Məhkəmə qərarları › İş №2(060)-1403/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1403/2021

09.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1403/2021 09.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçınnı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1610 manat dəymiş zərər, 532 manat inzibati xətaya görə və 30 manat dövlət rüsumu tutularaq iddiaçı“xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 1610 manat dəymiş zərər, 802 manat inzibati xətaya görə və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək bildirdi ki, tərəflər arasında 20 saylı xx.xx.2020-ci il tarixli icarə müqaviləsi mövcuddur. Müqaviləyə əsasən “xxxx” MMC “Kia Optima” markalı **-RD-*** qeydiyyat nömrəli avtomobili Cavabdeh 6 günlük icarəyə vermişdir. Avtomobil xx.xx.2020-ci il tarixli təhvil təslim aktına əsasən tam saz vəziyyətdə Cavabdeh təhvil vermişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh avto qəza törədərək avtomobilə maddi zərər vurmuşdur. Cavabdeh avtomobili evakuator vasitəsi ilə ofisin binasının qarşısına göndərmiş, özü isə telefonlara cavab verməyərək, məsuliyyətdən yayınmışdır. Bu barədə dəfələrlə dəymiş zərərin ödənilməsi üçün müraciət edilsə də müxtəlif bəhanələrlə bundan boyun qaçırmışdır. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən avtomobilə 1610 manat zərər dəymişdir. Həmçinin avtombil idarə olunan dövr ərzində yəni xx.xx.2020-ci il tarixdə 50 manat; xx.xx.2020-ci il tarixdə 50 və xx.xx.2020-ci il tarixdə 432 manat; cəmi 532 manat miqdarında inzibati xəta törətmişdir. Avtomobili idarə etmək üçün inzibati xətaya görə yazılmış cərimələri ödəmək məcburiyyətində qalmışdır. Həmin məbləğ isə dəbbə pulları ilə birlikdə 803 manat təşkil etmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki iş materiallarında xx xxxxxxxx 2020-ci il tarixli 20 saylı icarə müqaviləsindən görünür ki, “xxxx” MMC (icarəyə verən) müqavilə predmeti olan “Kia Optima minik” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh (icarəyə götürən) xx.xx.2020-ci il saat 00:00-dan -xx.xx.2020-ci il saat 00:00-a qədər icarəyə verməyi, icarəyə götürən də öz növbəsində icarənin hər günü üçün 70 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC tərəfindən tərtib olunan “icarəyə verilən avotmobilin texniki vəziyyəti və təhvil-təslimi haqqında” aktdan görünür ki, Cavabdeh “Kia Optima minik” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobili saz vəziyyətdə təhvil almış və akta imza etmişdir. AD seriyalı 507914 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Kia Optima minik markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 adına qeydə alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən iddiaçı “Kia Optima minik” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək cavabdehin istifadəsinə vermişdir. Hazırda iddiaçı icarə müqaviləsinin predmeti olan nəqliyyat vasitəsinin icarəçi- cavabdeh tərəfindən ona yarasız vəziyyətdə qaytarıldığını, xx.xx.2020ci il tarixdə icarəçi tərəfindən avtoqəza törədildiyini, bunun nəticəsində nəqliyyat vasitəsinə zərər dəydiyini, həmin zərərin cavabdeh tərəfindən aradan qaldırılmadığını iddia edir və vurulmuş zərərin əvəzinin, eləcə də cavabdehin yol hərəkət qaydalarını pozması nəticəsində yaranmış inzabti cərimələrin əvəzinin ödənilməsini tələb edir. Mülki Məcəllənin: 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 705-ci maddəyə əsasən Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. İddiaçının nümayəndəsi iddianın əsası olaraq cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi törədildiyini və nəticədə icarə müqaviləsinin predmeti olan nəqliyyat vasitəsinə zərər dəydiyini, eləcə də cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə bağlı tətbiq edilən cərimələrin iddiaçı tərəfindən ödənildiyinə əsaslanmışdır. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, iddiaçı iddia tələbini məhkəmədə sübuta yetirə bilmədi. Belə ki, iddiaçının iddia tələbinin əsası olaraq göstərdikləri yalnız özünün göstərdiklərindən ibarət olmaqla heç bir sübuta əsaslanmır. Məhkəmə qeyd edir ki, icarə müqaviləsindən göründüyü kimi icarə münasibətləri xx.xx.2020-xx.xx.2020-ci il dövrünü əhatə edir. İddiaçı yol nəqliyyat hadisəsinin xx.xx.2020-ci il tarixdə baş verdiyini qeyd edir, həmin dövr isə göründüyü kimi icarə münasibətlərinin vaxtı bitdikdən sonra olan dövrdür. İddiaçı cavabdehlə icarə münasibətlərinin uzandığını, xx.xx.2020-ci il tarixdə nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğunu və baş vermiş hadisə nəticəsində nəqliyyat vasitəsinin zərərə uğradığını, icarə predmeti olan nəqliyyat vasitəsinin cavabdeh tərəfindən qüsurlu vəziyyətdə iddiaçıya qaytarıldığını, eləcə də inzibati cərimələrə görə ödənilmiş pul vəsaitinin qeyd olunan nəqliyyat vasitəsinə aid olmaqla, cavabdehin təqsiri nəticəsində inzibati cərimələrin tətbiq edildiyini təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı işüzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə ədalət mühakiməsini tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmuu halda tədqiq edərək bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən təqdim edilən sübutlar natamam sübutlar kimi qiymətləndirilməli və iddia sübut yetirilmədiyindən rədd edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar