Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1290/2021 18.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc tələbinə» dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt şəhər məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(060)-1290/2021 saylı qərardadı ilə Cavabdeh1 28.07.2020-ci il tarixdə vəfat etməsi səbəbindən onun hüquqi varisi müəyyən edilənə qədər İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc tələbinə» dair mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçının nümayəndəsi Cavabdeh1 vərəsələri aşkar edilmədiyindən icraatın təzələnməsi barədə vəsatətlə məhkəməyə müraciət etmiş, həmçinin Cavabdeh1 münasibətdə tələbi dəyişdirərək, Cavabdeh1 ilə bağlanmış kredit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, ancaq Cavabdeh2 oğlundan İddiaçı QSC-nin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 1500 manat məbləğində kredit borcu, 157.51 manat məbləğində faiz borcu və 171 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1828,51 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC-nin vəsatəti əsasında Sumqayıt şəhər məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(060)-1290/2021 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və işin məhkəmə baxışı 18 oktyabr 2021-ci il tarixə, saat 11:45-ə Sumqayıt şəhər Məhkəməsinin binasına təyin olunmuşdur. İddiaçı QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında vəsatət verərək göstərdi ki, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair mülki iş üzrə Cavabdeh1 cavabdehlər siyahısından çıxarıldığından və iddia tələbi digər Cavabdeh2 oğluna yönəldiyindən mülki iş aidiyyatı üzrə Cavabdeh2 oğlunun qeydiyyatda olduğu ünvan üzrə Siyəzən rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Cavabdeh2 oğlunun qeydiyyatda olduğu ünvan ünvan 2 işə ərazi aidiyyatı üzrə Sumqayıt şəhər Məhkəməsində baxıla bilməz. Qeyd edilənlərə əsasən mülki işin baxılması üçün ərazi aidiyyatı üzrə Siyəzən rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 da ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, o, Siyəzən şəhərində qeydiyyatda olduğu və orada yaşadığı üçün sözügedən işin adidiyyatı üzrə baxılması üçün Siyəzən rayon Məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, İddiaçı QSC-nin Cavabdeh2 oğluna qarşı «kredit müqaviləsi üzrə borc tələbinə» dair 2(060)-1290/2021 saylı mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Siyəzən rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh2 oğlu Siyəzən şəhər, B.Səfəroğlu küçəsi, ev 20A-da qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. İşdən görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında qeydiyyatda olduğuna görə iddiaçı 20.11.2020-ci il tarixdə hazırki iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir. Halbuki iş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 28 iyul 2020-ci il tarixdə vəfat etmişdir. Göründüyü kimi iddiaçı hazırki iddia ərizəsi ilə ölmüş şəxsin ünvanı üzrə məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, tərəflərin işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə vəsatətlərini və hazır ki, vəziyyətdə iddia tələbinin ancaq Cavabdeh2 oğluna qarşı yönəlməsini nəzərə alaraq hesab edir ki, İddiaçı QSC-nin Cavabdeh2 oğluna qarşı «kredit müqaviləsi üzrə borc tələbinə» dair mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Siyəzən rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı QSC-nin Cavabdeh2 oğluna qarşı «kredit müqaviləsi üzrə borc tələbinə» dair 2(060)-1290/2021 saylı mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Siyəzən rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-1290/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1290/2021
18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver