Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1312/2021 08.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6055/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh hər ay bir uşaq üçün 170 manat olmaqla ümumilikdə iki uşağa görə 340 manat sabit pul məbləğində aliment tutulub, birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, o, Cavabdeh ilə 2007-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahları xx.xx.2007-ci ildə rəsmiləşdirmişdir. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 adlı iki uşaqları anadan olmuşdur. Yardımlı rayon Məhkəməsinin 2(038)-11/2012 saylı, xx.xx.2012ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması qət edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2781/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı aliment tələbinə dair iddia tələbi qismən təmin edilmiş, xx xxxx 2012-ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment və 50 manat məbləğində əlavə xərc tutularaq xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi qət edilmişdir. Cavabdeh Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2781/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-136/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 2781/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsi dəyişdirilmiş, onun cavabdehə qarşı alimentin tutulması tələbinə dair iddia tələbi qismən təmin edilmiş, xx xxxx 2012-ci il tarixdən başlayaraq hər ay Cavabdeh hər bir uşağa 87 manat olmaqla, cəmi 174 manat məbləğində aliment tutulub xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi qət edilmişdir. 2019-cu ildə o, alimentin miqdarının artırılması ilə bağlı yenidən məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6055/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-136/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmış və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay bir uşaq üçün 130 manat olmaqla ümumilikdə iki uşağa görə 260 manat sabit pul məbləğində aliment tutulub, birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi qət edilmişdir. Cavabdeh Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6055/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6055/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O, müəyyən edilmiş 260 manat alimentlə uşaqların saxlanılmasında çətinlik çəkir. Cavabdeh isə əlavə olaraq ona heç bir maddi köməklik göstərmir. Uşaqların böyüməsi ilə əlaqədar uşaqların tələbatı günü gündən artır. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, keçmiş həyat yoldaşı İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(105)-136/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş birgə nikahdan olan uşaqları, xx xxxxxx 2007-ci il təvəllüdlü X2 və xx xxxx 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək, hər birinə görə 87 manat olmaqla, cəmi 174 manat məbləğində aiimentin artırılaraq, hər ay hər uşağa görə 170 manat olmaqla, 340 manat aliment müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6055/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə aliment məbləği artırılmışdır. Aliment məbləğinin artırılmasına heç bir imkanı olmadığını və iddianı qəbul etmədiyini bildirməklə aşağıdakı hallan məhkəmənin nəzərinə çatdırır. Əvvəla Azərbaycan Respublikası ailə məcəlləsinin 78.1-ci maddəsinə görə uşaqların saxlanması üçün alimentin miqdarı o vaxt sabit pul məbləğində müəyyən edilə bilər ki, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olsun, qazancının bir hissəsini həmin valideyn naturada və yaxud xarici valyuta almış olsun, qazancı və yaxud sair gəliri olmasın, yaxud alimentin həmin şəxsin qazancından müəyyən hissə kimi tutulması mümkün olmasın. O, Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yardımlı rayon şöbəsində işləyir. Aylıq əmək haqqı 657.00 manat təşkil edir, heç bir başqa gəliri yoxdur, əvvəlki məhkəmə qətnaməsi ilə ondan tutulası alimentin məbləğin müəyyən edərkən onun əmək haqqı (qazancı) sabit deyildi. Hal-hazırda aylıq vəzifə maaşına işləyir, əmək haqqı sabitditr və tez-tez dəyişmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2 və 76.2 maddələlərinə əsasən 2 uşağa görə qazancının 3/1 hissəsi qədər aliment ödəməlidir. Aylıq əmək haqqının 657 manat olduğu nəzərə almarsa, ondan tutulmalı olan alimentin aylıq məbləği 219 manat təşkil etməlidir. Hal-hazırda əvvəlki məhkəmə qətnaməsi əsasında ondan 270 manat aliment tutulur. Buna görə də aylıq aliment məbləğinin artırılması üçün hüquqi əsası yoxdur və onun da həmin məbləğdən artıq aliment ödəməyə imkanı çatmır. O, iddiaçıdan ayrıldıqdan sonra ikinci dəfə evlənmiş və hazırda həmin nikahdan da iki uşağı vardır. İnsan Hüquqlarının və X1 haqqında Komissiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75 və 78-ci maddələrinə istinad edərkən iddiaçı nəzərə almalıdır ki, həmin maddələrdə nəzərdə tutulan normalar təkcə onun himayəsində olan uşaqlara deyil, həm də onun yanında olan uşaqlara da aiddir. Aldığı 657.00 manatın 340 manatını iddiaçıdan olan uşaqlara verəcəyi halda yerdə qalan 317.00 manatla yanında olan 2 uşağı, arvadı və özünü necə dolandırmalıdır? Əgər o, qidalanmasa, geyinməsə yaşaya bilərmi? Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunmadıqdan sonra tərəflərdən birini ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aiment ödəməkdən azad edə bilər. İddiaçı da bu maddəyə istinad etmişdir. Amma, nədənsə bu maddənin yalnız alimentin artırılmasını zənn edir. Əslində, burada təkcə alimentin artırılması deyil, daha çox azaldıla bilməsi və aliment ödəməkdən azad edilmə ehtimalı nəzərdə tutulur. Çünki, bir qayda olaraq, alimeti atalar verir. Atalar boşanmadan sonra təkrar nikaha daxil olurlar və təkrar nikahdan yeni uşaqlar doğulur və aliment ödəyən atanın maddi vəziyyəti ağırlaşır və ödəniş qabiliyyəti zəifləyir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra onun yeni nikahdan olan uşaqlarını da dolandırmaq ehtiyacı yarandığı üçün maddi vəziyyəti pisləşmişdir və hətta hazırki alimenti ödəmək imkanı yoxdur. Onun alimentin miqdarının azaldılmasını tələb etməyə ixtiyarı vardır. Amma o, bunu sadəcə özünə rəva bilmir. Nə qədər çətin olsa da, əvvəlki nikahdan olan iki uşağına görə hər ay 260 manat aliment ödəməkdə davam edir. Bundan artığına sadəcə gücü çatmır. Belə bir vəziyyətdə iddia tələbinin əsassızlığı göz qabağındadır və iddia təmin edilə bilməz. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6055/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-136/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx xxxxxx 2007-ci il təvəllüdlü X2 və xx xxxx 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat, ümumilikdə 260 manat sabit pul məbləğində aliment tutulması və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2021-ci ildə yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6055/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu it təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay, hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat məbləğində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bundan başqa, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Həmin Məcəllənin 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6055/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay, hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-1312/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1312/2021
08.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver