Məhkəmə qərarları › İş №2(060)-131/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-131/2022

28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-131/2022 28.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 28 yanvar 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1958- ci il təvəllüdlü Cavabdeh almış olduğu 2000 manat pulun, 1000 manat maddi mənəvi ziyanın, eyni zamanda AR MM-nin 439.3, 449.1, 449.4-cü maddələrinin tələblərinə əsasən hər gecikdirmə günü üçün Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında illik 10% hesablanmaqla qətnamə icra olunan günə qədər olmaqla hesablanması və ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, bu şəxsi 2 ildən artıq bir vaxtdır ki, ortaq tanışları vasitəsilə tanıyır. Belə ki, təxminən 26 avqust 2018-ci ildə cavabdeh — Cavabdeh zəng edərək müalicəsi üçün ona təcili 2.000 (iki min) manat pul lazım olduğunu bildirmişdir. Bunun müqabilində də dilindən qəbz verə biləcəyini demişdir. O, isə cavabında bildirmişdir ki, onda o qədər pul yoxdur, amma 2-3 günə həll edə bilər. Cavabdeh ona bildirmişdir ki, narahat olmasın, həmin pulu ona versin, o da 6 ay ərzində üstündə ona 1000 manat hörmət etməklə qaytaracaqdır. 29.08.2018-ci il tarixində həmin pul vəsaitini cavabdehə vermiş və dilindən də qəbz alımışdır. Təxminən 22 iyun 2021-ci il tarixində cavabdeh ilə əlaqə saxlayaraq pulu tələb edəndə cavabdeh ona yalançı vədlər verərək günü-günə satmağa başlamışdır və son olaraq bildirmişdir ki, pulu yoxdur, harasa şikayət eləsən deyəcək ki, faiz puludur, vermir. Bundan sonra isə dəfələrlə zənglər etməyinə baxmayaraq bu şəxslər telefonuna cavab verməmiş, cavab versələr də dedikləri o olmuşdur ki, onu şərləyəcəklər və ya harda tutsalar öldürəcəklər. Bütün bunları sübut edəcək yetərli mesajları vardır. Bu qədər olanları nəzərə alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə iddiaçı onu da bildirmişdir ki, cavabdeh onun pulu (əmlakı) hesabına əsassız olaraq varlanmışdır. Qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SS747365983AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnamə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) bildiriş göndərilsə də, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə İddiaçı iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbinin heç bir hüquqi əsası yoxdur. İddiaçı iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. İddiaçı məhkəməyə yalnız bir qəbz təqdim etmişdir. Həmin qəbzdə pulu verən və pulu alan şəxs tamamilə başqa başqa şəxslərdir, yəni pulu verən X7, iddiaçı isə İddiaçıdur. Pulu alan Quluyeva yox, Quliyevadır. Bu bir daha onu göstərir ki, iddiaçı yalan, qanunsuz iddialarla məhkəməyə müraciət edir. Belə ki, hazırkı iş üzrə cavabdehdən başqa, o digər şəxslərə qarşı da belə saxta iddialarla məhkəmələrə müraciət etmişdir. Hesab edir ki, belə olan halda iddia təmin edilə bilməz. Cavabdehin nümayəndəsi, qeyd edilənlərə əsasən iş üzrə ədalətli qərar qəbul edilməsini, iddianın rədd edilməsi məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Cavabdeh xx.xx.1958-cı il tarixdə Erməsitan Respublikası, Qafan rayonu, Girətağ kəndində anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1990-cı il tarixdə Qazaxıstan Respublikası ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 29.08.2018-ci il tarixli iltizamdan görünür ki, X1 Xətai Niyazi oğlundan 2000 (iki min) manat pulu 6 ay müddətinə qaytarmaq şərti ilə borc götürmüş, bu barədə yazılı iltizam yazaraq imzalamışdır. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, İddiaçı Cavabdeh ondan 2000 manat borc aldığını, lakin həmin borcu ödəmədiyini iddia edərək, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin əsası kimi cavabdeh tərəfindən yazılmış 29.08.2018-ci il tarixli iltizama istinad etmişdir. Lakin təqdim edilmiş iltizamın məzmunundan görünür ki, Cavabdeh həmin borcu İddiaçı deyil, X4 (soyadı və ata adı fərqli) almışdır. Bu səbəbdən məhkəmə sözügedən iltizamı cavabdehin iddiaçıdan 2000 manat məbləğində borc pul almasını təsdiq edən əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul etmir. İddiaçı isə məhkəmə iclasına gəlməmiş, bu halların əksinə dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmiş, cavabdeh işə baxılmasını tələb etdiyi üçün mülki işə mahiyyəti üzrə baxılmışdır. Məhkəmə onu da qeyd edir ki, hazırki iş üzrə mübahisəli iltizamda X5 adı qeyd edildiyindən (soyadı və ata adı fərqli) İddiaçı hazırki iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən, onun Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar