Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1235/2023 03.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin may ayında cavabdeh X3 ona məxsus divanın təmiri məqsədi ilə 300 manat pul vermişdir. Cavabdeh həmin divanı ona təmir edərək təhvil verməsinə dair öhdəçilik götürmüşdür. Lakin cavabdeh götürdüyü öhdəliyi icra etməmişdir. Dəfələrlə ona müraciət etsə də nə divanını nə də ödədiyi pulu geri qaytarmır. Bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə saat 16:57-də Azərbaycan Respublikası DİN-in 102 xidməti mərkəzi zəng sisteminə məlumat vermiş, eləcə də, ərizə ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə müraciət edərək şikayət etmişdir. Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nin təhqiqatçısı baş X7 Səfərovun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, təhqiqat araşdırması dövründə X4 izahatında bildirmişdir ki, 2022-ci ilin may ayında İddiaçı məxsus mebelləri təmir etmək məqsədilə öz sexinə apardığını, lakin sexində işıq nasazlığı olduğundan təmir edə bilmədiyini, lakin xx.xx.2022-ci il tarixə qədər İddiaçı həmin mebelləri təhvil verəcəyini söz vermişdir. Lakin buna baxmayaraq cavabdeh vədinə yenidən əməl etməmişdir. Ona görə də, hazırki iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən məhkəmədən Cavabdeh təmir məqsədi ilə verilmiş, ona məxsus dəyəri 200 manat olan divanın, həmin divan olmadıqda onun dəyərinin, həmin divanın təmiri üçün cavabdehə verilmiş 300 manat pulun və hazırki iddianı qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, 2022-ci ilin aprel ayında ustaya vermişdir. 1-ci PB-nə çağırmışlar və cavabdeh bildirmişdir ki, işıq yoxdur, düzəldəcəkdir. Sex işləyir, lakin mebeli təmir etmir. Divan evdə istifadə etdiyi əşyadır. Mebel ilə birgə səkkiz-doqquz il əvvəl bundan əvvəl min manata almışdır. Təmir üçün 450 manata razılaşmışlar. İlk öncə 200 manat vermiş, daha sonra isə mebelin gəldiyi təqdirdə qalan məbləği yəni, 250 manatı ödəyəcəyi barədə razılaşmışlar. Avqust ayına qədər getmiş və gəlmişdir. Avqust ayında isə demişdir ki, material almaq üçün vəsait lazımdır. Bunun nəticəsində isə 100 manat əlavə pul vermişdir. Aprel ayında 200 manat, avqust ayında isə 100 manat vermişdir. Avqust ayında divanı göstərmiş, bildirmişdir ki, pulu çatmır. Oturacaqları hazırdır, lakin qolları qalmışdır. Divan söküldüyü üçün məbləğin qaytarılmasını tələb edir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən və SMS xəbərdarlıqdan görünür ki, Cavabdeh məhkəmə bildirişini qəbul etməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh 08 iyun 2005-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı 23 may 2022-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nin təhqiqatçısı polis baş leytenantı Şahmar Səfərov tərəfindən 28 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X2 İddiaçı məxsus mebelləri təmir etmək üçün aparması lakin bəzi nasazlığa görə təmir edə bilmədiyi faktında dələduzluq faktı öz əksini tapmamışdır. Odur ki, İddiaçı ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilməli, ona Əlövsət adlı şəxs gələcəkdə aralarında olan mülki mübahisəli vəziyyətlə bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iddianı qismən təmin edərkən qeyd olunmasını zəruri hesab edir ki, iş materiallında olan cinayət işinin başlanmasının rədd olunması barədə qərarda cavabdeh X1 Ağayevaya məxsus mebelləri təmir etmək üçün aparmasını etiraf etməklə bu barədə izahat vermişdir.Həmçinin mebellərin işıq nasazlığına görə təmin edə bilməməsini də öz izahatı ilə təsdiq etdiyi üçün, mebellərin cavabdehdə olması, işin mübahisə edilməyən halıdır. İddiaçı əvvəldən 200 manat məbləğində təmir üçün razılaşdıqları pulu verdikdən sonra, mebel təhfil verilmədiyi halda sonradan 100 manat məbləğin verilməsi məhkəmə tərəfindən inandırıcı sayılmayaraq, sübut olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 771.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 772.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 774.4-cü maddəsin əsasən bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında xüsusi qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki,sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh verilmiş əmlak (divan), o olmadıqda isə 200 manat dəyəri, 200 manat divanın təmiri üçün verilmiş pul olmaqla, cəmi 400 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh verilmiş əmlak (divan), o olmadıqda isə 200 (iki yüz) manat dəyəri, 200 (iki yüz) manat divanın təmiri üçün verilmiş pul olmaqla, cəmi 400 (dörd yüz) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1235/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1235/2023
03.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver