Məhkəmə qərarları › İş №2(060)-135/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-135/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-135/2021 18.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3 qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdeh X3 qarşı pul tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli müqaviləsinə əsasən, X7, kreslo, tv altı, Country markalı mebel üçün 2648 manat ödənilməmiş hissə, 810 manat dəbbə və xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********01705 olan Samsung J2 markalı telefon üçün 175 manat ödənilməmiş hissə, 52 manat dəbbə olmaqla, ümumilikdə 3685 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh X1 alınaraq iddiaçı “xxxx” MMC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X4 ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən, X4 “xxxx” MMCdən X7, kreslo, tv altı, Country markalı mebel və İMEİ kodu **********01705 olan Samsung J2 markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 6480 manat olan ( 24 ay x 270 manat+ 0 manat ilkin ödəniş) X7, kreslo, tv altı, Country markalı mebel və alqı-satqı qiyməti 420 manat olan ( 12 ay x 35 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********01705 olan Samsung J2 markalı telefon üçün cəmi 4077 manat ödəniş etmişdir. Odur ki, iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “xxxx” MMC ilə X4 arasında bağlanmış 269981 nömrəli, xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, X4 dəyəri 6480 manat olan X7, kreslo, tv altı, Country markalı mebel almışdır. - xx.xx.2017-ci il tarixli əşyanı təhvil-təslim aktından görünür ki, X7, kreslo, tv altı, Country markalı mebel X3 təhvil verilmişdir. -“xxxx” MMC ilə X4 arasında bağlanmış 00447693 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, X4 dəyəri 420 manat olan İMEİ kodu **********01705 olan Samsung J2 markalı telefon almışdır. -xx.xx.2018-ci il tarixli əşyanı təhvil-təslim aktından görünür ki, İMEİ kodu **********01705 olan Samsung J2 markalı telefon X3 təhvil verilmişdir. - “xxxx” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, X4 dəyəri 6480 manat olan, 24 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 270 manat olmaqla X7, kreslo, tv altı, Country markalı mebel almış, 3832 manat ödəniş etmiş, 2648 manat borcu qalmış və 810 manat dəbbə pulu hesablanmış, dəyəri 420 manat olan, 12 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 35 manat olmaqla İMEİ kodu **********01705 olan Samsung J2 markalı telefon almış, 245 manat ödəniş etmiş, 175 manat borcu qalmış və 52 manat dəbbə pulu hesablanmışdır. - “xxxx” MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh X4 ilə “xxxx” MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən X7, kreslo, tv altı, Country markalı mebel almış, onun 6480 manat olan ümumi dəyərindən cəmi 3832 manat ödəniş etmiş, 810 manat dəbbə pulu hesablanmış, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********01705 olan Samsung J2 markalı telefon almış onun 420 manat olan ümumi dəyərindən cəmi 175 manat ödəniş etmiş, 52 manat dəbbə pulu hesablanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək. sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı “xxxx” MMC ilə X4 arasında bağlanmış xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Borclu götürdüyü əşyalara görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malların 6900 manat ümumi dəyərindən 4077 manat ödəniş etmiş və nəticədə 2823 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən hesablanmış 810 manat və xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 175 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, cavabdehdən 140 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-230-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X1 X7, kreslo, tv altı, Country markalı mebel üçün 2648 manat ödənilməmiş hissə və İMEİ kodu **********01705 olan Samsung J2 markalı telefon üçün 175 manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 2823 manat borc, 140 manat dəbbə pulu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2993 manat pul tutularaq iddiaçı “xxxx” MMC-ə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar