Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1418/2022 07.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehb 23700 (iyirmi üç min yeddi yüz) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cəmi 23730 (iyirmi üç min yeddi yüz otuz) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh 30000 ( otuz min) manat pul vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 1(004)-162/2019 saylı hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç ) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05.11.2019-cu il tarixli, 1(004)-162/2019 saylı hökmü ilə zərərçəkmiş şəxs qismində tanınmışdır. 06.09.2019-cu ildə zərərin əvəzinin ödənilməsi barədə saziş bağlanmış və sazişə əsasən cavabdeh iddiaçıya 6300 (altı min üç yüz) manat pul vermişdir. Qalıq 23700 manat borcu isə o, 06.09.2021-ci il tarixinə qaytarmağı üzərinə götürmüşdür. Hazırda cavabdehin iddiaçı Aİddiaçı 23700 manat ödənilməmiş borcu qalmışdır. Lakin cavabdeh söz verdiyi vaxtda pulu qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, iddiaçı Cavabdeh 30000 ( otuz min) manat pul vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 1(004)- 162/2019 saylı hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç ) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05.11.2019-cu il tarixli, 1(004)-162/2019 saylı hökmü ilə zərərçəkmiş şəxs qismində tanınmışdır. 06.09.2019-cu ildə zərərin əvəzinin ödənilməsi barədə saziş bağlanmış və sazişə əsasən cavabdeh iddiaçıya 6300 (altı min üç yüz) manat pul vermişdir. Qalıq 23700 manat borcu isə o, 06.09.2021-ci il tarixinə qaytarmağı üzərinə götürmüşdür. Hazırda cavabdehin iddiaçı Aİddiaçı 23700 manat ödənilməmiş borcu qalmışdır. Lakin cavabdeh söz verdiyi vaxtda pulu qaytarmaqdan imtina etmişdir. İddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -06.09.2019-cu il tarixli zərərin əəvəzinin ödənilməsi barədə notarial qaydada təsdiq edilmiş sazişdən görünür ki, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq İddiaçı 30000 (otuz min) manat məbləğində pul vəsaitini ödəyir. Cavabdeh bu müqavilə üzrə ödəməli olduğu pul vəsaitinin 6300 manat təşkil edən hissəsini 02.09.2019-cu il tarixədək İddiaçı ödənildiyini bildirir, qalan 23700 manat məbləğində pul vəsaitini isə 06.09.2021-ci il tarixədək hissələrlə ödəməyi öhdəsinə götürür. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05.11.2019-cu il tarixli 1(004)-162/2019 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 1 2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 02 fevral 2019-cu il tarixdən 03 fevral 2019-cu il tarixədək 01 (bir) gün və 13 mart 2019-cu il tarixdən hökmün çıxarıldığı 05 noyabr 2019-cu il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 07 (yeddi) ay 22 (iyirmi iki) gün, ümumilikdə 07 (yeddi) ay 23 (iyirmi üç) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrası Cavabdeh yaşayış yeri üzrə icra və Probasiya şöbəsinə həvalə edilməsi, Cavabdeh barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməsi, Cavabdeh üzərinə Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, iş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Cavabdeh barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. - İddiaçı tərəfindən Cavabdeh ünvanlanan xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olmuşdur. Göründüyü kimi, məhkəmə araşdırması zamanı, müəyyən edilir ki, iddiaçı cavabdehə 30000 manat məbləğində pul vermiş, cavabdeh həmin məbləğin 6300 manat hissəsini qaytarmış, qalan hissəni ödəməkdən imtina etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən - Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən- Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən - Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən - Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə hesab edir ki, cavabdeh borclu olduğu pulu ödəməyinə dair öhdəlik götürmüşdür, lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 23700 manat borc tutularaq İddiaçı verilməlidir . Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, ödənilən dövlət rüsumunun 30 manat hissəsi tələb olunduğundan cavabdehdən 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh 23700 (iyirmi üç min yeddi yüz) manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, cəmi 23730 (iyirmi üç min yeddi yüz otuz) manat pul tutularaq iddiaçı Quliyev Şakir Əjdər oğluna ödənilməldir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 23700 (iyirmi üç min yeddi yüz) manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, cəmi 23730 (iyirmi üç min yeddi yüz otuz) manat pul tutularaq iddiaçı Quliyev Şakir Əjdər oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-1418/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1418/2022
07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver