Məhkəmə qərarları › İş №2(060)-1398/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1398/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1398/2022 19.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehb 400 (dörd yüz) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cəmi 430 (dörd yüz otuz) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Sumqayıt şəhəri, “Mərkəzi Bazar”ın qarşısında sahibkarlıq fəaliyyəti göstərərək balıq məhsullarının satışı ilə məşğul olur. Cavabdeh oğlu pərakəndə ticarətlə məşğul olur. O, tez-tez iddiaçının fəaliyyət göstərdiyi ticarət obyektinə gələrək ondan pərakəndə satmaq üçün nisyə balıq məhsulları almışdır. Həmin məhsulları satdıqdan sonra iddiaçı ilə hesablaşma apararaq aldığı məhsulların dəyərini ödəmişdir. Lakin sonradan cavabdeh iddiaçının etibarından sui-istifadə edərək aldığı balığın dəyərini ödəməkdən boyun qaçırmışdır. Dəfələrlə cavabdehə borcun ödənilməsi ilə bağlı müraciət etsə də, o, əsassız bəhanələrlə borcunu ödəməkdən imtina etmişdir. Məsələ ilə əlaqədar Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edilmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən iddiaçıya məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Hazırda cavabdehin iddiaçıya balıq məhsullarına görə 400 manat borcu vardır. Cavabdehin borcu ödəməməsi səbəbindən sahibkarlıq fəaliyyətini həyata keçirə bilmir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı bildirdi ki, Sumqayıt şəhəri, “Mərkəzi Bazar”ın qarşısında balıq məhsullarının satışı ilə məşğuldur. Cavabdeh pərakəndə ticarətlə məşğul olur. Bu məqsədlə iddiaçıdan bir neçə dəfə balıq məhsullarını nisyə şəkildə almış, cavabdeh isə həmin məhsulları satdıqdan sonra dəyərini iddiaçıya ödəmişdir. Lakin sonuncu dəfə 400 manat dəyərində balıq məhsulları aldıqdan sonra həmin məhsulların dəyərini ödəməkdən imtina etmişdir. Bununla bağlı cavabdehə müraciət edilsə də, cavadeh hər dəfə əsassız bəhanələr gətirərək, borcun ödənilməsindən yayınmışdır. Bildirdi ki, sonuncu məhkəmə iclasından sonra cavabdeh iddiaçının balıq məhsullarının satışı ilə məşğul olduğu mağazaya gələrək həmin məhsulların pulunu ödəyibödəməməsini xatırlamadığını bildirmiş, iddiaçı isə ödəmədiyini, ödədiyi təqdirdə məhkəməyə müraciət edilməyəcəyini qeyd etmişdir. Həmin danışıqda bildirmişdir ki, hissəhissə borcunu ödəyər. Lakin o gündən bəri xəbər yoxdur. İddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, bir neçə dəfə iddiaçıdan balıq məhsullarını nisyə şəkildə almış, dəyərini ödəmişdir. Sonuncu dəfə 400 manat dəyərində aldığı balıq məhsullarının dəyərini də ödədiyini bildirdi. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 məhkəmənin ona ünvanlandırdığı suallara cavab verərək bildirdi ki, iddiaçı onun əridir. Cavabdeh onun ərinin balıq məhsullarının satışı ilə məşğul olduğu mağazadan mütəmadi olaraq balıq məhsulları götürmüş, dəyərini ödəmişdir. Sonuncu dəfə 400 manat dəyərində balıq məhsullarını nisyə olaraq alanda özü də mağazada olmuşdur. Həmin vaxtdan etibarən cavabdeh 400 manat pulun ödənilməsindən yayınmışdır. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış 16.12.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçının Sumqayıt ŞPİ-nin 4cü PB-nə daxil olmuş ərizəsində göstərilən xüsusatlar mülki xarakter daşıdığından məhkəməyə müraciət edilməsi məqsədəmüvafiq olduğu qeyd edilmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı, müəyyən edilir ki, iddiaçı cavabdehə 400 manat məbləğində məhsulu pərakəndə ticarətlə məşğul olması məqsədilə vermiş, cavabdeh aldığı həmin məhsulun dəyərini ödəməkdən imtina etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.4-ci maddəsinə əsasən- Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən - Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 575.2-ci maddəsinə əsasən - Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Həmin Məcəllənin 452.2-ci maddəsinə əsasən - Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə, cavabdehin iddianı qəbul etməməsi ilə bağlı izahatını, iddia tələbinə etirazını özünümüdafiə xarakterli hesab edir. Cavabdeh aldığı məhsulun dəyərini ödəməyinə dair öhdəlik götürmüşdür, lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, cavabdehdən 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh 400 (dörd yüz) manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, cəmi 430 (dörd yüz otuz) manat pul tutularaq İddiaçı ödənilməldir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 400 (dörd yüz) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 430 (dörd yüz otuz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar