Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1267/2024 12.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Əhmədli Şəkər Vaqif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi və borc tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vurduğu maddi zərərə görə 334 (üç yüz otuz dörd) manatın, 70 manat borcun və ödənilmiş 30 (otuz) manatın, cəmi 434 (dörd yüz otuz dörd) manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının bacısının oğludur. Bu ilin əvvəllərində o, iddiaçıya müraciət edərək 70 manat pul istəmişdir. Bacısı oğlu olduğuna görə ona 1 ay müddətinə qaytarması şərtilə 70 manat borca pul vermişdir. Bir neçə dəfə, o cümlədən xx.xx.2023-cü ildə cavabdehdən ona verdiyi 70 manatı qaytarmasını tələb etmişdir. xx.xx.2023-cü ildə naməlum şəxs tərəfindən iddiaçıya məxsus olan **-FO-*** dövlət qeydiyyat VAZ-2106 markalı avtomaşının sağ ön və sağ arxa qapılarını təpiklə vurub əzmişdir. Məsələ ilə əlaqədar Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişəm. Hadisə nəticəsində avtomaşınıma Cavabdeh tərəfindən 334 manat maddi zərər dəymişdir. Müraciəti əsasında araşdırma aparılmış, xx.xx.2023-cü il tarixində “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-2706/2023 saylı qərarla müddət keçdiyinə görə inzibati iş üzrə icraata xitam verilmişdir. Həmin qərarla və “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarla cavabdehin mülkiyyətçisi olduğu avtomaşına 334 manat ziyan vurması öz təsdiqini tapmışdır. Hesab edir ki, avtomaşınına vurulan maddi zərərə görə 334 manatın və aldığı 70 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirmişdir ki, iddiaçı onun əri, cavabdeh isə baldızının oğludur. Baldızının oğlu İbrahim onun ərindən 70 manat borc pul almışdır. Eyni zamanda məhkəmənin ona verdiyi suala cavab verərək İbrahimin çox vaxt onun ərindən borc pul istədiyini bildirdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2706/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilmişdir. Həmin qərarın məzmunundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, hazırki mülki iş üzrə Cavabdeh məhkəmə iclasında dayısına məxsus VAZ-2106 markalı, **-FO-*** dqn-lı avtomobilin sağ ön və sağ arxa qapılarını təpiklə əzdiyini etiraf etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2706/2023 saylı inzibati işinin materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş akta əsasən dəymiş zərər 334 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X2 öz bacısı oğlu Cavabdeh 70 manat borc pul verdiyini, bununla yanaşı iddiaçı özünə məxsus VAZ-2106 markalı, **-FO-*** dqn-lı avtomobilin sağ ön və sağ arxa qapılarını təpiklə əzildiyini, həmin avtomobilə cavabdeh tərəfindən zərər dəydiyini iddia edir. Məhkəmə tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2706/2023 saylı inzibati işi götürülərək öyrənilmişdir. Həmin iş üzrə xx.xx.2023-cü il tarixli qərarın məzmununda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, hazırki mülki iş üzrə Cavabdeh məhkəmə iclasında dayısına məxsus VAZ-2106 markalı, **-FO-*** dqn-lı avtomobilin sağ ön və sağ arxa qapılarını təpiklə əzdiyini etiraf etmişdir. Şahid ifadəsi ilə iddiaçının cavabdehə 70 manat borc verdiyi məlum olur. İddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş akta əsasən avtomobilinə dəyən zərərin 334 manat olduğunu bildirir ki, həmin vəsait də cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi mülki qanunvericiliyin prinsiplərinin mahiyyəti açıqlamasım verməklə, göstərir ki, “mülkiyyətin toxunulmazlığı”, “mülki hüquqların maneaəsiz həyata keçirilməsinə şərait yaradılması”, “pozulmuş hüquqların bərpasının təmin edilməsi” və “mülki hüquqların məhkəmə müdafiəsi” (6.1.5, 6.1.7 və 6.1.9-cu maddələr) mülki qanunvericiliyin başlıca prinsipləri olmaqla, bu tələblərə ciddi əməl edilməlidir. Azərbaycan Respublikası MM-nin 21-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən: “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan vuran və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 70 manat borc və 334 manat dəymiş zərərin əvəzi alınaraq iddiaçı X1 verilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun geri qaytarılmasına dair hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun həcmi 30 manat olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 404 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçı X1 verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 70 manat borc, 334 manat dəymiş zərərin əvəzi və 30 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 434 manat alınaraq iddiaçı X1 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-1267/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1267/2024
12.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver