Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-131/2021 19.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs – X1) qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı” QSC (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə kredit razılaşması üzrə 9218,22 ABŞ dolları əsas kredit borcu, 4534,95 ABŞ dolları faiz borcu və 15180,5 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 28933,67 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiirşin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, Sumqayıt şəhəri, 17-ci mikrorayonda 56 nömrəli binanın 2-ci mərtəbəsində yerləşən xüsusi mülkiyyətdə olan 41,72 kvadrat metr ümumi sahədən, 25,04 kvadrat metr yaşayış sahəsindən, 16,68 kvadrat metr yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzilin açıq hərracdan satılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabehlərdən ümumi qaydada tutulması, həmin mənzil tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 həmin mənzilə istifadə hüquqlarının itirilməsi və onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş icraata qəbul edilərək, həmin mülki iş üzrə hazırlıq iclası xx xxxx 2020-ci il tarixinə, sonuncu məhkəmə baxış iclası isə xx xxxxxx 2021-ci il tarixinə təyin olunmuşdur. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə, cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs – X1) qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev İş № 2(060)-131/2021 MƏHKƏMƏ BAXİŞİ İCLASİNİN PROTOKOLU SUMQAYİT ŞƏHƏR MƏHKƏMƏSİ xx xxxxxx 2021-ci il Sumqayıt şəhəri Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs – X1) qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. Məhkəmə iclası saat 15:40-da başlandı. Sədrlik edən məhkəmə baxış iclasını açdı və baxmalı olduğu işi elan etdi. Məhkəmə iclasının katibi sədrlik edənin göstərişlərinə əsasən məruzə edərək bildirir ki, tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Sədrlik edən iş materiallarını nəzərdən keçirib müşavirə otağına getdi, qayıtdıqda qərardadı elan etdi. Məhkəmə iclası bağlı elan olundu. Məhkəmə iclasının protokolu xx xxxxxx 2021-ci il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən Emin Abdullayev Katib Şəhrəbanu Məmmədova
Məhkəmə qərarları › İş №2(060)-131/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-131/2021
19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver