Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1266/2021 15.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24.000 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə cavabdeh ondan 24.000 manat pul alaraq Xəzər bağlarında yerləşən 2 otaqlı evini ona satmışdır. Sonradan məlum olmuşdur ki, cavabdehin həmin evi ona satmaq hüququ olmamışdır. Evin ümumiyyətlə heç bir hüquqi sənədi mövcud deyildir. Həmçinin evin yerləşdiyi torpaq sahəsi isə bağ sahəsidir. Qanunvericiliyin tələbinə əsasən alqı-satqı müqaviləsi notariat qaydada təsdiqlənən müqavilədir. Aralarında notariat qaydada bağlanmış müqavilə olmadığından hər hansı alqı-satqıdan söhbət gedə bilməz. Göründüyü kimi cavabdeh ondan 24.000 manat pul almaqla əsassız varlanmış şəxsə çevrilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, evdə istilik sistemi olmadığı üçün cavabdeh tərəfindən ödənilmiş puldan 250 manat geri qaytarılmışdır. Həmin 250 manat pulun iddia edilən 24.000 manatdan çıxılaraq qalan hissədə iddianın təmin edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikasının 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili izahatında bildirdi ki, iddianı qəbul etmir. İddiaçı tərəfindən evin əldə edilməsi üçün alqı-satqı qiyməti olaraq 24.000 manat cavabdehə ödənilmişdir. Həmin evə dair hüquq müəyyən edən sənəd yoxdur, özbaşına tikilidir. Lakin torpağa dair bağçılıq cəmiyyəti tərəfindən verilmiş üzvlük kitabı vardır və həmin kitab iddiaçıya təqdim edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarına əlavə edilmiş: xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən icra edildiyi göstərilmiş qəbzdən görünür ki, Cavabdeh ona məxsus Xəzər bağlarında yerləşən 2 otaqlı evini İddiaçı 24.000 manata satmış, pulu tam olaraq almışdır. Beləliklə, məhkəmədə işin araşdırılan halları ilə müəyyən edildi ki, iddiaçı ev almaq məqsədi ilə cavabdehə 24.000 manat ödəmişdir. Lakin tərəflər arasında evin alqısatqısına dair müqavilə bağlanılmamışdır. Mübahisə predmeti olan evə dair mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmamış, hüquq müəyyənedici heç bir sənədi yoxdur, özbaşına tikilidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmadığına görə öhdəlik hüquq münasibətləri yaranmamışdır. Məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında münasibətlərə qanundan əmələ gələn öhdəliklərlə bağlı müddəalar (əsassız varlanma) tətbiq olunmalıdır. Belə ki, Mülki Məcəllənin: 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, cavabdeh iddiaçıya məxsus 24.000 manat məbləğində pulu hər hansı qanuni əsas olmadan əldə edib özündə saxlamaqla əsassız varlanmışdır və o, əsassız varlanma nəticəsində əldə etdiklərini iddiaçıya geri qaytarmalıdır. Araşdırma zamanı müəyyən edildi ki, cavabdeh tərəf fərdi yaşayış evinin satışına görə 24.000 manat pulu aldığını etiraf etmişdir. Həmçinin iş materiallarından görünür ki, cavabdeh iddiaya yazılı etiraz təqdim edərək mübahisə predmeti olan 24.000 manat puldan 500 manatı kondisioner alınması üçün iddiaçı tərəfə qaytardığını göstərmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya 500 manat verməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bununla yanaşı, məhkəmə iclasında iddiaçının nümayəndəsi həmin xüsusatla bağlı göstərdi ki, cavabdeh tərəfindən kondisioner alınması üçün 250 manat qaytarılmışdır, həmin məbləğin iddia edilən pul vəsaitindən çıxılmasına etiraz etmir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 23.750 manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 23.750 (iyirmi üç min yeddi yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1266/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1266/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver