Məhkəmə qərarları › İş №2(060)-1313/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1313/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1313/2021 10.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 212 (iki yüz on iki) manat 77 (yetmiş yeddi) qəpik əsas, 450 (dörd yüz əlli) manat 46 (qırx altı) qəpik cərimə, 31 (otuz bir) manat 80 (səksən) qəpik gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 695 (altı yüz doxsan beş) manat 03 (üç) qəpik məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək göstərdi ki, 21.10.2014-cü il tarixli, 587111 saylı ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinin müddəti 21.10.2017-ci ildə bitmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. 15.09.2020-ci il tarixədək Cavabdeh ləğv prosesində olan "İddiaçı" ASC-yə 212 (iki yüz on iki) manat 77 (yetmiş yeddi) qəpik əsas, 450 (dörd yüz əlli) manat 46 (qırx altı) qəpik cərimə, 31 (otuz bir) manat 80 (səksən) qəpik gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 695 (altı yüz doxsan beş) manat 03 (üç) qəpik məbləğində borcun vardır. Xəbərdalıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən imtina edir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 212 (iki yüz on iki) manat 77 (yetmiş yeddi) qəpik əsas, 450 (dörd yüz əlli) manat 46 (qırx altı) qəpik cərimə, 31 (otuz bir) manat 80 (səksən) qəpik gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 695 (altı yüz doxsan beş) manat 03 (üç) qəpik məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, onunla iddiaçı arasında 21.10.2014-cü il tarixli, 587111 saylı ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə əsasən ona İddiaçı ASC tərəfindən 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. Hazırda onun maddi durumu çox aşağıdır. Həmin borc məbləği aylara bölünərsə aylıq ödəniş cədvəli üzrə ödəniş edə bilər. Lakin cərimə çox yüksəkdir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsasldır və qismən təmin edilməlidir. İşə əlavə edilmiş 21.10.2014-cü il tarixli “Kredit kartın verilməsi və istifadəsi üzrə Müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən illik 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinin 4.4.2-ci bəndinə əsasən, borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri kreditora vaxtında ödəməlidir. Həmin müqavilənin 6.1.1-ci bəndində qeyd edilmişdir ki, borcalan ona verilmiş krediti və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə kreditor verdiyi krediti hesablanmış fazilərlə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. Kredit müqaviləsinin 7.1-ci bəndinə əsasən, bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyən tərəf digər tərəfə vurulan zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin 14.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21.10.2014-cü il tarixli 587111 saylı kredit müqaviləsi üzrə 15 sentyabr 2020-ci il tarixinə yaranmış 212,77 manat məbləğində əsas, 450,46 manat məbləğində cərimə borcu müqavilənin bitdiyi tarixdən 21.10.2017-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 31,80 manat məbləğində borc olmaqla, cəmi 695,03 manat məbləğində müqavilənin tələbləri əsasında yaranmış ümumi borc təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 11.09.2020-ci il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 52, mənzil 11-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Şərh edilənləri və Cavabdeh iddia tələbini qəbul etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 212 (iki yüz on iki) manat 77 (yetmiş yeddi) qəpik əsas, 45 (qırx beş) manat 06 (altı) qəpik cərimə, 31 (otuz bir) manat 80 (səksən) qəpik gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 289 (iki yüz səksən doqquz) manat 63 (altmış üç) qəpik məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 212 (iki yüz on iki) manat 77 (yetmiş yeddi) qəpik əsas, 45 (qırx beş) manat 06 (altı) qəpik cərimə, 31 (otuz bir) manat 80 (səksən) qəpik gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 289 (iki yüz səksən doqquz) manat 63 (altmış üç) qəpik məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar