirli olduğu müəyyən edildiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qərarın surəti Abşeron rayon Polis İdarəsinin DYPŞ-nə göndərilmişdir. Abşeron rayon DYPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılaraq xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı ara məsafəsi qaydalarının pozulması ilə əlaqədar “Opel" markalı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh barəsində xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində və istifadəsində olan "Kia Cerato” markalı nəqliyyat vasitəsinin arxa hissəsi tamamilə yararsız vəziyyətə düşmüş, ön hissəsi isə ciddi zədələnmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə işin hallarına yuxarıda şərh olunan hüquq normalarına istinadən hüquqi qiymət verərək hesab edir ki, 2011-ci il buraxılışlı, “Kia Cerato” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi aşkardır və iş materialları ilə sübut olunur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, 2011-ci il buraxılışlı, “Kia Cerato” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər cavabdehin hərəkətləri nəticəsində baş verdiyindən, avtomobilə çəkiləcək xərclər cavabdehə aid edilməlidir. Məhkəmə ekspertiza tədqiqatı ilə avtomobilin nəzəri hesablama aparılmaqla “Kia Motors” firmasının tərtib etdiyi qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-cü il buraxılışlı, “Kia Cerato” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 4200 manat müəyyən edilməsini daha real və əsaslı hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4200 (dörd min iki yüz) manat məbləğində pul tutulub İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı hisssini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismın təmin edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində olmalıdır. Hazırda iddianın təmin edilən hissəsi 4200 manat olduğundan Cavabdeh 62 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlər tüsumunun 12 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh 100 manat tutularaq X1 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə 4200 (dörd min iki yüz) manat məbləğində pul və ödənilmiş 62 manat məbləğində dövlət rüsumunun əvəzi tutulub İddiaçı verilsin. Ödənilmiş 12 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq 100 (yüz) manat Cavabdeh tutularaq X1 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********,Müxbir hesab:AZ41NABZ********************) İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-1221/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1221/2022
23.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver