Məhkəmə qərarları › İş №2(060)-14/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-14/2022

29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-14/2022 29.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X5 İddiaçı hüquqi varisi X1 hüquqi varisi X17 oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Hüseynov Amin Nurəddin oğluna qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Hüseynov Amin Nurəddin oğlundan 50.000 ABŞ dolları və 22.000 manat pulun, məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə İddiaçı hüquqi varisi X1 hüquqi varisi X17 oğlunun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçı 2017-ci ildə Sumqayıt şəhərində yerləşən «Odnoklasnik» kafesində Hüseynov Amin Nurəddin oğlu ilə tanış olmuşdur. Cavabdeh özünü iş adamı kimi təqdim edərək, kriptovalyuta bazarında çalışdığını və kriptovalyuta alveri ilə məşğul olduğunu bildirmişdir. Beləliklə, onların tanışhq münasibəti yaranmışdır. 2017-ci ilin may ayında Amin iddiaçıya zəng edərək «Opera» çay evində görüşməyi təklif etmişdir. Görüş zamanı Amin iddiaçıya «MMM» adlı şirkətdə çalışdığını söyləmiş və ordan yüksək məbləğdə qazanc götürdüyünü bildirmiş və kompyuterini açaraq ona şirkət haqqında izahat verməyə başlamışdır. Sonra bu şirkətdə böyük qazanc olacağına inandırıb onu bu şirkətə işə düzəltməyi təklif etmişdir. İddiaçı kompyuterdən və kriptovalyutadan anlayışının olmadığını bildirdikdə cavabdeh iddiaçıya təkidlə demişdir ki, barədə narahat olmasın, bütün işləri və texniki məsələlərlə özü məşğul olacaqdır. İddiaçıdan ancaq pul vəsaiti tapıb ona vermək lazım olduğunu bildirmişdir. Amin iddiaçını bu işin perespektivinə inandırıb, 2017-ci ilin may ayında ilkin olaraq 35000 ABŞ dolları məbləğində pul almış və iddiaçıya bu şirkətə üzv qəbul etdirəcəyinə dair söz vermiş və əmin etmişdir ki, bir ay tamamında əlavə gəlir əldə olunacaqdır. Danışdıqları vaxt tamam olduqda iddiaçı Aminlə görüşmüş ki, işin nəticəsi ilə tamş olsun. Bu haqda soruşduqda Amin iddiaçıya şirkəlin bağlandığını və orada yoxlamalar getdiyini bildirmiş və yaxm 3-5 gün ərzində işlərin qaydasına düşəcəyini bildirmişdir. Həmin vaxtdan 1 ay vaxt keçməsinə baxmayaraq hər dəfə görüşdüklərində Amin iddiaçıya narahat olmamağı bildirirdi və hər şeyin nəzarət altında oldıığunu deyirdi. Amin özünü mömin bir insan kimi iddiaçıya təqdim etdiyindən iddiaçı ondan şübhə etmirdi. Sentyabr ayında Amin iddiaçıya Türkiyədən onların Şirkətinin məsul şəxslərindən olan Məsud bəy adlı bir nəfər gəlir onlarla görüşüb şirkət haqqında son məlumatlar verəcəyini demişdir. Cavabdeh dediyi şəxs gəlmiş və o, Amin vasitəsi ilə «Zəfəran» kafesində görüşmüşlər. Məsud bəy kimi özünü təqdim edən şəxs şirkətdə işlərin yolunda olduğunu və tezliklə yoxlamaların bitəcəyini bildirmişdir. Sonra Amin iddiaçıya Məsud bəyin maraqlı bir təklif verdiyini demişdir. Təklif ondan ibarətdir ki, yenidən bu şirkətə yatırım etməklə köhnə yatırdıqları pullar tez bir zamanda qazancla bərabər geri ala bilərlər. İddiaçını buna Amin inandırmış və başqa yollarının olmadığını bildirmişdir. Hesablama apardıqdan sonra iddiaçı yenidən 15.000 ABŞ dolları yatırım etməyi təklif etmişdir. İddiaçı çarəsiz qalıb Aminin dediyi ilə razılaşmışdır. Sentyabr ayında Aminə 15.000 ABŞ dolları vermişdir. Amin iddiaçını tam əmin edərək ondan aldığı 50.000 ABŞ dolları miqdarında Bitkoin al və tam əminliklə bildirdi ki, 2017-ci il dekabr ayına qədər bütün vəsait və qazancla bərabər qayıdacağına söz vermişdir. 2017-ci il oktyabr ayında Amin iddiaçıya zəng edərək şirkətin yenidən bağlandığını və sonradan yatırım etdikləri pullarda təhlükə olduğunu bildirmişdir. İddiaçı ona etiraz edərək pul almamışdan öncə hər şey qaydasında olduğunu demiş, pulu alandan 15 gün sonra şirkətın bağlandığmı deyirsən. Cavabdeh iddiaçını sakitləşdirərək, hər şeyin düzələcəyinə söz vermiş və onun pullarıma başı ilə cavab verdiyini və qarant olduğunu dedi. Sadəcə iddiaçıya səbirli olub gözləməyi təklif etmiş, iddiaçıda çarəsiz qalıb cavabdehin dedikəri ilə razılaşmışdır. Artıq 2018-ci ilin fevral ayında iddiaçının vəziyyəti maddi cəhətdən pisləşmiş və iddiaçı yaşadığı 9-cu mk/rn, ev 84, 51 saylı mənzildə yerləşən beş otaqlı mənzili borclarını ödəmək üçün satmışdır. Borclarını ödədikdən sonra əlində 20000 ABŞ dolları suvarında pul qalmışdı. iddiaçı hər hansı bir kommersiya işi ilə məşğul olmaq istəyirdi ki, iqtisadi vəziyyətini düzəltsin. Mütəmadi olaraq Aminlə görüşüb vəziyyət müzakirə etmiş, söhbət əsasında Amin iddiaçıdan evin satışından sonra nə qədər pul qaldığını öyrənmiş və iddiaçıya köməklik edəcəyini demişdir. 2018-ci il aprel ayında Amin iddiaçıya zəng edərək görüşməyi təklif etmişdir. Görüşəndə iddiaçıya yaxm bir dostunun olduğunu, Ramin adında o adam Foreks bazarında çalışdığını demişdir. Cavabdeh iddiaçıya təklif etmişdir ki, 20.000 ABŞ dollarını Raminə versinlər, o da onlara əvəzində yaxşı qazanc versin. İddiaçı Aminə həmin adamı tanımadığını və ona pul həvalə edə biləməcəyini demişdir. Amin də ona bildirmişdir ki, pulu özü götürəcək və məsuliyyətidə özü daşıyacaqdır. Beləliklə, iddiaçıdan 20.000 ABŞ dolları almış və yaxın zamanda yaxşı qazancla birlikdə qaytaracağına söz vermişdir. Lakin üstündən aylar keçməsinə baxmayaraq Amin iddiaçıya nə əvvəl ki, 50.000 ABŞ dolları, nə də sonrakı 20.000 ABŞ dollarını qaytarmamışdır. İddiaçı artıq Amin tərəfindən aldandığını hiss etmiş və cavabdehdən verdiyi pullarını qaytarmağı tələb edirdi. Cavabdeh isə hər dəfə bir bəhanə gətirərək pulu qaytarmaqdan yayınmışdır. Belə olduqda iddiaçı Aminə hüquq mühafızə orqanlarına şikayət edəcəyini bildirmişdir. Bıı sözündən sonra cavabdeh təlaş keçirtmiş və hissə-hissə iddiaçıya 12.000 manat qaytarmış və geridə qalan 50.000 ABŞ dolları və 22.000 manat pulu qaytaracağı barədə qəbz yazıb imzalamışdır. Lakiıı bu günə qədər borclu olduğu pulu qaytarmaqdan imtina edir. Sonradan iddiaçıya məlum olmuşdur ki, X10 özünü iş adamı kimi təqdim edərək bir çox adamları aldatmış, onların etibarından sui istifadə etməklə dələduzluq yolu ilə onların külli miqdarda vəsaitlərini mənimsəmişdir. Bu əməlinə görə Amin Hüseynov 2010-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdeh Hüseynov Amin Nurəddin oğlundan 50.000 ABŞ dolları və 22.000 manat pulun, məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı hüquqi varisi X1 hüquqi varisi X17 oğluna ödənilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iştirak edən zaman iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, Səfərəliyev - Asif Ərşad oğlunu 2016-cı ilin təxminən aprel ayının əvvəllərindən tanımaqla, onunla Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən «Odnoklasniki» kafesində olarkən tanış olmuşdur. Onunla bir neçə dəfə həmin kafedə görüşmüşlər. Söhbət əsnasında Asif bilmişdir ki, «MMM» saytına bitkoyn (rəqəmsal valyuta) qoymuş və bitkoyn qoyduğu valyuta ayda 30 faiz artır. Asif ondan sayt barədə soruşmuş, o da ona «MMM» saytını vermişdir. Onlar bir- birlərinin mobil telefon nömrələrini də götürmüşlər. Daha sonra Asif özü gedib həmin saytla maraqlanmış və ona zəng edib oğlu Raufa birlikdə onunla görüşmək istədiyini bildirmişdir. 2017-ci ilin may ayının ortalarında onlar Sumqayıt şəhəri, 9- cu mikrorayon ərazisində yerləşən «Opera» kafesində birlikdə görüşmüşlər. Asif ona oğlu Raufun yanında bildirmişdir ki, sayta baxıbdır, bəyənibdir, özləri həmin saytda öz notbukları vasitəsi ilə qeydiyyatdan keçib, bitkoyl qoymaq istəyirlər. Onlar özləri həmin saytdan qeydiyyatdan keçsələrdə, o onlara mili ön aparatından 10.000 ABŞ dolları miqdarında bitkoyl almaqda köməklik etmişdir. Sonrakı mərhələdə onlar özləri özlərinə aid ADV kəş-dən yəni elektron kaşlokdan əlavə bitkoyl alıb, sayta qoymuşlar. Daha sonra sistem yeniləndiyi üçün sayta qoyulmuş pul, ehtiyyata düşmüş, onları çıxartmaq üçün sayta təkrar qoymaq lazım olmuşdur. Həmin vaxt onlar artıq sistemin riskli olduğunu bilib, sistemə 100 dollardan artıq olmayan məbləğ qoymağı qərara gəlmişlər. İddiaçı daha çox pul qazanmaq üçün bu riskləri bilə-bilə sayta təkrar 10.000 ABŞ dolları pul qoymuşdur. Təxminən 2 ay sonra sistem yenidən dayanmış və saytın sahibinin öldüyü haqda internetdə məlumatlar yayılmışdır. X14 Ongün adlı şəxslə bu barədə telefon vasitəsi ilə danışmışlar, o pulların qayıdacağanı və pulların qaytarılmasında köməklik göstərəcəyini onlara demişdir. Bir müddət sonra» Məsut Ongün onların telefonlarına cavab verməmiş və bu minvalla bir neçə ay keçmişdir. 2018-ci ilin mart ayının axırlarında Asif təkrar ona müraciət edərək itirilmiş pulları bərpa etmək üçün «Foreks» birjasına pul qoymaq istədiyini bildirmişdir. Ona bankda problemli kreditinin olmadığını demiş və onun vasitəsi ilə tanış olduğu Ramin Mirzəli soyadlı şəxslə Bakı şəhəri, «Gənclik Moll»da görüşərək «Foreks» haqqında danışmışlar. Söhbət əsnasında Ramin Asifə «Foreks»ə qoyduğu pula görə ona ayda 20-25 faiz qazanc verə biləcəyini demişdir. O isə ona pulunun olmadığını demişdir. Təxminən 1 ay sonra o, Sumqayıt şəhərində yerləşən «TBC» kredit təşkilatından 5000 manat pul götürərək öz hesabına qoymuşdur. Asif isə ona onun bankda problemli kreditinin olduğunu, pulu onun hesabına qoyacağını demişdir. Bu səbəbdən də Asif oğlu Raufun adına "xxxx" ASC-nin Sumqayıt şəhər filialındakı hesabına «Foreks»ə 2000 ABŞ dolları, onun hesabına isə 18.000 ABŞ dolları pul qoymuşdur. Təxminən 1 ay sonra onlar «Uniforekslə» öz hesabları ilə bağlı məlumat öyrənmişlər və onlara bəlli olmuşdur ki, Ramin hesabında olan məbləği riskli əməliyyatlara görə itirmiş və balansı sıfır etmişdir. Bundan sonra Asif pullarını ondan tələb etməyə başlamışdır. O, da ona risklərlə bağlı hamının məlumatı olduğunu və pulun itirildiyini bildirmişdir. Asifə ona onun kimi onun da pulunun batdığını demişdir. O ki, qaldı Foreksə qoyduğu pullun batması ilə bağlı isə o, Asiflə görüşüb dəfələrlə Raminin evinə getmişdir. Ramin hər dəfə bir vaxt alaraq onların pulunu qaytaracağını söyləmişdir. Buna baxmayaraq Asif «Foreks»ə qoyduğu pulu da ondan tələb etmişdir. Daha sonra o, məcbur olub 18.000 ABŞ dollarından müəyyən vaxtlarda Asifə ümumilikdə 12.500 manat pul qaytarıb vermişdir. 2018-ci ilin noyabr ayının axırlarında o, Asiflə görüşərkən ona demişdir ki, borclu olduğu şəxs ondan şikayət edibdir, onu tutacaqlar, «MMM» saytından və Ramindən ala biləcəyi pulları oğlu Raufa versin və ondan xahiş etmişdir ki, kağız parçasında yazıb göstərsin ki, ondan 2017-ci ilin may ayında «MMM-yə qoyduğu 50.000 ABŞ dolları və 22.000 manatı almışdır. O, olmadığı təqdirdə oğlu Raufa çatdırmağı öhdəsinə götürür. O da Asifin dediyi kimi o cür yazıb imza etmişdir. Lakin «MMM» sayta qoyduğu məbləğ 50.000 ABŞ dolları deyil, 20.000 ABŞ dolları təşkil etmişdir. Kağızda pulu o cür çox göstərməsinin səbəbi isə Asifin həmin yazdığı kağızı borclu olduğu şəxsə göstərəcəyi ilə izah etmişdir. Raminin hazırda harada olduğunu bilməmişdir. İddiaçı izahatında göstərdiyi xüsusatları təkzib edərək, bildirmişdir ki, Asif ilkin olaraq bitkoyn almaq üçün 7000 ABŞ dolları deyil, ona 10.000 ABŞ dolları məbləğində pul vermişdir. Daha sonra onlar özləri öz ailə üzvlərinin adlarına hesab açaraq, öz elektron kaşloklarından bitkoyn almışlar. Asif ona bitkoyn almaq üçün 18.000 ABŞ dolları «Opera» kafesində, 10.000 ABŞ dollarını isə yaşadığı evdə verməmişdir. Bunu sübut etmək üçün həmin dövrdə bitkoynun qiymətlərini onun toplamda sistemə 1+900 bitkoyn qoyduğunu sübut edə bilər və bu məbləğ ümumilikdə 23.000 ABŞ dollardan artıq məbləğ etmir və bu məbləğin sadəcə 10.000 ABŞ dollarını ona vermişdir, qalanı isə özləri elektron kaşlyonklarından almışlar. Asif ona «MMM» saytından bitkoyn almaq üçün ümumilikdə 20.000 ABŞ dolları məbləğində, «Foreks»ə yatırım etmək üçün isə 18.000 ABŞ dolları olmaqla cəmi 38.000 ABŞ dolları məbləğində pul vermişdir. Həmin puldan da 12.500 manat pulu ona qaytarmışdır. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı hüquqi varisi X1 hüquqi varisi X17 oğlunun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan X6 25.11.2018-ci il tarixdə yazdığı iltizamdan görünür ki, o, İddiaçı 2017-ci ilin may ayında “MMM”-ə qoyduğu 50000 ABŞ dolları və və 22000 manatı almışdır. Həmin pulu İddiaçı olmadığı təqdirdə oğlu Səfərəliyev Raufa çatdırmağı öhdəsinə götürdüyünü öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan AZ-İİ N-052797 saylı, 11.12.2019-cu il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı 05.12.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan, Vİ-JQ N-434900 saylı, 30.04.1995-ci il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə X7 arasında olan nikah Sumqayıt şəhər Nikah evində 30 aprel 1995-ci il tarixdə bağlanmış və 324 nömrə qeyd olunmaqla sonuncuya “Səfərəliyeva” soyadı verilmişdir. İş materiallarında olan X16 oğlu, X17 oğlu və X2 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, İddiaçı ölümü ilə əlaqədar olaraq X1 prosessual varis kimi (hüquqi varis) tanınmasına etiraz etməmişdirlər. İş materiallarında olan XX-JQ № 418424 saylı, 10.12.1997-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X17 oğlu 05.01.1997-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında-İddiaçı, ana qrafasında-X4 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ № 174452 saylı, 06.05.2021-ci il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 01.05.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 24.11.2021-ci il tarixli məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, 03.11.2021-ci il tarixdə Sumqayıt şəhəri 3 saylı notariat ofisində mərhum M.Səfərəliyevanın ölümündən sonra miras qalmış əmlaka dair Ramil və Rauf Səfərəliyevlərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan 12.05.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı tanışı Hüseynov Amin Nurəddin oğlu barəsində etdiyi şikayət əsasında toplanmış material üzrə Hüseynov Amin Nurəddin oğlunun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 24.06.2019-cu il tarixli arayışından görünür ki, Hüseynov Amin Nurəddin oğlu Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 25A/6, mənzil 20-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 27.08.2018ci il tarixli, “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, 27.08.2018-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 84, mənzil 51-də qeydiyyatdadır. “İnsan Hüquqları və X9 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunvericilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə cavabdeh Hüseynov Amin Nurəddin oğlu varlanmış şəxs, İddiaçı hüquqi varisi X1 hüquqi varisi X17 oğlu isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini iddiaçının hüquqi varisi R.Səfərəliyevə qaytarmalıdır. Məhkəmə iddia tələbini cavabdehin etiraf etdiyi hissədə, yəni 38000 ABŞ dolları hissəsində təmin edir. Cavabdeh göstərilən məbləğdən 12500 manat qaytardığını qeyd etsə də, bu barədə heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-c il tarixli qərarı”na əsasən Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənləri nəzərə alaraq məhkəmə, cavabdeh Hüseynov Amin Nurəddin oğlundan 38000 (otuz səkkiz min) ABŞ dolları məbləğində pulun (ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla) alınaraq İddiaçı hüquqi varisi X1 hüquqi varisi X17 oğluna ödənilməli və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Hüseynov Amin Nurəddin oğlundan alınaraq İddiaçı hüquqi varisi X3 hüquqi varisi X17 oğluna ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Hüseynov Amin Nurəddin oğlundan 38000 (otuz səkkiz min) ABŞ dolları məbləğində pulun (ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla) alınaraq İddiaçı hüquqi varisi X1 hüquqi varisi X17 oğluna ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Hüseynov Amin Nurəddin oğlundan alınaraq İddiaçı hüquqi varisi X1 hüquqi varisi X17 oğluna ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar