Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1300/2021 18.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.000 manat əsas borc, 100 manat hüquqi xidmətlərə görə haqq, 30 manat məhkəməyə və 5 manat notariat hərəkətlərinə görə dövlət rüsumu, cəmi 10135 (on min yüz otuz beş) manat pul tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh əvvəllər tanımış və münasibətləri yaxşı olmuşdur. Cavabdeh Pirəkeşkul qəsəbəsində ərazisində yerləşən N hərbi hissəsində zabit olaraq xidmət edir. Cavabdeh bu ilin avqust ayında ona müraciət edib pula böyük ehtiyacı olduğunu bildirmiş və ondan qısa müddətə borc pul istəmişdir. Münasibətləri yaxşı olduğu üçün 23 avqust 2020-ci il tarixdə cavabdehə 10000 (on min) manat pul borc vermişdir. Aralarında olan razılaşmaya görə Emil borcu bir aydan sonra, yəni bu ilin sentyabr ayının sonunda qaytarmalı idi. Cavabdeh bu barədə öz xətti ilə şəxsiyyət vəsiqəsinin surəti çıxarılmış kağıza qəbz yazıb imza etmiş və qəbzi ona vermişdir. Emil həmçinin adına olan hərbçinin şəxsi vəsiqəsini də ona vermişdir ki, borcu qaytaracağına heç bir şübhəsi olmasın. Lakin vaxt bitməsinə baxmayaraq Emil borcu qaytarmır. Cavabdeh ondan gizlənir, telefon zənglərinə cavab vermir və borcu qaytarmaqdan boyun qaçırır. Buna görə də cavabdehdən borcu məhkəmə qaydasında almaq zərurəti yaranmışdır. Bundan əlavə, məhkəmədə iddia qaldırmaq, hüquqi məsləhət almaq və sənədləri tərtib etmək üçün ünvan 1 ünvanda yerləşən X4nə müraciət etmiş və cəmi 100 manat hüquqi xidmət haqqı ödəmişdir. Bundan başqa məhkəmədə iddia qaldırmaq üçün 30 manat, notariusda şəxsiyyət vəsiqəsinin surətini təsdiq etmək üçün 5 manat dövlət rüsumu ödəmişdir. Həmin məbləğlər də cavabdehlərdən tutulub ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 10.000 manat əsas borc, 100 manat hüquqi xidmətlərə görə haqq, 30 manat məhkəməyə və 5 manat notariat hərəkətlərinə görə dövlət rüsumu, cəmi 10135 (on min yüz otuz beş) manat pul tutulub ona verilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, o, iddiaçı ilə hər zaman münasibətləri yaxşı olmuşdur. O, iddiaçıdan 2300 manat faizə borc pul almışdır. Həmin borc məbləğinin müəyyən bir qismini işlədiyi müddətdə iddiaçının kart hesabına ödəmişdir. Sonra müharibəyə getmiş və müharibədən qayıdandan sonra iddiaçı onu məhkəməyə verdiyini bildirmişdir. Sonra iddiaçı onu inandıraraq ona əlyazma yazdırmış və həmin əlyazmada o borcunu 10000 manat göstərmişdir. Lakin o, iddiaçıdan yazılan o qədər borc pul almamışdır. Qətnamə çıxarılarkən göstərinləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış 23.08.2020-ci il tarixli əlyazmadan görünür ki, o, Cavabdeh İddiaçı 23.08.2020-ci il tarixdə borc olaraq 10000 (on min) manat pul almışdır. Aldığı borcu 2020-ci ilin sentyabr ayının sonuna kimi qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan “X4” MMC-nin 20.11.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi məsləhətə, iddia ərizəsinin yazılmasına və sorğuya görə 100 manat ödənişl etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dİn-in BPQMİ-nin MAPS şöbəsinin 19.11.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 004 saylı H/H-də qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, N-******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, İnzibati Bina, Ə.Salamzadə küçəsi, 5-də qeydiyyatdadır. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunvericilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Bundan əlavə cavabdeh iş materiallarına əlavə edilmiş əlyazmanın onun tərəfindən yazıldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunvericiliyin tələbindən görünür ki, məhkəmə nümayəndənin və vəkilin göstərdiyi yardıma görə xərcləri müəyyən edərkən, onların ağlabatan miqdarda olmasına diqqət yetirməlidir. Məbləğin ağlabatan olması o, deməkdir ki, məhkəmə nümayəndənin və vəkilin göstərdiyi yardıma görə onlara ödənilməli məbləği müəyyənləşdirərkən konkret halları, yəni göstərilən yardımın həcmini, müddətini, nümayəndələrin və vəkillərin sayını, işin mürəkkəbliyini və sair halları nəzərə almalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin president təcrübəsinə əsasən də göstərilən məhkəmə xərcləri tutularkən həmin məbləğ sübut edilən həddə və həmçinin ağlabatan miqdarda olmalıdır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10000 (on min) manat borcun,100 (yüz) manat hüquqi yardıma görə, 5 (beş) manat notariat hərəkətlərinə görə dövlət rüsumu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 10135 (on min yüz otuz beş) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10000 (on min) manat borcun,100 (yüz) manat hüquqi yardıma görə, 5 (beş) manat notariat hərəkətlərinə görə dövlət rüsumu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 10135 (on min yüz otuz beş) manat məbləğində pulun alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-1300/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1300/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver