Məhkəmə qərarları › İş №2(060)-1251/2021

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-1251/2021

08.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1251/2021 08.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 2234 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və cavabdehlə “X3” haqqında müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2018-ci il tarixli, 424- K saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. O, xx.xx.2020-ci il tarixində öz ərizəsi əsasında 026-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində iş yerində intizam xətasına yol vermiş, xx.xx.2019-cu il tarixində Oba-Sumqayıt 16 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehə zərər vurması müəyyən edilmiş, xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən 2532 manat məbləğində zərər vurması məlum olmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, cavabdeh iddiaçıya məxsus mağazada administrator vəzifəsində işləmişdir. Onun əsas vəzifə borcu bütün mağazanın işinə nəzarət etmək olmuşdur. Lakin, mağazada aparılmış yoxlama nəticəsində mağzada olan mallarda çatışmazlıqlar aşkar edilmişdir. Lakin, cavabdeh çatışmayan malların dəyərini iddiaçıya ödəməmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyən edilir ki, cavabdeh xx.xx.1991-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1778A ünvanında qeydiyyatdadır. xx.xx.2018-ci il tarixli, 148-K saylı əmrdən çıxarışdan görünür ki, cavabdeh həmin tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə, əmək haqqı 153 manat olmaqla, satıcıkassir vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2018-ci il tarixli, 427-K saylı əmrdən çıxarışdan görünür ki, cavabdeh həmin tarixdən iddiaçının satıpş departamentinə administrator vəzifəsinə kemirilmiş, əmək haqqı 175 manat müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixli “X3” haqqında müqaviləyə əsasən maddi məsul şəxs ona işə götürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işlərin layiqincə yerinə yetirməyi, işəgötürən isə işçiyə ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması və görüləcək işlərin layiqincə yerinə yetirilməsi üçün lazımi şərait yaratmağı öz üzərinə götürmüşdür. İddia ərizəsinə İddiaçı MMC-nin direktoru tərəfindən təsdiq edilmiş cəmiyyətin nizamnaməsi əlavə edilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, xx.xx.2019-cu il tarixində cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 2532 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdehə 298 manat güzəşt edilmişdir və faktiki qalıq borc 2234 manat borcu qalmışdır. xx.xx.2019-cu il tarixində “OBA Sumqayıt 16” filialında aparılmış yoxlama nəticələrinə dair yekun aktda həmin mağazada aparılmış yoxlama nəticəsində malların ümumi dəyərində çatışmazlıq olduğu göstərilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, DN-4431 saylı bildirişdən görünür ki, iddiaçı cavabdehə 3 gün müddətində pulun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (1097.1). Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra – Əmək Məcəlləsi) əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar (191.1). Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda (191.2). Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır (198). İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X3 daşıması barədə yazılı müqavilə bağlaya bilər (200.1). İşdən göründüyü kimi cavabdeh işə qəbul edilən zaman onunla iddiaçı arasında X3 haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmaq, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamaq və ziyankarlığa qarşı mübarizə aparmaq barədə öhdəlik götürmüşdür. Göründüyü kimi cavabdeh həmin müqaviləyə əsasən öz üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Belə ki, cavabdehin hesabında 2532 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdehə 298 manat güzəşt edilmiş və onun iddiaçıya 2234 manat borcu qalmışdır. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2234 (iki min iki yüz otuz dörd) manat pul və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar