Məhkəmə qərarları › İş №2(060)-1230/2023

Sumqayıt Şəhər Məhkəməsi Əlavə qətnamə — İş №2(060)-1230/2023

17.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1230/2023 17.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Sumqayıt “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5490/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə və mülki iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən reyesterdə qeydiyyata alınmış, № ********** saylı mülkiyyətdən çıxarışın və Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən reyesterdə qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli, V-2V- -25 və 2V- 430 №li “vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X1 ( ölüm tarixi: xx.xx.2021-ci il) miras əmlakı olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı adına Azərbaycan Respublikası Ağstafa rayonu Həsənsu Bələdiyyəsinin iştirakı ilə X3 tərəfindən verilmiş vəsiyyətnamə nəzərə alınaraq, İddiaçı miras əmlakı üzrə ¾ hissədə (əmlakın 75 % hissəsinə) vərəsəlik hüququnun tanınması və müəyyən edilmiş vərəsəlik payı üzrə (3/4 hissəyə uyğun) yenidən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5490/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddia tələbi qismən təmin edilərək, Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən V-858/2021 saylı vərəsəlik işi üzrə qeydiyyata alınmış 2V-425 və 2V-430 reyestrli vərəsəlik hüququ haqqında şəhadətnamələrin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarışın ləğv edilməsi qət edilmişdir. Məhkəmə, mülki işin materiallarını və məhkəmənin 2(060)-5490/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsini araşdıraraq hesab edir ki, iş üzrə qətnamə çıxarılarkən butun tələblər barədə məsələ hakim tərəfindən həll edilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək, əlavə qətnamənin çıxarılması məsələsinə münasibət bildirmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 229.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5490/2022 saylı 02 dekabr 2022-ci tarixli qətnaməsindən görünür ki, məhkəmə iddianın qismən təmin edilməsi ilə bağlı nəticəyə gəlsə də, Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən V- 858/2021 saylı vərəsəlik işi üzrə qeydiyyata alınmış 2V-425 və 2V-430 reyestrli vərəsəlik hüququ haqqında şəhadətnamələrin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul etmiş, X2 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən vəsiyyətnamənin nəzərə alınması məsələsi hakim tərəfindən həll edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 229.1.1-ci maddəsinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa əlavə qətnamə çıxara bilər. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Sumqayıt “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5490/2022 saylı xx.xx.2022-ci tarixli qətnaməsinə əlavə qətnamə çıxarılmalı və X2 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən İddiaçı verilmiş xx.xx.2014-cü il tarixli vəsiyyətnamənin nəzərə alınması barədə əlavə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 229-cu madddəsini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: X2 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən İddiaçı verilmiş xx.xx.2014-cü il tarixli vəsiyyətnamə nəzərə alınsın. Əlavə qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar