Məhkəmə qərarları › İş №2(060)-1409/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1409/2024

07.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1409/2024 07.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı Gəray qızının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Gəray qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Gəray qızı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5205/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək (aliment artılaraq) xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə hər ay üçün 470 manat sabit pul məbləğində aliment və mediasiya xərci kimi ödənilmiş 60 manatın cavabdeh Quliyev Orxan Sədulla oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 17 iyun 2010-cu il tarixdə nikaha daxil olmuşdur. Onların 09 yanvar 2011-ci il təvəllüdlü X8 və 09 iyun 2013cü il təvəllüdlü X7 adlı iki övladı vardır. Bir müddət mehriban yaşasalar da, sonradan ailə münasibətləri dağılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5205/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər anaları İddiaçı yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə hər ay üçün 386 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Uşaqların məktəbli olduğundan onun maddi təlabatını ödəmək iddiaçıya təkbaşına çox çətindir, həm də aliment cavabdeh tərəfindən mütəmadi olaraq hər ay hər birinə 193 manat olmaqla ödənilməsi göstərilsə də, cavabdeh alimenti hər ay ödəməkdən belə yayınır. Cavabdeh bu illər ərzində oğulları ilə maraqlanmır, onların böyüməsində bir ata kimi iştirakdan yaymır. Hətta Sədi adlı oğlu nitq qüsurundan əziyyət çəkir, onu loqoped müəllim hazırlaşdırır, hər iki gözü zəif görür. Belə ki, uşaqlar xəstələndikdə onların bütün tibbi xərcləri iddiaçının üzərində olur, uşaqların hazırlıq kurslarının ödənişi iddiaçı tərəfindən icra olunur. Azyaşlı uşaqların cəmiyyətə layiq bir övladlar yetişdirmək üçün bir ana kimi gecə-gündüz çalışır. Hesab edir ki, uşaqların saxlanması üçün hər ay hər birinə 193 manat sabit pul məbləğində aliment bugünki dövrdə çox aşağıdır. Uşaqların təhsilinə, inkişafına, tərbiyəsi üçün yetərli deyildir. Uşaqların saxlanması üçün cavabdeh sabit pul məbləğində hər ay hər birinə 235 manat ödəməyə borcludur, bunu uşaqların mənafeyi tələb edir. Bundan əlavə cavabdehin maddi durumu çox yüksəkdir. Evi və avtomobili var, fərdi əməklə məşğuldur, əlavə qazanc yeri vardır. Məhkəmə iclasında İddiaçı Gəray qızının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı da, cavabdeh də işləyir, lakin cavabdehin harada işləməsindən məlumatı yoxdur. Cavabdeh əvvəl briqadir işləmişdir. Tərəflər bir yaşadıqları dövrdə cavabdeh evə pul gətirməmiş, amma hər gün işə getdiyini bildirmişdir. Tərəflər kirayədə yaşamış, sonra isə Ceyranbatan ərazisindən ev almış, ancaq pulu ödəmədikləri üçün evi qaytarmışlar. Cavabdeh istəsə, alimenti ödəyər. Cavabdeh 400 manat maaş almır, 1000 manatdan yüksək maaş alır. Hazırda cavabdeh maşın da sürür, amma həmin maşının kimin olduğunu, cavabdehin həmin maşınla taksi xidməti göstərib-göstərmədiyini bilmir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPMnin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5205/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X6 ilə Cavabdeh arasında Neftçala rayon Aşağı Qaramanlı kənd İnzibati Ərazi Nümayəndəliyində xx.xx.2010-cu il tarixdə bağlanmış, 13 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər anaları X2 yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə hər ay üçün 386 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı Gəray qızı arasında nikah pozulmuş, bu barədə nikahın pozulması haqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 38 № ilə qeyd edilmişdir. MŞS-MT030-2023-02795 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür İddiaçı Gəray qızı ilkin mediasiya sessiyasında iştirak edərək, 50 manat mediasiyaya dair xərci ödəmişdir. Elektron Məhkəmə İnformasiya sisteminə edilmiş sorğunun nəticəsindən görünür ki, İddiaçı Gəray qızı Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecində baş müəllim kimi çalışır 248,5 manat əmək haqqı alır. Bununla yanaşı Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecində o, həmçinin proqram təminatı üzrə mühəndis çalışır 478 manat əmək haqqı alır. Elektron Məhkəmə İnformasiya sisteminə edilmiş sorğunun nəticəsindən görünür ki, Cavabdeh "xxxx" MMC-də icraçı direktor vəzifəsində çalışır və 400 manat əmək haqqı alır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, e-2(060)-5205/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 ilə Cavabdeh arasında Neftçala rayon Aşağı Qaramanlı kənd İnzibati Ərazi Nümayəndəliyində xx.xx.2010-cu il tarixdə bağlanmış, 13 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər anaları X2 yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə hər ay üçün 386 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X3 artmaqda olan tələbatları ilə əlaqədar iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(060)-5205/2022 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün kifayət etmir. Belə ki, onun böyüməsi ilə əlaqədar maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladının saxlanılmasında maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(060)-5205/2022 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı Gəray qızına verilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın mediasiyaya dair xərcin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(060)-5205/2022 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilsin, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı Gəray qızına verilsin. Ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi Cavabdeh alınaraq İddiaçı Gəray qızına verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar