Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1286/2022 05.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 56.000 (əlli altı min) manat pulun və ödədiyi 280 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, cavabdehi 5 ildən artıqdır tanıyır. Tanışlığının əsas səbəblərindən birisi dostluqlarının olmasıdır. Təxminən 20 sentyabr 2020-ci il tarixdə 30.000 (otuz min) manat, 25 yanvar 2021-ci il tarixdə 26.000 (iyirmi altı min) manat pulu cavabdeh - Cavabdeh vermişdir ki, ona Koreyadan 2018-ci il buraxılışlı “Kia Sorento” markalı iki ədəd avtomobil gətirsin. O, bu pulları alarkən onunla arasında borc müqaviləsi bağlamışdır. Lakin, cavabdeh ona vermiş olduğu heç bir vədə əməl etməmiş, nə avtomobilləri gətirməmiş, nədə ki, 56.000 (əlli altı min) manat pulunu geri qaytarmamışdır. O, bu pulları verərkən yetəri qədər şahidləri belə olmuşdur. Dəfələrlə zəng etməsinə baxmayaraq, heç bir zaman cavab verməmiş, vermiş olsa da özünə intihar edəcəyini bildirmişdir. Sonuncu dəfə cavabdeh ona bildirmişdir ki, 20 dekabr 2021-ci il tarixdə bütün pulları ödəyəcəkdir, lakin bu dəfə də vədinə əməl etməyərək ölkədən qaçmışdır. Hətta o, əvvəlki məhkəmə proseslərinə belə ona borcu olması ilə bağlı rəsmi kağızı belə yazaraq göndərmişdir. O, da hüquqlarının bərqərar olunması məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, hazırki tarixədək iddia olunan pul məbləğindən cavabdeh tərəfindən heç bir ödəniş olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh X1 25 mart 2022-ci il tarixdə məhkəməyə teleqramla müraciət edərək bildirmişdir ki, İddiaçı iki dəfəyə 35000 manat pul götürmüşdür, lakin 56000 götürməyinə müqaviləyə imza çəkmişdir. Hal-hazırda ona bu pulun 4000 manatını bir il müddətində ödəyə bilər. Bu səbəbdən məhkəmənin onun iştirakı olmadan keçirilməsini və iddianın 40.000 manat hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında tapşırıq müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmış, iddiaçı ona xarici ölkədən avtomaşın alıb gətirməsi üçün cavabdehə 56.000 manat pul verdiyini, cavabdehin həmin pul məbləğini qəbul etməsinə baxmayaraq, öhdəliyi yerinə yetirmədiyini, razılaşdırılmış avtomaşını alıb gətirmədiyini, nə də pul vəsaitini qaytarmadığını iddia edir, iddianın əsası olaraq iddia ərizəsinə əlavə edilmiş pul məbləğinin verilməsini özündə əks etdirən qəbzlərə istinad edir. Cavabdeh məhkəməyə müraciət edərək İddiaçı 56.000 manat götürməsinə dair müqaviləyə imza etdiyini göstərmişdir. İddia materiallarında olan 20 sentyabr 2020-ci il və 25 yanvar 2021-ci il tarixli qəbzlərdən görünür ki, Cavabdeh həmin tarixlərdə İddiaçı 30.000 manat və 26.000 manat pul almış, həmin pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi Cavabdeh, İddiaçı 56.000 manat götürməsinə dair müqaviləyə imza etdiyini göstərməklə həmin qəbzlərin onun tərəfindən icra olunuduğunu bildirmiş, qəbzləri mübahisələndirməmişdir. Odur ki, məhkəmə iddianın əsası olaraq iddiaçı tərəfindən təqdim olunan, cavabdehə 56.000 manat verilməsinə dair qəbzləri sübut növü olaraq qiymətləndirir və qəbul edir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh iddiaçıdan 56.000 manat götürməsinə dair müqaviləyə imza etsə də 35.000 manat götürdüyünü, iddianı 40.000 manat hissədə təmin edilməsini göstərsə də, etirazı ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Məhkəmə araşdırılan mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 442, 448, 777, 882-ci maddəsinin tələblərinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsaslı olduğundan təmin edilməli, 56.000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 280 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 56000 (əlli altı min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 280 (iki yüz səksən) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1286/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1286/2022
05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver