Məhkəmə qərarları › İş №2(060)-1383/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1383/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1383/2021 02.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə ("xxxx" MMC-nin direktoru X2) qarşı «girov əmlakın geri qaytarılması tələbinə» dair mülki işin materiallarını nəzərdən kecirib, məhkəmə MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1383/2021 saylı, 14.04.2021-ci il tarixli qiyabi qətnaməsi ilə 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzük – əyarı 750 çəkisi 24,9 qram; 1 ədəd qızıl sep, 1 ədəd qızıl qolbaq (yolka), 1 ədəd qızıl üzük (əyar 583) çəkisi 39,5 qram; 1 ədəd brilyant qaşlı qızıl qadın üzüyü (əyar 583) çəkisi 5,4 qram; 1 ədəd sadə qaşlı qızıl kişi üzüyü (əyar 583) çəkisi 4,1 qram olan qızıl-zinət əşyaları, onlar mövcud olmadıqda dəyərləri olan 2600 manat, 3.800 manat, 550 manat, 450 manat olmaqla, cəmi 7.400 manat və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən ("xxxx" MMC-nin direktoru X1) alınaraq İddiaçı verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1383/2021 saylı, 06.08.2021-ci il tarixli qərardadı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1383/2021 saylı, 14.04.2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. Hazırda cavabdeh "xxxx" MMC-nin direktoru X3 ərizə ilə müraciət edərək, "xxxx" MMC-nin rəsmi hüquqi qeydə alındığı ünvan ünvan 1ki işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına tərəflər gəlməmiş və gəlməmələrinin səbəbini bildirməmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişlər. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyatı olmamasını aşkara cıxara bilər. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiacı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyatı qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə öz icraatına qəbul etdiyi işi aidiyyatı üzrə məhkəməyə göndərməlidir. Göründüyü kimi hazırki mülki iş üzrə cavabdeh "xxxx" MMC-nin rəsmi hüquqi qeydə alındığı ünvan ünvan 2060)-1383/2021 saylı mülki iş aidiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 44-45-ci və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə ("xxxx" MMC-nin direktoru X2) qarşı «girov əmlakın geri qaytarılması tələbinə» dair 2(060)-1383/2021 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardadın surəti tərəflərə göndərilsin. Qərardaddan 10 gün müddətinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: RƏŞAD QOŞQARLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar