Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1395/2023 14.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 13259/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah ləğv edillmiş və iddiaçının himayəsinə verilmiş uşaqları xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 80 manat olmaqla, üç uşağa görə 240 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə qətnaməsinin qəbul edilməsindən 6 ilə yaxın müddət keçmiş və bu müddət ərzində uşağın saxlanılması xərcləri bir neçə dəfə artmış və hazırda ölkə üzrə bir uşağın saxlanılması minimumu 220 manat təşkil edir. Lakin qət edilmiş aliment uşaqların maddi məsrəflərini qarşılamaq üçün yetərli deyildir. Belə ki, uşaqlar məktəbyaşlı olmaqla onların xərcləri hər il artır və o, da bu xərcləri qarşılamaqda çətinlik çəkir, uşaqları ilə kirayədə yaşayır, daimi yaşayış yeri yoxdur, maddi vəziyyəti ağırdır. Göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13259/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə qət edilmiş alimentin artırılmaqla xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin, mediasiya xərcinin cavabdehdən iddiaçının nəfinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13259/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən hər bir uşaq üçün 80 manat olmaqla, ümumilikdə 240 manat alimentin tutulması müəyyən edilmişdir. Hal-hazırda həmin məbləğ uşaqların saxlanılması üçün kifayət etmir. O, SDU-da xüsusi şöbədə inspektor vəzifəsində çalışır, aylıq gəliri isə 400 manat təşkil edir. Cavabdeh həftənin müəyyən günləri Aztv-də, qalan günlərdə isə restoranda işləyir, gəliri kifayət qədərdir, həmçinin yaxın zamanlarda yenidən ailə həyatı qurmuşdur. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini və alimentin artırılmasına birmənalı olaraq razı olmadığını bildirmişdir. O, Aztv-də arxivçi vəzifəsində işləyir, aylıq gəliri 350-400 manat təşkil edir. Səhhətində problemlər vardır. Yenidən ailə həyatı qurduğunu daha bir övladının bu yaxınlarda dünyaya gələcəyini bildirmişdir. Qeyd olunan əsasları rəhbər tutaraq iddianın rədd edilməsi ilə bağlı qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13259/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək, Abuşova (Paşayeva) Samirə Tahir qızı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 279 saylı nikahın pozulması, nikahın pozulması haqqında şəhadətnamənin verilməsi ilə bağlı olaraq Cavabdeh 15 (on beş) manat dövlət rüsumunun alınması, Abuşova (Paşayeva) Samirə Tahir qızının dövlət rüsumunu ödəməkdən azad edilməsi, xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 anaları Abuşova (Paşayeva) Samirə Tahir qızının yanında qalması, Cavabdeh hər ay, hər uşağa görə 80 manat, cəmi 240 manat məbləğində alimentin tutularaq Abuşova (Paşayeva) Samirə Tahir qızına verilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir.
7. İşin materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞS/50/1/00006 saylı arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.
8. İş materiallarında olan Sumqayıt şəhər Nikah evi tərəfindən xx.xx.2007-ci il tarixində verilmiş AZ-İ seriyalı, 918597 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 08 aprel 2007-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır.
9. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 289693 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 26 may 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır.
10. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixində verilmiş AZ-İİ seriyalı, 834042 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 02 mart 2012-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır.
11. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 02/22 № 26 saylı arayışdan görünür ki, Cavabdeh “Videokino materiallar” şöbəsinin arxivçisi vəzifəsində işləyir və onun vəzifə maaşı 400 manat təşkil edir.
12. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” “Sumqayıt Tibb Mərkəzi” X9 2 nömrəli xəstəxana Poliklinika şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 94 №-li arayışdan görünür ki, 1981-ci il təvəllüdlü ünvan 1 ünvanında yaşayan Cavabdeh xx.xx.2021-ci il tarixindən 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin kardioloji kabinetində “Xroniki revmatizm xəstəliyi, Aorta qapaqlarının protezləşdirilməsindən sonrakı aortanın anevrizmasının cərrahi əməliyyatdan sonrakı vəziyyət, xroniki ürək çatmamazlığı İ f.s.” diaqnozu ilə dispanser qeydiyyatındadır və mütəmadi olaraq müalicə alır.
13. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, 2009-cu il təvəllüdlü X2 “yüksək dərəcəli miopiya, yüksək dərəcəli ambliopiya” xəstəliyi mövcuddur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından üç övladları anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 13259/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuş və aliment təyin edilmişdir. Məhkəmənin sözügedən qətnaməsi ilə təyin edilmiş alimentin məbləği hazırda uşaqların saxlanılmaları üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılması və aylıq hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
16. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
17. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
18. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
19. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
20. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
21. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur.
23. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh işləyir, əmək haqqı məbləği 400 manat təşkil edir.
24. Göründüyü kimi Cavabdeh qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən deyildir.
25. Məhkəmə, hazırda uşaqların saxlanılması üçün cavabdeh tərəfindən ödənilən hər ay, hər uşaq üçün 80 manat, ümumilikdə 240 manat məbləğində alimentin uşaqların saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə razılaşıb, cavabdehin hər ay, hər uşağa 220 manat, ümumilikdə 660 manat sabit pul məbləğində alimentin ödənilməsi üçün kifayət qədər maddi imkanının olmasına dəlalət edən sübutların iddiaçı tərəfindən təqdim edilməməsini, cavabdehin işlədiyini, eyni zamanda xəstəliyini, birgə nikahdan doğulan uşağın xəstəliyini, habelə yetkinlik yaşına çatmayanlar üçün 2023-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən qazancının müəyyən hissəsi və eyni zamanda sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması müəyyən edilməlidir.
26. Belə ki, sabit gəliri olan valideyindən alimentin onun qazancının (başqa gəlirlərinin) bir hissəsi kimi tutulması qanunun imperativ göstərişidir. Bununla yanaşı, cavabdehin rəsmi iş yerindən əldə etdiyi gəlirin yarısı uşaqların saxlanılmasına kifayət etmədiyindən geriyə qalan məbləğ minimum müəyyən edilən limitə qismən çatdırılması baxımından geriyə qalan məbləğ isə hesablanmaqla sabit pul məbləğində tutulmalıdır. (400:2= 200 manat hissəvi , 100+100+100= 300 manat sabit məbləğ)
27. Məhkəmə qeyd edir ki, uşaqlardan ayrı yaşayan valideynlərdən birinin üzərinə aliment öhdəliyinin qoyulması birmənalı olaraq həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir. Çünki uşağın ləyaqətli şəraitdə yaşaması və böyüməsi üçün tələb olunan bütün digər zəruri xərclər onun himayəsində qaldığı valideyinin üzərinə düşür. Həmçinin, yetkinlik yaşına çatmayan uşaqların anasının himayəsində olması, gündəlik qayğıları ilə ananın təkbaşına məşğul olması, uşaqların atalarının diqqətindən və qayğısından kənar qalması da nəzərə alınmalıdır.
28. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalıdır.
29. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
30. Beləliklə, məhkəmə tərəflərin ailə və maddi vəziyyətini, bununla yanaşı birgə nikahdan olan uşaqların üstün maraqlarını və minimum maddi təminat almaq hüququnu, məhkəmə qətnaməsinin qəbul edildiyi dövrdən xeyli müddət keçdiyini və bu müddət ərzində uşaqların böyüməklə tələbatlarının da artdığını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13259/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment, habelə hər ay, hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.
31. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
32. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
33. Eyni Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
34. Məhkəmə mülki mübahisələr üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, ödənilmiş mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
35. Həmçinin, mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
38. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
39. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 13259/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment, eyni zamanda hər ay, hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin əvəzi alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva